Домой / Cərrahiyə / Üz sinirinin iltihabı və zədələnmələri zamanı baş verən ağırlaşmalar, onların cərrahi korreksiyası
Üz sinirinin iltihabı və zədələnmələri zamanı baş verən ağırlaşmalar, onların cərrahi korreksiyası

Üz sinirinin iltihabı və zədələnmələri zamanı baş verən ağırlaşmalar, onların cərrahi korreksiyası

Want create site? Find Free WordPress Themes and plugins.

Üz sinirinin magistral şaxələrinin zədələnmələri çox vaxt üzdə icra olunan əməliyyatlar zamanı baş verir. Cərrah səhvinin nəticəsi olan bu zədələnmələr zamanı, üz sinirinin hansı şaxəsinin kəsilmə­sindən asılı olaraq, müxtəlif funksional və kosmetik deformasiyalar ortaya çıxır. Belə ki, üz sinirinin almacıq şaxəsi zədələndikdə gözün həlqəvi əzələsinin innervasiyası pozulur və bunun nəticəsi olaraq göz qapağı sallanır, yuxarı göz qapağını qaldıran əzələnin tonusu gözün həlqəvi əzələsi üzərində üstünlük qazandığından göz yarığı açıq qalır. Yanaq şaxəsinin zədələnməsi ağızın həlqəvi və yanaq nahiyyəsindəki mimiki əzələlərin iflicinə səbəb olur. Nəticədə hə­min tərəfdə ağız bucağı enir, dodaqlar bir-birinə möhkəm sıxılmır, adi halda ağız suyu, qida qəbulu zamanı isə mayelər və quru qida hissələri xaricə tökülür, ağız bucağı sağlam tərəfə çəkilir.

Üz sinirinin ağız bucağı şaxəsi (r.marginalis) zədələndikdə alt dodağın kvadrat əzələsinin innervasiyası pozulur ağız bu­cağı həmin tərəfdə yuxarıya dartılır.

Üz sinirinin biz-məməyəbənzər dəlik səviyyəsində zədələnmələr və mərkəzi iflicləri zamanı isə yuxanda qeyd olunan bütün əlamətlər az və ya çox dərəcədə ortaya çıxır.

Aparılmış konservativ müalicələr effekt  vermədikdə cərrahi əməliyyatlara əl atmaq lazım gəlir.Bu əməliyyatlar iki qrupa bölünür: statik və dinamik.

Statik əməliyyatlar sinir zədələnməsi nəticəsində üzün xarici görünüşündə baş vermiş kosmetik defektlərin (eybəcərliyin) ara­dan qaldırılması məqsədilə icra olunur. Bunun üçün funksional fəaliyyəti normal olan əzələlərdən hazırlanmış ayaqcıqlı əzələ dili­mindən (zolağından) istifadə edilir. Üz sinirinin almacıq, maticus şaxəsinin zədələnməsi nəticəsində gözün həlqəvi əzələsinin po­zulmuş funksiyasını qismən bərpa etmək üçün gicgah əzələsindən hazırlanmış ayaqcıqlı dilim bu əzələyə tikilir. Üst dodağın kvadrat əzələsinə, almacıq və ağızın həlqəvi əzələlərinə tikmək üçün çey­nəmə əzələsindən ayaqcıqlı dilim hazırlanır və bu dilim üç hissə­yə bölünərək, qeyd olunmuş əzələlərə tikilir. Təkcə ağızın həlqə­vi əzələsinin innervasiyası pozulmuş olduqda isə çeynəmə əzələ dilimi onun bayır hissəsinə tikilir.

Üst və alt dodaq əzələlərinə tikilmək üçün bəzən gicgah əzələsi və aponevrozunun orta hissəsindən hazırlanmış ayaqcıqlı dilimdən də istifadə edilir. Bu dilimi ağız bucağına çatdırmaq üçün almacıq qövsünü 2-2,5 sm məsafədə rezeksiya etmək lazım gəlir.

Dinamik əməliyyatların mahiyyəti üz sinirinin periferik his­səsinə dilaltı, əlavə və ya diafraqma sinirinin mərkəzi ucunun tikilməsindədir. Göstərilən sinirlərdən birinin üz sinirinin periferik ucuna tikilməsi əməliyyatı texniki cəhətdən icrası çətin olan bir əməliyyatdır. Üz sinirinin biz-məməyəbənzər dəlik­dən qulaqaltı vəz kapsulasına qədər olan məsafəsi çox vaxt 1 sm-ə qədərdir. Boyunun beşinci fassiyası altında yerləşən əla­və, dilaltı və diafraqma sinirlərindən birinin üz sinirinin bu hissəsinə çatdırılması böyük texniki çətinliklər törədir. Əmə­liyyatdan sonra isə həmişə gözlənilən nəticə alınmır.

Üz siniri və onun şaxələri üzərində aparılan statik (moiplastik) və dinamik cərrahi əməliyyatların son nəticələrinin müqayisəli analizi göstərir ki, birinci əməliyyatların nəticələri daha qənaət­bəxşdir. Belə ki, ikinci üsulla aparılan plastik əməliyyatlardan sonra mimıki əzələlərdə, kürək və baş əzələlərində, plastika üçün dilaltı sinir seçildikdə isə dildə qıcolmalar baş verir. Bu sonra bəzən nitq pozğunluqları, kürək-dilaltı, döş-körpücük-məməyəbənzər və trapesiyayabənzər əzələlərdə ifliclər müşahidə edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation