Домой / Anesteziologiya / Reanimasiya / Ürək-ağciyər reanimasiyası zamanı buraxılan səhvlər
Ürək-ağciyər reanimasiyası zamanı buraxılan səhvlər

Ürək-ağciyər reanimasiyası zamanı buraxılan səhvlər

Want create site? Find Free WordPress Themes and plugins.

Ürəyin qapalı masajı zamanı yol verilən səhvlər

  1. Xəstənin yumşaq və elastik yerdə uzanması;Ürək-ağciyər reanimasiyası zamanı buraxılan səhvlər
  2. Reanimasiya aparan şəxsin əlinin düzgün qoyulmaması (xəncərəbənzər çıxıntıdan aşağı, sağa və sol tərəfə qoyması);
  3. Masaj edən şəxs barmaqlarına güc verməklə, qolunu dirsək oynağından bükür və masaj arası fasilədə əlini döş sümüyündən ayırır;
  4. Döş qəfəsinə zərbəvari təkan edilməsi;
  5. Masaj arası fasilənin 30 saniyədən çox olması;
  6. Masaj hərəkətlərinin ritmikliyinin pozulması;
  7. Masaj ilə süni tənəffüs nisbətinni pozulması.

Süni tənəffüs zamanı buraxılan səhvlər

  1. Yuxarı tənəffüs yollarının keçiriciliyinin adekvat təmin olunmaması;
  2. Süni tənəffüs zamanı hermetikliyinin təmin edilməməsi;
  3. Süni tənəffüsə gec başlanılması və adekvat təmin edilməməsi;
  4. Döş qəfəsinin ekskursiyasına nəzarətin olmaması;
  5. Havanın mədəyə dolmasına nəzarətin olmaması və bu zaman requrgitasiyanın baş verməsi;
  6. Tənəffüsün analeptiklərlə stimulyasiyasına cəhd edilməsi.

Defibrilyasiya zamanı buraxılan səhvlər

  1. Defibrilyasiyanın aparılmasının ləngidilməsi;
  2. Elektrod altına qoyulmuş örtüyün zəif nəmləndirilməsi və ya gel sürtülməməsi;
  3. Elektrodların döş qəfəsinə lazımınca sıxılmaması;
  4. Gərginliyin düzgün seçilməməsi;
  5. Təkrarı gərginliyin verilməsinə hazırlı üçün dərman preparatı yeridildikdən sonra 1 dəqiqə müddətində ürəyin qapalı masajının aparılmaması;
  6. Texniki səbəbdən nasaz olan defibrilyatordan istifadə;
  7. Texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi.
Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation