Домой / Anatomiya / Fiziologiya / Təfəkkür anlayışı
Təfəkkür anlayışı

Təfəkkür anlayışı

Want create site? Find Free WordPress Themes and plugins.

Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, ci­sim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əq­li nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar.

Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür za­manı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, Təfəkkür anlayışıqanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür. Təfəkkür prosesi zamanı biz, subyektiv his­siyyata əsaslanan faktlara deyil, hadisələrin daxili varlığından, mücərrəd keyfiyyətlərdən yaranan və onların əsl mahiyyətini aşkar edən, başqa söz­lə, real varlıqdan yaranan faktlara əsaslanırıq. Məsələn, qanaxma ilə xəs­təxanaya daxil olan xəstəni müayinə edərkən həkim nəinki qanaxmanın xarakterini, hansı damarların zədələnməsini, eyni zamanda qanaxmanın nəyin təsirindən baş verməsini, itirilən qanın miqdarını, gələcəkdə nə ki­mi ağırlaşmaların ola biləcəyini təsəvvür edir və bunlara əsasən tədbir gö­rür.

Təfəkkür assosiativ təsəvvürlərin oxşarlığı, uyğunluğu, ahəngdarlığı və eyni zamanda meydana çıxması kimi proseslərə əsaslanır. Lakin təfək­kür assosiasiyalardan keyfiyyətcə fərqlənən daha mürəkkəb prosesdir. Belə ki, təfəkkür məlum faktlar əsasında yeni fikir və məzmun yaradır.

Təfəkkür prosesinə təsəvvür və anlayışların inteqrasiyası, təhlili əsa­sında müvəqqəti əlaqələrin yaranması kimi də baxmaq olar. Təfəkkürün dinamikası mərkəzi sinir sistemində optimal oyanmanın yaranması və in- duksiya qanununa əsasən lazımsız fikirlərin və assosiasiyaların ləngimə­sinə (tormazlanmasma) əsaslanır. Başqa sözlə, təfəkkür məqsədəuyğun şəkildə müəyyən istiqamətə yönəlmiş proseslərin ardıcıl, müntəzəm fəa­liyyəti və bu prosesə mane olan digər proseslərin ləngiməsi fonunda mey­dana çıxır.

Təfəkkürün normal fəaliyyəti yalnız düşüncə aydın olduğu halda mümkündür. Düşüncənin bu və ya başqa dərəcədə pozulması təfəkkürün yeknəsəkliyinə, əlaqəsizliyinə, bəzən isə avtomatik fəaliyyət göstərməsi­nə səbəb olur.

Təfəkkür insanın yaradıcı fəaliyyətinin əsasını təşkil edir. Ona əsasla­naraq biz maddi nemətlər istehsal edir, sənət əsərləri yaradır və fəaliyyə­timizi idarə edirik. Təfəkkür prosesi zamanı biz faktları təhlil edir, ümu­miləşdirir və yeni nəticələrə gəlirik: məsələn, həkimin xəstəni müayi­nəsi, diaqnoz və müalicə təyin etməsi.Təfəkkür anlayışı

Təfəkkür idrak prosesinin yüksək bir forması olmaqla özü də bir neçə mərhələdən ibarətdir:

  1. Təsəvvürlər- keçmişdə qavranılan və yaddaşımızda iz bu­raxmış hadisələrdir. Bunlar real varlığı əks etdirən faktlar olub konkret tə­fəkkürün əsasını təşkil edir.
  2. Abstraksiya formasıdır. Bunun vasitəsilə abstrakt təfəkkür meydana çıxır.

Təfəkkürün ifadə forması nitq və yazıdır

Nitq insan cəmiyyətinin in­kişafının müəyyən mərhələsində meydana çıxmış və onu n tarixi inkişafı­nın başlıca cəhətini təşkil edən bir vasitə olmaqla, insanlar arasında ünsiy­yətin əsasmı təşkil edir.

Görkəmli fizioloq I.P.Pavlov ikinci siqnal sisteminə aid olan tədqiqat­ları ilə təfəkkürün əsasında duran bioloji proseslərin mahiyyətini aydın­laşdırdı. Məlum oldu ki, ikinci siqnal sistemi təfəkkürün fizioloji əsası olub, düşüncəli fəaliyyətin ən ali prosesidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation