Домой / Anatomiya / Fiziologiya / Şərti reflektor fəaliyyətin ləngiməsi
Şərti reflektor fəaliyyətin ləngiməsi

Şərti reflektor fəaliyyətin ləngiməsi

Want create site? Find Free WordPress Themes and plugins.

Baş beyində şərti-reflektoru «müvəqqəti əlaqə» fərdi həyat ərzində əldə edilən davranış proqramları kimi olduqca dinamikdir. Onlar xarici mühitin sabit şəraitində orqanizmin müvafiq tələbatların uzunmüddətli eynitipli ödəmə üsullarında möhkəm olur. Eyni zamanda xüsusi təsirlər altında onlar pozulur, əvvəl yaradılmış şərti reflekslər itir.

«Müvəqqəti əlaqələrin» pozulması prosesləri şərti-reflektoru fəaliyətinin ləngiməsi nəticəsində baş verir. Şərti-reflektoru fəaliyyətin ləngiməsi ətraflı olaraq İ.P.Pavlov məktəbində öyrənilibdir. Şərti reflekslərin ləngiməsinin bir neçə növü aşkar olunubdur.

Xarici (şərtsiz) ləngimə.

Şərtsiz ləngimə əvvəl yaradılmış şərti refleksi olan heyvana dərhal hansısa yeni, kifayət qədər güclü xarici qıcıqlandırıcı təsir etdikdə müşahidə olunur. Xarici ləngimə də yeni şəraitdə meydana çıxır. Bu halda heyvanda səmtləşdirici- tədqiqat fəaliyyəti əmələ gəlir ki, bu da əvvəl yaradılmış şərti reflekslərin ləngiməsinə səbəb olur. Xarici ləngimə öyrətmə tələb etmir. Bu zaman, İ.P.Pavlov hesab etdiyi kimi, ləngimənin səbəbi ləngidilən şərti refleksin refleks qövsünün xaricində yerləşir. Bu halda ləngimə iki oyanmanm qarşılıqlı təsiri nəticəsində baş verir. Səmtləşdirici-tədqiqat reaksiya ilə törədilmiş oyanma daha güclü olur və heyvanda şərti qıcıqlandırıcının təsiri nəticəsində əmələ gəlmiş daha zəif oyanmanı ləngidir. Bu zaman sistem nöqteyi- nəzərdən daha güclü funksional sistem beynin hər bir neyronu səviyyəsində daha zəif sistemi ləngidir.

Qoruyucu ləngimə.

Qoruyucu ləngimə  mexanizminə görə xarici ləngiməyə yaxındır. Bu halda sinir hüceyrələri funksional labillik həddini keçən son dərəcə güclü qıcıqlandırıcının zədələyici təsirindən qorunmaq üçün pessimum vəziyyətinə gəlir. Qoruyucu ləngimə çox zaman insanda bir sıra ruhi pozğunluqları müşayiət edir və vacib kliniki əhəmiyyət kəsb edir. O, stupor, şok və ya yuxu Şəklində meydana çıxır.

Daxili (şərti) ləııgimə.

I. P. Pavlov hesab etdiyi kimi, şərti ləngimə şərti refleks qövsünün özündə əmələ gəlir. Daxili ləngimə xüsusi öyrətmə tələb edir. Daxili ləngimənin formalaşmasınm əsas şərti şərti siqnalın möhkəmlənməsinin olmamasıdır. Bu zaman heyvanlarda əvvəl xarici ləngimə halında olduğu kimi, şərti qıcıqlandırıcıya cavab olaraq sonradan mənfi emosiya ilə əvəz olunan səmtləşdirici-bələdçilik reaksiyası inkişaf edir.

Daxili ləngimənin yaradılması ilk mərhələlərdə kifayət qədər çətindir. Lakin şərti-reflektoru fəaliyyətin möhkəmləndirilmiş ləngiməsi fəaliyyət nəticəsinin yeni akseptorunun formalaşması ilə əlaqədar olaraq xeyli asan olur.

Daxili ləngimənin bir neçə növü ayırd olunur.

Sönən ləngimə o hallarda inkişaf edir ki, əvvəl yaradılmış şərti refleksin şərtsiz qıcıqla möhkəmlənməsi kəsilir. Məsələn, şərti qıcıqlandırıcı ardıcıl olaraq qida ilə möhkəmləndirilmir. Bu halda hər növbəti şərti siqnala ağız suyunun ifrazı tədricən azalır və nəticədə sıfıra çatır. Lakin bu zaman tənəffüs hərəkətləri qeyd olunsa, onun aydm dəyişilməsini görmək olar. Tənəffüsün dəyişilməsi şərti refleksin sönməsi zamanı əmələ gəlmiş mənfi emosiyanın xarici təzahürü kimi heyvanda «çətin vəziyyətin» inkişafını sübut edir (P.K.Anoxin).

Fərqləndirici ləngimə

Fərqləndirici ləngimə o hallarda formalaşır ki, şərti qıcıqlan- dırıcılardan biri möhkəmləndirilir, fıziki parametrlərinə görə ona yaxın olan digəri isə möhkəmləndirilmir. Bu halda ləngimə möh- kəmləndirilməmiş təsirə görə olur və iki mərhələdə inkişaf edir. Əvvəl generalizasiya mərhələsi əmələ gəlir, bu zaman heyvan şərti qıcıqlandırıcıların ikisinə də (möhkəmləndirilən və möhkəmləndirilməyən) cavab verir. Sonra konsentrasiya mərhələsi formalaşır, bu zaman əvvəllər möhkəmləndirilən şərti qıcıqlandırıcıya heyvan şərti-reflektoru reaksiya ilə cavab verir, möhkəmləndirilməyən şərti qıcıqlandırıcıya şərti-reflektoru reaksiya əmələ gəlmir.

Davranış qaydalarma insanm öyrənməsi də fərqləndirici ləngimələrin yaradılması nəticəsində olur.

Gecikdirici ləngimə

Gecikdirici ləngimə o hallarda formalaşır ki, möhkəmlətmə şərti qıcıqlandırıcıdan, məsələn 2-3 dəq. sonra olur. Bu zaman gecikdirici şərti reflekslərdə ləngimə şərti siqnalın təsir etmə vaxtının sonunda baş verir. Bu halda qida şərti-reflektoru reaksiyası yalmz qidanın verilmə vaxtına görə olur. I.P. Pavlov heyvanlardakı bu reaksiyanı təşbehlə «işgüzar yanaşma» adlandırdı. Gecikdirici ləngimənin yaradılması uşaqların tərbiyə zamanı vacibdir.

Şərti maneə o hallarda əmələ gəlir ki, şərti qıcıqlandırıcı möhkəmlondirilir, lakin onun digər qıcıqlandırıcı ilə uyğunlaşdırılması möhkəmləndirilmir. Bu halda ikinci şərti qıcıqlandırıcı hər hansı həmin bir əvvəl yaradılmış şərti qıcıqlandırıcıya qoşulsa, şərti-rcflektor fəaliyyətə maneə olur.

Daxili ləngimənin mexanizmi hələ aydın olmayaraq qalır.  Pavlov hesab edirdi ki, daxili ləngimə şərti qıcıqlandırıcılarının aralıq nümayəndəliyində inkişaf edir. Lakin şərti-reflektor fəaliyyətin vegetativ komponentlərinin qeydiyyatı göstərir ki, qida şərti refleksində ağız suyu ifrazının ləngiməsi zamanı ürək fəaliyyətində və tənəffüsdə dəyişikliklər qeyd olunmaqdadır. Şizogenez adlanan hadisə sübut edir ki, ləngimə şərti qıcıqlandırıcmın refleks qövsünün strukturuna toxunmur, o şərti refleksin vegetativ kom- ponentlərinin effektor yollarında baş verir.

Bu nöqteyi nəzəri heyvanlar üzərində ikitərəfli qida möhkəmləndirilməsi ilə aparılan təcrübələr təsdiq edir. Bu təcrübələrdə iti sağ və solda yerləşən iki yem təknəsi olan dəzgaha yerləşdirirdilər. Əvvəl itlərdə «lya» tonuna qarşı şərti-reflektor reaksiya yaradılırdı və o sağ tərəfdəki yem təknəsi ilə möhkəmləndirilirdi. Ağız suyunun ifrazı və heyvanm sağ yem təknəsinə hərəkət etməsi ilə büruzə verilmiş «lya» tonuna şərti-reflektoru reaksiya yaradılandan sonra, itdə qidanın sol yem təknəsində yerləşməsi barədə siqnal verən «fa» tonuna şərti qida reaksiya yaradılırdı. «Fa» tonuna şərti-reflektor reaksiyanın yaradılması mərhələsində it bu ton səsləndikdə əvvəl sağ yem təknəsinə tərəf gedirdi. Sonrakı mərhələdə «fa» tonu səsləndikdə it dəzgahın ortasında otururdu; onda şərti-reflektoru olaraq ağız suyunun ifrazı müşahidə olunurdu, lakin hərəkətlər yox idi. Təcrübə göstərirdi ki, şərti-reflektoru reaksiyanm ləngiməsi şərti- reflektoru reaksiyanm icraçı komponentləri səviyyəsində baş verir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation