Домой / Travmatologiya / Ortopediya / Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.
Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

Want create site? Find Free WordPress Themes and plugins.

Skolioz – onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2-3%, 6-14 yaşlı uşaqlar arasında 0.5%, 12-14 yaşlı yeniyetmələr arasında isə 1.2% təşkil edir. Yeniyetnəlik dövrünün idiopatik skoliozu ən çox 10-14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir.

Simptomlar

Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:

  • Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir.
  • Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
  • Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
  • Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının” əmələ gəlməsi
  • Bir qol digərindən uzun görünür
  • Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi

Diaqnoz

Rentgenoqrammalara əsasən həkimlər skoliotik defornasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcyə bölürlər:

  • 1-ci dərəcəli – 0-10° dərəcə
  • 2-ci dərəcəli – 11-30° dərəcə
  • 3-cü dərəcəli – 31-60° dərəcə
  • 4-cü dərəcəli – >61° dərəcə

Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun Deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.

Skolioz Azərbaycanda

Azərbaycanda təxminən hər min nəfərdən 10-u skolioz xəstəliyindən əziyyət çəkir. Üstəlik bu xəstəlik adətən vaxtında təyin olunmur və insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. İndiyədək bu xəstəliyin nisbətən yüngül formaları yəni onurğanın az əyriliyi Azərbaycanda əməliyyat olunsa da daha böyük əyriliklərdə xəstələr əməliyyat üçün xarici ölkələrə göndərilirdilər. Sümüklərin deformasiyası vaxtında əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq özünü göstərməyə başlayır.

Simptomları azaltmaq üçün olan idman hərəkətləri:

Məqsədlər:

  • Onurganın dayanıqlılığını artırmaq
  • Əzələləri gücləndirmək
  • Elastikliyi artırmaq

Her herekette beşe qədər sayılmalı, günde 2 dəfə hər biri 10 dəfə olmaqla  edilməli.

 

1.hərəkət

Üst gövde ekstensiyası (uzatması): Qarını yastıqla dəstəkləyin. Əlləri arxada birləşdirin ve gövdenizin üst qismini yerden qaldırın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

2.hərəkət

Qol-ayaq ekstensiyası: Sağ qolu ve sol ayağı qaldırın. Boynunuzu bükməyin. Daha sonra diger qol ve ayaq üçün hereketi tekrarlayın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

3.hərəkət

Orta döş rotasiyası (döndürmə) : Her iki yanda uzanabildiyiniz kadar uzanın, sinəni yere yaxın tutun.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

4.hərəkət

Torakolumbar (döş ve belden) yana əyilmə: Başınızın üzərindən sağ qolunuzda sola doğru gerginlik hissedene qədər uzadın. Diger tərəf üçün təkrarlayın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

5.hərəkət

Üst trapes gərilmə hərəkəti: Yavaşca başınızın sağ tərəfindən tutun, diger elinizi belinize doğru uzadın. Yüngül bir gərginlik hissedənə qədər başınızı əyin. Digər tərəf üçün tekrarlayın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

6.hərəkət

Levator skapula gərilmə hərəkəti: Sol əli eyni tərəf kürək sümüyünə aparın. Digər el ile başı öne doğru yavaşca əyərək gərginləşdirin. Digər tərəf üçün təkrarlayın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

7.hərəkət

Hamstring gərilmə hərəkəti: Sağ ayaq düz ikən digər ayağı qasığa doğru qıvırın. Qalça arxasında gerginlik hissedene qeder öne doğru əyilin. Beli düz tutun. Digər tərəf üçün təkrarlayın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

8.hərəkət

Skapular retraksiya (kürək sümüklərini geriyə çəkmə): Qollar yanda ikən her iki kürek sümüyünü birbirine yaxınlaşdırın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

9.hərəkət

Servikal / torasik (boyun və bel) ekstensiya / rotasiya: Oturarkən gövdənizin digər tərəfinə  sol qolunuzu uzadın və stulun arxasından tutun. Sağ çiyin üstünden baxın. Digər tərəf üçün təkrarlayın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

10.hərəkət

Torakolumber yana əyilmə: Sağ tərəfiniz üzərinə uzanın. Çanaq sümüyü kənarını yastıqla destekleyin. Aşağıdaki qol ilə boyunu destekleyin, yuxarıdaki qolunuz başınızın üzerinde boş qalsın. Digər tərəf üçün təkrarlayın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

11.hərəkət

Lumber rotasiya: Ayaqlar ve dizler birləşik, qollar iki yana açıq, dizlerinizi sola çevirin; bu əsnada başınızı gerginlik hissedene qeder digər yönə çevirin. Digər tərəf üçün təkrarlayın.

Skolioz. Skoliozun simptomları, müayinə metodları və müalicəsi.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 1 hour

admin

Comments: 0Publics: 746Registration: 13-12-2016

Müəllif admin

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation