Домой / Psixiatriya / Şəxsiyyət pozuntularının klinikası və differensial diaqnostikası
Şəxsiyyət pozuntularının klinikası və differensial diaqnostikası

Şəxsiyyət pozuntularının klinikası və differensial diaqnostikası

Want create site? Find Free WordPress Themes and plugins.

Psixopatiya yunan sözü olub “psyche” – beynin xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s. qabiliyyətinin bütün formalarını əhatə edən anlayış, “patos” isə pozuntu (xəstəlik), istirab deməkdir. Psixopatiya dedikdə xasiyyətin anomliyası və ya şəxsiyyətin patologiyası nəzərdə tutulur.

  • 1808-cu ildə F.Pinel xasiyyət anomaliyalarını təsvir etmiş və onların psixi xəstəlik olmamasını qeyd etmişdir.
  • S.Priçard psixopatiyaların kliniki tədqiqinin elmi əsasını qoymuşdur. O, 1835-ci ildəpsixopatiyaların bir neçə formasını təsvir etmiş və onları “mənəvi havalanma” adlandırmışdır.
  • 1891-ci ildə V.Kox xasiyyət anomaliyasının məlum olan bütün formalarını bir yerə cəmləyərək psixopatiyalaradı altında birləşdirmişdir
  • P.B.Qannuşkin 1933-cü ildə psixopatiyaların ümumi sistematiasını yaratdı. İlk dəfə o, psixopatiyaların həyat prosesi ərzində dəyişə bilməsi fikrini söylədi və bu xəstəliyin dinamikasının qanunauyğunluqlarını şərh etdi

Psixopatiyaların diaqnozu P.B.Qannuşkin təklif etdiyi üç başlıca əlmətə əsaslanır.

  1. Xarakterioloji pozuntuların həcmli (total) olması;
  2. Həyat boyu onların az dəyişkən və davamlılğı;
  3. İctimai uyğunlaşmanın dəyişməsi.

Diaqnostik səhvə yol verməmək üçün bəzən illərlə müşahidə aparmaq, şəxsin həyatını öyrənərək hərtərəfli psixoloji təhlil etmək tələb olunur.

Psixopatiyaların inkişafının dinamikasında “pubertat böhran” dövrünün olmasına böyük əhəmiyyət verilməlidir. Məhz həmin yaş dövründə meydana çıxan parlaq psixopatik əlamətlər düzgün diaqnoz qoymağa imkan verir.Yetginlik yaşına çatmış adamlarda, ələxüsus ahıl yaşlarda psixopatik xüsusiyyətlər tədricən yumşalır, hətta mühitə tam uyğunlaşma ilə əvəz olunur. Bəzən isə əksinə geriyə inkişaf dövründə kəskinləşə bilir.

  • Hazırda şəxsiyyətin disharmoniyasının bütün formalarını 4 böyük qrupa bölmək qəbul olunmuşdur:
  • Birinci qrupa təfəkkür sferasına məxsus dəyişikliklər qeyd olunan psixopatlar aid edilirlər. Onları birləşdirən ümumi cəhət hadisələri düzgün qiymətləndirə bilməmək və ya onlaratənqidi yanaşmamaq qabiliyyətinin olmasıdır.
  • İkinci qrupa təəssürat sferasına məxsus pozuntuları olan psixopatlar daxildir. Bu qrupa aid edilən şəxslərin başlıca xüsusiyyətləri tez-tez ziddiyyətli affektiv reaksiyalar nümayiş etdirmələridir.
  • Üçüncü qrupa iradi pozuntuları olanlar aid edilir.
  • Dördüncü qrup qarışıq forma psixopatları birləşdirir. Bu qrupa aid edilən psixopatlarda polimorf əlamətlərin dəyişkənliyi əsas sindromu təyin etməyə imkan vermir.

Astenik tip

Bu tipə mənsub olan psixopatların başlıca cəhətləri:

  • uşaqlıqdan ümumi zəiflik,yorğunluq, neyrovegetativ dəyişkənliyə meyillik
  • emosional zəiflik, sadəlövhlük, hissiyata qapılmaq
  • diqqətin zəifləməsi
  • süstlük, əzginlik,tez-tez ağlamaq meylinin yaranması
  • ipoxondrik şikayətlərə meyillilik

Psixastenik (anankastik) tip

Özlərinə qarşı inamsız, təəssüratlarının kövrək, daima aciz və köməksiz olmalarını hiss etmələridir. Belə psixopatları şərti olaraq iki tipə bölmək mümkündür.

  • Birinci tipə mənsub olanlar həyəcanlı, şübhəli, qətiyyətsiz və müstəqil ola bilməmələri ilə fərqlənənlərdir.
  • İkinci tipinə mənsub olan şəxslər xasiyyətlərindəki şübhəliliyin sarışan xarakterli olmasını başa düşmələri ilə fərqlənirlər. Onlar əvvəlcədən planlaşdırılmış göstərişlər əsasında fəaliyyət göstərərək dəqiq və səlist olmağa çalışır, icra etdikləri işi dəfələrlə yoxlamaqla özlərini gərginlikdən azad edirlər. . Bunlarla yanaşı heç bir vaxt gördükləri işlərin məzmunundan razı qala bilmirlər, şübhə daima onları boğur, ümidsizlik hissi yaradır

Şizoid tip.

Bu tip psixopatların başlıca cəhəti autistik təfəkkürə malik olmaları və bununla da başqalarından asanlıqla fərqlənmələridir. Belə şəxslərin cəmiyyətdə özlərini aparmaları, geyimləri, mimikaları, jestləri və s. müstəsna xüsusiyyətə malikdir. Nitqləri kasad, bir neçə standart ifadələrdən ibarət olub, eyni tipli hərəkətlər və jestlər müşayiət edilir.

Şizoid psixopatlar sensitiv və ekspansiv qruplara bölünür:

  • Sensitivlər hissiyyata qapılan, xəyalpərvər, lakin istəklərinə heç vaxt nail ola bilməyən şəxslərdir. Real varlığı olduğu kimi qəbul edə bilmir, tez incidiklərindən (dəymə-düşər) öz məqsədinə çatmaq üçün mübarizə aparmağa qadir olmurlar.
  • Ekspansiv qrupa daxil olan şizoid psixopatlar, adətən, öz peşəsini yaxşı bilən, başladığı işi axıra çatdırmaq üçün mümkün olan hər şeyi etməyə hazır adamlardır. Lakin başqaları ilə razılaşmadıqları və dikbaş olduqları üçün onları sevmirlər.

Paranoid (paranoyal) tip.

Yüksək qiymətli ideyalarla yaşayan bu qrup psixopatlar öz şəxsi keyfiyyətlərini, bilik və bacarıqlarını həmişə nümayiş etdirməyə səy göstərirlər. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətlə əlaqədardır. Paranoyal psixopat öz məqsədinə nail olmaq üçün illərlə mübarizə aparmaqdan, müxtəlif idarə və təşkilatlara şikayətlər etməkdən yorulmur. Bu qrupa aid olan sutyaq-kverulyant (şikayətçi-ərizəbaz) adlanan psixopatlar daha çox ictimai təhlükəli subyektlərdir.

Qannuşkin fanatiklər adlandırdığı digər qrup paranoidlər bir sıra xüsusiyyətləri ilə fərqlənirlər.Bu da irəli sürdükləri ideyaları şəxsi maraqlarından daha üstün tutmalarıdır. Onlar maddi maraq, şəxsi xoşbəxtlik xatirinə deyil, qarşıya qoyduqları məqsəd uğrunda mübarizə aparırlar. Həmin məqsəd xatirinə onlar hər şeydən (vəzifəsindən, var-dövlətindən, sağlamlığından) keçməyə hazırdırlar. Adətən, din xadimləri, alimlər və ictimaiətçilər arasında rast gəlinən belə şəxslər fədailik nümunəsi göstərməyə qabil adamlardır.

Oyanıqlı (dissosial-antisosial) tip.

Bu tip psixopatlar məktəbəqədər yaş dövründən başlayaraq bir sıra xüsusiyyətləri ilə fərqlənirlər. Onlar tez əsəbləşən, aqressiv, sözə baxmayan və tərs olmaları ilə diqqəti cəlb edirlər. Məktəb yaşı dövründən onlar kollektivdə lider kimi çıxış edir, müstəqil, hər şeyi bacaran adam kimi tanınırlar. Tez-tez müşahidə olunan və 2-3 gün çəkən disforiya halının qeyd edilməsi, qaraqabaq və güclü affektiv reaksiyalara malik olmaları təcrübəli psixiatr üçün diaqnostik əhəmiyyət kəsb edir. Tutma zamanı belə psixopatlar bəzi amansız və gərgin olduqlarından kobud hərəkətlər edir, şikarına işgəncə verirlər.

Affektiv tip (emosional davamsız)

Bu tip psixopatların başlıca xüsusiyyətləri əhvali-ruhiyyələrinin biri-birinə zidd qütüblər arasında (distimiya və hipertimiya) tez-tez dəyişməsidir.

Distimiklər

Qannuşkinin fikrincə “anadangəlmə pessimistlərdir”. Belə şəxslərin əhvali-ruhiyyəsi daima aşağı olub hər an, nə isə pis hadisənin olacağını gözləyirlər. Belələrini heç nə ruhlandırmır, həyatlarında baş verən müsbət hadisələrə, qazandıqları müvəffəqiyyətlərə görə sevinmək hissi sanki onlara yaddır. Bu tipə mənsub olan psixopatlar adi həyatda sakit, həmişə bikef görünən, ləng hərəkətli adamlar olub eyni zamanda öz vəzifə borclarını vicdanla yerinə yetirən, buna görə də hamının hörmət bəslədiyi şəxslərdir.

Hipertimiklər

isə distimiklərin tam əksinə təşkil edən psixopatlardır. İlk növbədə nəzəri cəlb edən onların əhvali-ruhiyyəsinin həmişə yüksək olması, şən və xoşbəxt görünmələridir. Başqaları ilə olduqca tez ünsiyyət və dostluq yaratmağı bacarır, optimist və cəld olmaları onları kollektivin sevimlisi edir. Lakin yaxından tanıdıqda məlum olur ki, onlar bu qədər yüngültəbiət, daha çox vədlər verən, axıradək dostluq etməyi bacarmayan adamlardır. Bu psixopatların qeyri-ciddi təbiətə malik olmaları yaxın adamların yanında onların əsl simasını müəyyən edir. Belə ki, onlar haqqında tez-tez “bel bağlayısı adam deyil” sözlərini eşitmək mümkündür.

Tsikloidlər

Distimiklərlə hipertimiklər keçid təşkil edən digər tip psixopatlar tsikloidlər adlanırlar. Bunların başlıca xüsusiyyətləri əhvali-ruhiyyələrinin dəyişkənliyidir. Emosiyalarının dövrü olaraq yüksək və aşağı olması, eyni zamanda iş qabiliyyətinin, yaxın adamlara münasibətin də dəyişməsi ilə müşayiət edilir. Əhvalın yüksək olduğu dövrdə tsiklondlər olduqca fəal, şən, optimist görünürlər. Sanki heç bir çətinlikdən qorxmayan belə şəxslər bu dövrdə başladıqları işi axıra çatdırırlar. Lakin əhvalı pis olduğu dövrdə hər şey əksinə cərəyan edir. Xarici görkəmləri dəyişir, zəif və bikef görünür, başladıqları işi yarımçıq qoyur, heç kəslə ünsiyyətdə olmaq istəmirlər.

İsterik tip.

Öz fəaliyyəti ilə hamının diqqətini cəlb etməyə çalışan, hadisələrin gedişində aparıcı rol oynamağa can atan, bu məqsədlə müxtəlif hərəkətlər (bəzən artistlik məharəti) nümayiş etdirən şəxslər olub çox tez tanınırlar. Emosional cəhətcə zəngin görünmək üçün canfəşanlıq etmələrinə baxmayaraq, isteroid psixopatlar mənəviyyatca heç də zəngin olmayan, başqalarının iztirabına biganə qalmağı bacaran şəxslərdir. Onlar üçün ən başlıcası öz təəssüratlarını nümayiş etdirmək, diqqət mərkəzində olmağa səy göstərmələridir.

Kreçmer isteroid psixopatların xüsusi bir formasını fərqləndirməyi təklif etmiş və onlara yalançılar, gopçular (psevdoloqlar) adı vermişdir.

Öz təbii xüsusiyyətlərindən məharətlə istifadə edən belə adamlar emosional boyalarla zəngin ifadələrlə başqalarını inandırmaq, onları yoldan çıxarmaq qabiliyyətinə malik olurlar. Söylədikləri yalan fikirlərə nəinki başqaları, hətta özləri də inanırlar.

Davamsız tip (asılı)

Bu tipə mənsub psixopatları bir sıra xarakterioloji xüsusiyyətlərinə, məsələn, dözümsüz olmaları, cüzi bir səbəbdən əsəbləşmələri, diqqətlərinin davamsızlığı, ərköyün və dəcəl olmalarına görə uşaq yaşlarından fərqləndirmək mümkündür. Başqalarına tez inanan və etibar edən belə şəxslər hamı ilə yoldaşlıq etməyə, hər bir toplanış və məclislərin iştirakçısı olmağa çalışır, liderliyə can atırlar. Lakin iradələrinin zəifliyi tez bir zamanda onların yumşaq xasiyyət və təşəbbüssüzlüyünü büruzə verir, etimad göstərilməsi şəxs olmadıqlarını aşkar edir.

Mozaik tip.

Bu və ya digər psixopatik xüsusiyyətlərə malik şəxslərdə başlıca xasiyyət anomaliyasını (sindromu) təyin etmək mümkün olmadıqda mozaik psixopatiya terminindən istifadə edilir. Hər hansı bir tipə mənsub psixopatda digər tipin əlamətlərini də görmək mümkündür. Lakin kliniki diaqnozu müəyyən edərkən dominatlıq təşkil edən sindroma əsaslanmaq lazımdır.

Diferensial diaqnozu.

Psixopatiyaları endogen psixi xəstəliklərdən fərqləndirərkən unutmaq olmaz ki, sonuncular qəflətən, adətən, kəskin başlamaqla bir sıra psixopatoloji əlamətlərlə (sayıqlamalar, hallüsinasiyalar və s.) özünü büruzə verir. Psixopatiyaların özünəməxsus dinamikası, endogen xəstəliklərə nisbətən daha stabil olması nəzərə alınmalıdır.

Nevrozlardan fərqli olaraq psixopatlarda öz xəstəliyini hiss etmək, müxtəlif şikayətlərlə tez-tez həkimə müraciət etmək olmur. Psixopatiyalar özlərində təsadüf edən patoloji əlamətlərə, demək olar ki, əhəmiyyət vermir və onlarla mübarizə aparmaq təşəbbüsü də göstərmirlər

Mühüm problemlərdən biri psixpatları orqanik, endokrin və somatogen mənşəli psixopatabənzər pozuntulardan təcrid etməkdir. Bunun üçün anamnestik məlumatlara (beyin travmalarına, daxili orqanların xəstəliklərinin olmasına) fikir vermək, parakliniki müayinələrin nəticələrini təhlil etmək lazımdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation