Домой / Psixiatriya / Suiqəstlər
Suiqəstlər

Suiqəstlər

Want create site? Find Free WordPress Themes and plugins.

İntihar və ya suisid hazırda psixiatriya və tibbi psixologiyaya aid edi­lən ən əhəmiyyətli problemlərdəndir. əhali arasında baş verən ölümün səbəbləri  içərisində intihar ilk onluğa daxildir.

Ölüm özlüyündə həyatın təbii sonu olub, insan üçün nisbətən  gec və qeyri-müəyyən vaxtda  baş verən və onun nəzarət edə bilmədiyi prosesdir. İntihar bu prinsiplə, sanki, ziddiyyət təşkil edir. Müxtəlif xalqlar tarixi inkişafın müxtəlif dövrlərində intihara fərqli münasibət bəsləmişler.

Müxtəlif məlumatlara görə, suisid icra edənlərin 98%-i psixi sağlam­lıq cəhətdən problemlərə malikdirlər. Eyni zamanda bir çox məsələlər tam həllini tapmamışdır. Məsələn, bəzi alimlər hesab edirlər ki, bir çox hallarda bədbəxt hadisələr nəticəsində baş vermiş ölümlər gizli suisidal tendensiyalarla şərtləndirilməlidir.

Suisidlərin epidemiologiyası. Suisidlərin sayı haqqında dəqiq məlu­matlar əldə etmək bir sıra çətinliklərlə qarşılaşır. Belə ki, bəzi intihar hal­ları bədbəxt hadisə kimi qiymətləndirilir, bəzən isə ölümün intihar və qəsd nəticəsində olduğunu müəyyən etmək mümkün olmur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il intiharlardan ölüm halları 0,5 mln-a çatır. ABŞ-da intihardan ildə 30 000 ölüm halı qeydə alı­nır, bu da hər 100 000 nəfər əhaliyə 12,5 və ya gündə təqribən 75 nəfər təşkil edir. Beləliklə, hər 20 dəqiqədə bir amerikalı bu yolla həlak olur. Böyük Britaniyada bu göstərici 100 000 nəfərə 10 nəfərdən bir qədər az təşkil edir. Bu, əhalinin 1%-ni əhatə edir (təqribən o qədərdə insan ürək- damar xəstəliklərindən ölür). Təəssüf ki, buna bənzər təcrübə Azərbaycanda da davam etdirilir. Lakin bir fakt məlumdur ki, müsəlman ölkələrində bu göstəricilər çox

Onillikdə müxtəlif məlumatlara görə, il ərzində Azərbaycanda intihar edərək dünyasını dəyişənlərin sayı 100 000 nəfərə 2,5-17 nəfərədək təş­kil edir,

Suisidal davranış tipləri. Suisidal hərəkətlərin təsnifatı barədə bir çox alimlər belə bölgü verirlər:Suiqəstlər

  1. Suisdal məqsədlər – intihar haqqında fikirlər, həyatdan getmək üsullarının düşünülməsi, müxtəlif hazırlıq işləri (məsələn, vəsiyyətnamə­lərin tərtib olunması və ya ölümqabağı kağızlar yazmaq, zəhərli maddə­lər haqqında məlumat toplamaq) suisidal məqsədlərə aid edilir.
  2. Suisidal cəhdlər nisbətən az təhlükəli davranış formalarından (mə­sələn, az miqdarda dərman qəbulu) həyat üçün təhlükəli olan autoaqres- siv əməllərə qədər geniş sahəni əhatə edir
  3. Tamamlanmış suisid – insanın həyatdan getməsi ilə əlaqədardır. Suisidal məqsəd, cəhd və tamamlanmamış suisidin ümumi cəhətləri olsa da, həqiqətdə onlar müxtəlif əməllərdir. Hətta təqribi hesablamalara gö­rə, suisidal cəhdlərə tamamlanmış suisidlərə nisbətən 4-15 dəfə çox rast gəlmir. Nəzərə almaq lazımdır ki, əksər hallarda suisidal cəhdlər qeydə alınmadığından dəqiq rəqəmlər məlum deyil.

Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə su­isid, özünə qəsd edərkən yaxınlarımda özü ilə aparmaq tendensiyalı şəxslərdə genişlənmiş suisid (məsələn, suisiddən azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv sui­sid (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanala­rının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.

Suisidal dayranışın bioloji aspektləri. Artıq çoxdan məlumdur ki, suisidlər bir ailənin üzvlərini nəsildən-nəslə bir bəla kimi izləyə bilir. Bə­zi tədqiqatçıların fıkirincə, intihar etmiş şəxslə yaxın qohumluğu olanlar arasında suisidal risk 4 dəfə artıqdır. Genetik faktorlardan savayı mərkəzi sinir sistemində impulslarm ötü­rülməsinə cavabdeh olan metobolitlərin rolu da fəal öyrənilir. Hal-hazır­da suisidal əməllər törətmiş şəxslərin onurğa beyni maddəsində serotoni- nin 5-hidroksi-indolaset turşusu metabolitinin azalması müəyyən olun­muşdur. Həmçinin, onurğa beyni mayesində dofaminin metaboliti olan homovanil turşusunun miqdarının suisidentlərdə adi şəxslərlə müqayisə­də demək olar ki, 50% enməsi qeyd olunmuşdur.

Suisidal davranışın motivasiyaları. Nə üçün insanlar intihar edir?  su­alı sadə sual deyil. Ən bəsit izah suisidal davranışı psixi xəstəliyin ayağı­ na yazmaqdır. Ancaq psixi xəstələrin əksəriyyəti, ümumiyyətlə, suisidal cəhd göstərmir, İntihar edənlərin çoxu isə bunu remissiya vəziyyətində, yəni xəstəliyin kəskin simptomları özünü büruzə vermədikdə icra edir, Bundan başqa heç bir sağlam insan qarşılıqlı münasibətlərdən sarsılma, nüfuzun itirilməsi, qanunla ixtilaf, ağır fiziki xəstəlik və s. müşayiət olu­nan böhran vəziyyətlərinə düşməkdən sığorta olunmayıb. Belə hallarda bir çox insanlar yeganə çıxış yolunu intiharda görür, yaranmış böhranı həll edə bilən amilləri isə görmür və ya onları düzgün qiymətləndirə bilmir­lər.

Onlardan bəzilərini nəzərdən keçirək.

  1. İntihar edən öz əməllərinə tam cavabdehdir və öz həyatı ilə istədi­yi kimi rəftar etmək hüququna malikdir. Eyni zamanda suisidal fikirləri Suiqəstlərolan adamlar ziddiyətli hisslərə malik olurlar. Bir tərəfdən onlar ölüm ar­zuladıqları halda, digər tərəfdən yaşamaq istəyirlə
  2. Əgər insan bir dəfə həyətdan getmək qərarına gəlirsə, suisid la­büddür. Eyni zamanda məlumdur ki, suisidal cəhdlər daha çox kəskin hə­yati böhran dövründə yaranır və şəxs böhrandan tam çıxan kimi suisid eh­timalı heçə Ciddi suisidal fikirləri olmuş insanlann çoxu uzun illər ömür sürürlər.
  3. intihar haqqında tez-tez danışan adamlar əslində heç vaxt özlərinə qəsd etmirlə Buna baxmayaraq, intihar edənlərin 80%-dən çoxu həyat­dan getmək istədikləri haqqında kifayət qədər ciddi xəbərdarlıqlar edir­lər.
  4. İnsanla onun suisidal fikirlərinin müzakirə olunması onu özünə qəsd etmək fikrində möhkəmlədə bilə Həqiqətdə isə, intihar etmək qə­rarına gəlmiş şəxsə qayğıkeş münasibət və həssas söhbət onun vəziyyəti­ni yüngülləşdirir və intiharların qarşısını almağa imkan verir.
  5. İntihar qəflətən törədilən impulsiv aktdır. İcra olunmazdan çox- çox əvvəl müşahidə olunan yüksək suisidal riskin xeyli əlaməti təzahür edir. Bir qayda olaraq suisid cəhdlərinin əksəriyyəti qabaqcadan planlaş­dırılır.

Risk amilləri. Praktiki iş zamanı tibbi baxımdan intiharın risk dərəcə­sinin qiymətləndirilməsi çox vacibdir. Bir qayda olaraq, göstərilən amil­lər ayn-ayrılıqda deyil, cəm halmda çıxış edirlər.

Suisidin həyata keçirilməsinin mümkünlüyünü müəyyən edərkən yaş amilini nəzərə almaq vacibdir. Kiçikyaşlı uşaqlar praktiki olaraq intihar etmirlər. Bununla belə 7 yaşından sonra da suisidal cəhdlərə son dərəcə nadir hallarda olsa da rast gəlinir. Belə hallar gözlənilməz olub, adətən hədə-qorxu çərçivəsindən kənara çıxmır. Əksər hallarda uşaq suisidlərini bədbəxt hadisələrdən fərqləndirmək çətinlik törədir. 15-24 yaşlı yeniyet­mə və gənclərdə suisidlərin miqdarı kəskin artır. Çox güman ki, bu yaş dövrünə düşən həyati sınaqlarıri artması əhəmiyyət kəsb edir. Təhsil mü­əssisələrindən gərgin tədris prosesi, gələcək peşənin seçilməsi, əks cinslə ilk kontaklar, gənclərdə orduda xidmət, sosial və şəxsi əlaqələrin geniş­lənməsi, həmçinin alkoqol və narkotiklerden istifadə halları məhz bıı dövrdə təsadüf edir.

Orta yaş dövründə kişilərdə suisidlərin miqdarı azalır, qadınlarda isə artır. Bu zaman peşə mənsubiyyəti daha çox əhəmiyyət kəsb edir. Həkim­lər, əczaçılar, musiqiçilər, sığorta agentləri, həmçinin hüquq-mühafizə or-  qanları işçiləri arasında xeyli yüksək göstəricilər aşkar olunur. Bunu inti­har etmək üçün vasitələrə yaxın olmaqla əlaqələndirmək cəhdləri inandı­rıcı görünmür.

Müasir tibbi və psixoloji ədəbiyyatda «yanma» vəziyyətləri təsvir olunmuşdur. Həmin vəziyyət işdə həddən artıq fiziki və emosional gər­ginliyə məruz qalan, bacarıqsızlıq və peşəsinə yararsızlıq hissləri keçirən şəxslərdə qeyd olunur. 50-70 yaşlarında hər iki cinsin nümayəndələri ara­sında intiharların sayı nəzərə çaıpacaq dərəcədə artır. Bu dövrdə tənhalıq hissi, həyat yoldaşının itirilməsi, labüd ölüm haqqında fikirlər, həmçinin sağlamlıqla əlaqədar problemlər meydana çıxa bilər. 75 yaşını keçmiş ki­şilər arasında suisidlər qadınlara nisbətən xeyli çox olur.

Suisidal pasiyentlərə yardım göstərilməsinin praktiki məsələləri. İntihar təhlükəsi haqqında düşüncələr hər hansı mütəxəssislər üçün ən mürəkkəb və məsuliyyətli məsələdir. Suisidal məqsədlər haqqında birba­şa xəbərdarlıqlar, həyatın mənasız və öz vəziyyətinin ümidsiz olması haq­qında fikirlər, ciddi sosial və şəxsi problemlərin olması, psixi vəziyyət (kəskin psixopatoloji simptomlar, psixoaktiv maddələrdən istifadə), eləcə də fiziki vəziyyət təhlükə olduğunu göstərən faktorlardır. Yadda saxla­maq lazımdır ki, pasiyent tərəfindən suisidal arzuların fəal şəkildə nüma­yiş etdirilməsi həyatın mənasız olması haqqmda fikirlər, köməksiz oldu­ğunu tez-tez yada salmaq və digər hallar həyatı könüllü tərk etmək haq­qmda ciddi fikirlərin olmasını göstərir.

SuiqəstlərYadda saxlamaq lazımdır ki, psixi xəstə­lərin demək olar ki, 40%-i suisid baxımından təhlükə törədir, bütün inti­harların 1 %-i psixiatriya xəstəxanalarında həyata keçirilir. Psixiatriya xəs­təxanalarının pasiyentlərində intihar imkanları məhdud olduğundan suisi- di realizə etmək şanslan azdır. Bununla belə imkanlardan daha çox motiv­ləri nəzərə almaq lazımdır.

Vəziyytin yaxşılaşmasından sonra da suisıdin təkrar olunması riski qalır. Depressiya və ya şizofreniyamn simptomlanmn zəifləməsi xəstələ­ri aktiv əməllərə təhrik edə bilər.

Statistika göstərir ki, birinci suisiddən sonra ilk üç ay ərzində təkrari cəhdlər tez-tez müşahidə olunur. Müalicə qəbul etməmiş xəstələrdə tok- rari suisidal hərəkətlərin sayının xyii yüksək olması elmi tədqiqatlarla sü­but edilmişdir.

Xəstəni evə yazmaq məsələsi ortaya çıxdıqda qəti qərara gəlmək la­zımdır: suisidal məqsədlər tam itmişdirmi? Pasiyentin vəziyyəti necədir? Hansı problemlər qalmaqdadır? Evə yazıldıqdan sonra hansısa yardıma ehtiyacı varmı?

Somatik xəstəliklər praktikasında eftanaziya – sağalmayan somatik xəstəlikdən əziyyət çekən xəstələrin heyatdan könüllü getməsi haqqında məsələ kəskin mübahisələr doğurur.

Suisidlərin profilaktikası. Suisidlərin qarşısının alınmasına yönəlmiş bütün tədbirlər birincili, ikincili və üçüncülü profilaktikaya bölünür.

Birincili profilaktikaya əhali arasında səhiyyə maarifi işi, sağlam hə­yat tərzinin təbliği, narkomaniya və alkoqolizmlə mübarizə aiddir. Bura­ya, həmçinin tibb işçilərinin bilik səviyyəsinin yüksəldilməsi, psixoloq və sosial işçilərin peşəkar hazırlığının artırılması daxil edilir. Silah alveri və dərman vasitələrinin satışı üzərində nəzarətin gücləndirilməsi də birinci­li profilaktika kimi mühüm əhəmiyyət daşıyır. Hal-hazırda bir çox psixot- rop maddələr ciddi məhdudlaşdırılmış miqdarda buraxılır. Bununla yana­şı, bir çox suisidentlər geniş satışda olan preparatlardan istifadə edir. Bu­nun qarşısını almaq məqsədi ilə əksər əczaçılıq kompaniyaları dərmanla­rın tərkibinə az miqdarda qusdurucu maddə əlavə edirlər.

İkincili profilaktika böhran mərkəzləri, «inam telefonları» (hot line) kimi ictimai yönümlü müəssisələr, həmçinin suisidönü davranışlı xəstələ­rə yardım göstərən qeyri-hökümət təşkilatları (qadın və uşaq, gənclər, ıv tehlak cəmiyyətləri və i.a.) səviyyəsində aparılır.

Ən nəhayət, üçüncülü profilaktikaya təkrari suisidal cəhdlərin qarşısı­nı alan tibbi, sosial tədbirlər, özünəyardım və qarşılıqlı yardımın müxtəlif formaları aiddir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Автор публикации

не в сети 7 months

Mariam Sadikova

Комментарии: 0Публикации: 62Регистрация: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Авторизация
*
*


Регистрация
*
*
*


Генерация пароля