Домой / Fizioterapiya / Ultrayüksək tezlikli terapiya: fizioloji və müalicəvi təsiri, göstəriş və əks göstərişlər
Ultrayüksək tezlikli terapiya: fizioloji və müalicəvi təsiri, göstəriş və əks göstərişlər

Ultrayüksək tezlikli terapiya: fizioloji və müalicəvi təsiri, göstəriş və əks göstərişlər

Want create site? Find Free WordPress Themes and plugins.

UYT (ultra yüksək tezlikli) terapiya. UYT terapiyada 30 Mhs-dən 300 Mhs-dək tezlikli elektrik sahəsindən istifadə olunur. MDB məkanında 40,68 Mhs tezlikli UYT qurğuları istehsal olunur. Bu da 7,37 m dalğa uzunluğuna uyğun gəlir, bu dalğa uzunluğunda isə heç bir radio verilişi aparılmır.

UYT terapiyasında sümük, əzələ və piy toxumalarının qızması, qan damarlarının, limfatik düyünlərin və sairənin qızmasından intensiv olaraq baş verir. Dəri, UYT sahə üçün nisbətən “şəffafdır” və onun dərində yerləşən toxumalara təsiri daha güclü olur. Lakin qeyd etmək lazımdır ki, terapevtik UYT zamanı istilik effekti çox da böyük deyil və bu onun əsas terapevtik təsiridir. UYT-nin elektrik sahəsi bir sıra fiziki-kimyəvi təsirlər də göstərir ki, bunlara fermentlərin aktivləşməsinin güclənməsini, qaba dispers zülal molekullarının sitoplazmanın pH-nın uyğun dəyişməsi ilə nisbətən kiçiklərinə çevrilməsi və sair bu kimi təsirlər aid etmək olar. Bu hadisələr eləcə də UYT elektrik sahəsinin böyek intensivliklərində elə əhəmiyyətli dərəcədə ola bilər ki, dönməyən nəticələrə səbəb ola bilər. Belə ki, güclü UYT sahənin təsirinə məruz qalmış siçovullarda selikli qişanın şişməsi, burunun və dodağın qabarması müşahidə olunur. Daha böyük intensivliklərdə ətrafların iflic olması baş verir və siçovullar məhv olurlar.

UYT terapiya oynaqların kəskin iltihab proseslərində, döşgəlmələrdə, haymoritlərdə, çiban çıxardıqda və bir xeyli başqa xəstəliklərdə tətbiq edilir.

Mikrodalğa terapiyası.

Mikrodalğa terapiyasında desimetrlik və santimetrlik dalğaların uyğun gəldiyi, ifrat yüksəktezlikli elektriktromaqnit rəqslərindən istifadə edilmir. Yüksəktezlikli terapiyanın bu növü üçün 6,5 dm-lik dalğalar (desimetrlik yaxud DMD terapiyası) və 12,6 sm (santimetrlik, yaxud CMD terapiya) dalğalar ayrılmışdır. Elektromaqnit rəqslərini maqnetron generatorlar (maqnetron-özündə elektron lampasının və rəqs konturunun funksiyasını birləşdirən qurğudur) yaradır.

Elektromaqnit dalğaları içərisi boş silindr görünüşlü xüsusi şüalandırıcılar vasitəsilə bədənin uyğun hissələrinə yönəldilir.Silindrdə elektromaqnit dalğaları divarlardan çoxlu sayda əks olunması və interferensiya etməsi nəticəsində, bu silindrin oxu boyunca yayılıb ondan xaricə çıxan yekun dalğa yarandığına görə bu silindr dalğa ötürücüsü rolunu oynayır. Bu dalğa ötürücüsü fokusunda şüalandırıcı yerləşən konusvari reflektor formasında da ola bilir. Sabtimetrlik dalğalar orqanizmin 2-6 sm, desimetrlik dalğalar isə 7-9 sm dərinliyə qədər nüfuz edirlər. Dalğanın enerjisi əsas etibarı ilə dielektrik itkilərinə sərf olunur, belə ki, hətta suda belə yüksək tezliklərdə dielektrik xassələri (tg müşahidə edilir. Buna görə enerjinin ən çox udulması və endogen istiliyin ayrılması su ilə zəngin toxumalarda (əzələ, qan) baş verir. Sümüklər və piy toxumaları az qızırlar. Şüalanmanın intensivliyi Vt/m vahidi ilə ölçülür. Gövşəyən heyvanların astana həssaslığı SMD (santimetrlik dalğa) halında təqribən 10 mVt/sm2, DMD (desimetrlik dalğa) halında isə-40 mVt/sm2 qədərdir. Mikrodalğa terapiyasının fizioloji təsir mexanizmi, istənilən digər elektrotəsir üsulları mexanizmi kimi ilkin və təkrar təsirdən təşkil olunmuşdur. İlkin təsir-bu mikrodalğanın toxumaya birbaşa təsiridir, təkrar təsir isə-ilkin təsirə cavab kimi yaranır, başqa sözlə orqanizmin neyroreflektor və neyrohumorol reaksiyasına cavab olaraq yaranır. İlkin təsir, bədənin birbaşa şüalanan hissəsində olmaqla, istilik və qeyri-istilik komponentlərindən ibarətdir. Su ilə zəngin toxumalarda istiliyin daha çox ayrılması bir də ona görə baş verir ki, su molekullarının məxsusi rəqslərinin tezliyi İYT diapazonunda yerləşir. Qeyri-istilik mexanizminə (ekstratermik yaxud ossilyator effekti) gəldikdə isə o, istilik mexanizmindən az öyrənilmişdir. O, mürəkkəb biokolloid sistemlərdə (hüceyrələrdə osmotik təzyiqin dəyişməsi, biomembranın nüfuz etdirməsi, sitoplazmanın və hüceyrələarası maye kolloid halı) yaranan, müxtəlif elektrokimyəvi dəyişikliklərə və struktur yenidən qurulmasına gətirilir. Bu dəyişikliklər hüceyrələrdəki mübadilə proseslərinə təsir göstərir və müəyyən dozada orqanizmə müsbət təsir edir. Az güclü şüalanma halında qeyri istilik effektini üstələyir, gücün böyük qiymətlərində istilik mexanizmi əsas rol oynayır. Təkrar mexanizmə gəldikdə isə o, əsas etibarı iləreseptorlarda enerji udulmasına təsirinə gətirilir. Reseptorlardan gələn qıcıqlanmalar sinir kanalları vasitəsilə mərkəzi sinir sisteminə daxil olur, bu da reflektor reaksiyalar yaradır. Mikrodalğaların təsiri ilə bioloji aktiv maddənin (histamin, asetilxolin və s.) yaranması xeyli vacibdir. Bu maddə şüalanma ərazisindən kənardan qan və limfa axını ilə daxil olaraq şüalanma yerindən uzaqdakı reseptorların qıcıqlanmasını yaradır. Beləliklə, lokal şüalanma ümumi fizioloji effketə gətirir. Mikrodalğalı şüalanma, periferik tük döşək sisteminin xəstəliklərində, ginekoloji xəstəliklərdə və s. zamanı tətbiq edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation