Домой / Otorinolarinqologiya / Tənəffüs yollarında infeksion xəstəliklər
Tənəffüs yollarında infeksion xəstəliklər

Tənəffüs yollarında infeksion xəstəliklər

Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır.

Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosimlər daxildir. Lizosimlər bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir.

Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapilyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur.

Burunətrafı boşluqlar, kəllə-nin bəzi sümüklərındə xüsuisi hava boşluqları olur. Məsələn, alın sümüyündə frontal boşluq, yuxarı çənə sümüyündə haymor boşluğu var. Qrip, angina, kəskin respirator xəstəlikləri qulaqyanı boşluğun selikli qişasının iltiha-bını törədə bilər. Bu xəstəliyə ən çox haymor boşluğunda təsadüf olunur. Onların xəstəli-yi haymorit adlanır. Bəzən alın boşluğunun frontit adlanan xəstəliyinə də təsadüf olunur. Frontit və haymorit zamanı burunla tənəffüs çətinləşir, burun boşluğundan çoxlu miqdar-da selik ayrılır, bəzən də ayrılan seliyin tərkibində ölmüş leykositlərin hissələri olur.

Hava burun boşluğundan burun-udlağa, sonra udlağa və qırtlağa keçir. Yumşaq da-mağın ətrafında, qida borusunun və qırtlağın girişində badamcıqlar yerləşir. Limfa düyünlərində olduğu kimi badamcıqlar limfoid toxumadan qurulmuşlar. Badamcıqlarda çoxlu miqdarda limfositlər və faqositlər vardır. Onlar mikrobların inkişafını ləngidir və onları məhv edir. Belə halda onların özləri də müəyyən dəyişilməyə uğrayır, şişkinləşir və ağrılı olurlar. Bu zaman tonzillit adlanan xroniki xəstəlik yaranır.

Adenoid burun boşluğundan udlağa keçən yerdə limfoid toxumanın şişkinləşərək bö-yüməsi və ya artması deməkdir. Bəzən adenoid o qədər böyüyür ki, burunka nəfəs almağı çətinləşdirir. Tonzillit və adenoidin şiddətlənməsinin və artmasının qarşısını almaq üçün operativ və ya konservativ, yəni əməliyyatsız yolla onları vaxtında müalicə etdirmək zəruridir.

Difteriya hava-damcı yolu ilə yayılan xəstəliklərə aiddir. Bu xəstəliyə əsasən uşaqlar, bəzən böyüklər də məruz qalır. Difteriya xəstəliyi adi angina kimi başlanır. Bədən tempe-raturu yüksəlir, badamcıqlarda boz-ağ rəngli təbəqə yaranır. Limfa vəzlərinin iltihabı nəti-cəsində boyun nahiyəsi şişir. Difteriya xəstəliyinin törədiciləri – difteriya çöpcükləridir. Bu xəstəliyi törədən amillərin həyat fəaliyyəti zamanı yaranan difteriya toksinləri kəskin zəhərli maddələr olub, ürəyin nəqledici sistemini və ürək əzələsini zədələyir. Bununla da insan ürəyi üçün ağır və qor-xulu xəstəlik olan miokard çatışmazlığı başlanır. İnsanın səhhətini qorumaq məqsədilə difteriyaya qarşı profilaktik peyvənd aparmaq lazımdır. Belə halda orqanizmdə yaradılan süni immunitet bir neçə il özünün müsbət effektini saxlayır.

Ağciyərlər – döş boşluğunda sərbəst vəziyyətdə yerləşir. Konusabənzər formadadır. Ağciyərlərin genişlənmiş hissəsi diafraqmaya söykənir. Əsas bronxlar, ağciyər arteriyaları və venaları ağciyərlərə ürəklə həmsərhəd olan içəri tərəfdən daxil olur. Onların daxil olduğu yer “ağciyərlərin qapısı” adlanır. Ağciyərlər süngəri quruluşda olub, alveollardan, bronxlardan və qan damarlarından qurulmuşdur. Xaricdən ağciyərlər sıx birləşdirici toxumadan yaranmış plevra vərəqələri ilə əhatə olunmuşdur.

Ağciyərlər döş boşluğu orqanıdır. Onlar ürəyin, qan damarlarının, havaaparıcı yolların və yemək borusunun tutduğu yerdən başqa bütün döş boşluğu sahəsini əhatə edir. Ağciyərlərə daxil olandan sonra bronxlar burada daha kiçik diametrli şaxələrə ayrılırlar. Kiçik şaxələrin sonluğu içərisi hava ilə dolu olan nazik divarlı ağciyər qovucuqları və ya alveollarla tamamlanır.

Qovucuqların divarı bir qat epiteli hüceyrələrindən qurulmuş və onlar xaricdən sıx tor kimi kapilyarlarla bürünmüşdür. Deməli, ağciyər toxuması bronx şaxələrindən və ağciyər qovuqcuqlarından qurulmuşdur. Buradakı epiteli hüceyrələrinin buraxdığı bioloji fəal maddələr alveolların divarını içəri tərəfdən nazik pərdə şəklində örtür. Ağciyərlərin hər payında 300–350 milyon alveol vardır. Ağciyər alveollarının ümümi səthi 100 kv metrdən çoxdur. Bu isə insan bədəninin səthindən təxminən 50 dəfə artıqdır.

Содержание:

Simptomlar.

Nəfəs borusuna yad cismin düşməsini göstərən ən xarakterik simptom tez-tez olan öskürək tutmalarıdır. Nəfəsalma zamanı kiçik yad cisimlər ,adətən, yırğalanır: bu “oynayan” yad cisimləri fonendoskopla dinləmək olar .Yad cisim səs büküşlərinin aşağı səthində zərb ilə toxunduqda onlar konvulsiv (qıc) surətdə bir-birinə bayıra çıxmasına mane olur.

Klinika.

Bronxlara düşən yad cisimlərin klinikası onların xarakterindın ,forma və ölçülərindən asılıdır.Bərk və iti yad cisimlər döş sümüyü arxasında ağrı törədə bilər , yaxud məhdud iynə batması duyğusu ,bəlğəmdə qan olması iləə müşayiət olunur .Asfiksiya olmur.\ağciyərin aşağı səthində atelektaz ,sağ da isə emfizema olur.

Diaqnostikası.

Rentgenoskopiya,rentgenoqrafiya və tomoqrafiyadır.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*