ailə

Revmatoid artrit – ailə həkiminin iş təcrübəsində

Revmatoid artrit – ailə həkiminin iş təcrübəsində...

Revmatoid artriti (RA) - birləşdirici toxumanın autoimmun iltihabi sistem xəstəliyidir. Revmatoid artriti xronik gedişli olub, oynaqların tez-tez proqressivləşən zədələnməsi ilə yanaşı, daxili orqanların da patoloji prosesə qoşulması ilə xarakterizə olunur. Revmatoid artritli xəstə olan ailələrdə revmatizm və müxtəlif allergik xəstəliklərin faizi yüksək olur. Hazırda RA zamanı birləşdirici toxumanın (əsasərn oynaqların) zədələnməsi immunopatoloji pozğunluqların nəticəsi kimi qəbul edilir. Revmatoid artritin (autoimmun) bir sıra əlamətləri vardır: revmatoid faktorunun tapılması (RF), müxtəlif antitellərin, immunokomplekslərin, birləşdirici toxumaya sensibilizə edilmiş limfositlərin və s. aşkar edilməsi, ...
Ətrfaflı →