muayine

Hamiləliyin 2-ci yarısının qanaxmaları

Hamiləliyin 2-ci yarısının qanaxmaları...

Qanaxma hamiləliyin  ilk həftəsindən son həftəsinə qədər hər dövründə görüləbilən və ən sıx rastlanan şikayətlərdən biridir. Hamiləlikdə vaginal qanaxma bir neçə damcıdan  1 litrə qədər və daha çox olabilər.Çəhrayı, qırmızı və daha tünd rənglərdə  duru,qatı və ya selik kimi müxtəlif formalarda rastlana bilər. Hamiləlik dövründə qanamaya səbəb olan vəziyyətlər: İmplantasiya qanaxması Tam olmayan düşük Tam düşük Anemrbrional hamiləlik və ya boş döl yumurtası sindromu Beçəxor Uşaqlıqdankənar hamiləlik Ana qarnında dölün hər hansı səbəbdən ölməsi (intrautarin ex fetus) Erkən Doğuş Mukus tıxacın gəlməyi ilə başlayan qanaxma Dekolman plasenta (ciftin erkən ...
Ətrfaflı →
Burunətrafı əlavə ciblərin müayinə üsulları

Burunətrafı əlavə ciblərin müayinə üsulları...

Paranazal sinusların (əlavə ciblərin ) diaqnostikasında diafonoskopiya, tomoqrafiya, flyuroqrafiya  və rentgenoqrafiya tətbiq edilir . Diafonoskopiya məqsədilə kiçik Kerinq lampasından istifadə edirlər: sınaq qaranlıq otaqda aparılır. Lampanın şəffaf kalpaklı və xüsusi şpadeli olur .Şpadel ilə dili aşağıya basaraq lampanı müayinə olunan şəxsin ağzında yeridirlər, bu zaman müayinə olunan şəxs şpadeli dodaqları ilə kip sıxır .Lampa yanarkən gözyuvasının aşağı kənarı altında qırmızı işıqlanma və gözün işıqlanması qeyd olunur, patologiya zamanı isə qeyd olunmur. Alın ciblərinin müayinəsində şpadeli xüsusi işıq keçirməyən, distal ucunda linza olan metal kolpal ilə əvəz edirlər .Lampanı yanmış halda ...
Ətrfaflı →
Kəskin limfoblast leykoz

Kəskin limfoblast leykoz...

Kəskin leykozlar hemopoezin II və III siniflərinə məxsus diferensiasiya etməmiş polipotent və unipotent hüceyrələrinin və IV  sinfinə məxsus az diferensiasiya etmiş blast hüceyrələrinin bəd xassəli transformasiyasına deyilir.Ona görə də kəskin leykozlar özləri də diferensiasiya dərəcəsinə görə 2 qrupa bölünürlər. Kəskin diferensiasiya etməmiş leykoz .Hemopoezin II və III sinif diferensiasiya etməmiş hüceyrələrindən başlanğıc götürmüş bütün leykozlara deyilir. Kəskin blast leykozlar.Hemopoezin IV sinif – az diferensiasiya etmiş blast hüceyrələrindən başlanğıc götürən leykozlara deyilir.Blast hüceyrələrin histogenezindən asılı olaraq bu leykozların da müxtəlif növləri ayırd edilir. FAB-təsnifata ...
Ətrfaflı →
Otoskleroz

Otoskleroz...

Otoskleroz qəribə xəstəlik olub bu zaman labirint kapsulundan distrofik proses əmələ gəlir ,kompakt hissə gövşək süngəri sümük ilə əvəz olunur. Bu səbəbdən həmin xəstəliyi otosponkioz adlandırmağa daha düzgün hesab ediblər. Adətən, proses oval pəncərənin ön qütbündən başlayıb ,halqayabənzər bağı və üzənginin ayaqaltı  səhifəsini tutur ,getdikcə yayılaraq girdə  pəncərəyə ,koxlear kapsula və daxili qulaq keçəcəyinin dibinə keçir. Belə spongiolaşma nəticəsində üzəngi oval pəncərəyə fiksə olunur ki, bu da onu mütəhərriklikdən məhrum edir (ankiloz) Otsklerozun etiologiyası hələdə məlum deyil. Bir çox etioloji amillər (iltihabi ,irsi, mexaniki və s.) yanaşı otosklerozun əmələ gəlməsində ...
Ətrfaflı →
Həzm sistemi xəstəliklərində vizual müayinə

Həzm sistemi xəstəliklərində vizual müayinə...

Ağız boşluğunun  xəstəlikləri  zamanı  xəstələrin  müxtəlif  şikayətlər  təqdim  etməsinə  baxmayaraq  onun  müayinəsində  əsas  aparıcı  və  məlumatlandırıcı  müayinələr  baxma və palpasiyadır. Ağız  boşluğu və udlağa  baxmanın  yaxşı  işıqlandırılmış  şəraitdə,  gündüz  işığında  aparılması  daha  məqsədəuyğundur. Baxma  zamanı  kölgəlik  yaratmamaq  üçün  xəstə  ağız  boşluğunu  işığa  doğru  çevirir, həkimin  təklifi  ilə  ağzını  açır. Həkim  metal  və ya plasmas  steril  şpateldən  istifadə  edir. Ağız  bucaqları  şpatellə  müayinə  olunur, dişlərin, diş ətinin  səthinə  və  damaqlara,  ağız  dəhlizinin  selikli  ...
Ətrfaflı →
Eşitmə analizatoru. Müayinə üsulları və patologiyaları.

Eşitmə analizatoru. Müayinə üsulları və patologiyaları....

Daxili qulaq keçəcəyində labirintin ilbizində yerləşən ganglion spiralae (Corti) hüceyrələrinin dendritləri corti cismində qurtararaq səs qıcıqlannı qəbul edir. Aksonları gicgah sümüyündən kəllə daxilinə qulaq dəliyindən (porus acusticus internus) n.vestibularis, n.facialis və n.intermedius ilə birlikdə körpü-beyincik bucağında varoli körpüsünə daxil olur. Burada iki nüvədə qurtarır: nucleus coclearis ventralis və nucleus cochlearis dorsalis. Bu nüvələrdən başlayan ikinci neyronun aksonlan trapesəbənzər cisim və eşitmə zolaqları əmələ gətirir. Arxa nüvənin (n.dorsalis) aksonlarının bir hissəsi əks tərəfə keçərək xarici ilgək (lemniscus lateralis) tərkibində yuxarı qalxaraq birincili qabıqaltı eşitmə ...
Ətrfaflı →
Revmatoid artrit – ailə həkiminin iş təcrübəsində

Revmatoid artrit – ailə həkiminin iş təcrübəsində...

Revmatoid artriti (RA) - birləşdirici toxumanın autoimmun iltihabi sistem xəstəliyidir. Revmatoid artriti xronik gedişli olub, oynaqların tez-tez proqressivləşən zədələnməsi ilə yanaşı, daxili orqanların da patoloji prosesə qoşulması ilə xarakterizə olunur. Revmatoid artritli xəstə olan ailələrdə revmatizm və müxtəlif allergik xəstəliklərin faizi yüksək olur. Hazırda RA zamanı birləşdirici toxumanın (əsasərn oynaqların) zədələnməsi immunopatoloji pozğunluqların nəticəsi kimi qəbul edilir. Revmatoid artritin (autoimmun) bir sıra əlamətləri vardır: revmatoid faktorunun tapılması (RF), müxtəlif antitellərin, immunokomplekslərin, birləşdirici toxumaya sensibilizə edilmiş limfositlərin və s. aşkar edilməsi, ...
Ətrfaflı →
Ailə həkiminin iş təcrübəsində pielonefritlər və müalicə-sağlamlaşdırıcı tədbirlər

Ailə həkiminin iş təcrübəsində pielonefritlər və müalicə-sağlamlaşdırıcı tədbirlər...

Pielonefrit böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının, xüsusən ara toxumanın qeyri-spesifik iltihabi prosesidir. Xəstəliyə ən  çox uşaq yaşlarında təsadüf olunur. Yaşlılarda isə uşaq vaxtı sağalmamış piolelonefritin davamı müşahidə olunur. 40 yaşa qədər qadınlar daha tez xəstəliyə tutulur, bu da hamiləlik və aşağı sidik yollarının anatomik xüsusiyyətilə əlaqədardır, ahıl yaşlarda isə kişilər arasında xəstəliyin çox yayılmasını prostat vəzisinin adenoması nəticəsində baş verən sidik stazı ilə izah etmək olar. Pielonefrit ən çox təsadüf olunan böyrək xəstəliyi olub, eyni zamanda yuxarı tənəffüs orqanları katarından sonra bütün xəstəliklər arasında tezliyinə görə ikinci yeri ...
Ətrfaflı →