Домой / Səhiyyə təşkilatı / Sanitariya epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının qanunu.
врач

Sanitariya epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının qanunu.

Want create site? Find Free WordPress Themes and plugins.

Sanitariya epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının qanunu, onun bölmələri və məzmunu

Ölkəmiz müstəqilik əldə etdikdən sonra ilk qəbul olunan qanunvericilik aktının – «Sanitariya -epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasınm Qanunu ölkəmizdə əhalinin sağlamlığının qorunub saxlanılması, daha da yaxşılaşdırlması və ətraf mühitin mühafizəsi sahəsində mühüm və çox əhəmiyyətli bir qanun olmuşdur. 10 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentin 371 saylı fərmanı ilə təsdiq edilmişdir. Səkkiz fəsil və 41 maddədən ibarətdir. Birinci fəsil ümumi müddəalar dörd maddə ilə verilmişdir. Birinci maddə əhalinin sanitariya-epidemioloji salamatlığı və onun təmin olunmasının əsasları, ikinci – Azərbaycan Resp- ublikasının sanitariya qanunvericiliyi və onun əsas vəzifələri, üçüncü – sanitariya norma və qaydaları, gigiyenik normativlərin mahiyyəti, dördüncü – əhalinin sanitariya- epidemioloji salamatlığının təminatı sahəsində Azərbaycan Respublikası ali və yerli həkimiyyət və idarəetmə orqanlarının səlahiyyətlərinə həsr edilmişdir.

Qanunun ilinci fəsli Azərbaycan Respublikasında əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasında vətəndaşların, dövlət orqanlarının, ictimai birliklərin,müəssisələrin, təşkilatların hüquqlarına həsr edilmişdir. İkinci fəslin 5-10-cu maddələrində Azərbaycan Respublikası vətendaşlarının sağlam ətraf mühitdə yaşamaq, informasiya almaq, sağlamlığa və ətraf mühitin vəziyyətinə dair dövtət qərarlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, onlann sağlamlıqlarına dəyən zərərin ödənilməsinə, məhkəmə yolu ilə hüquqlarının qorunması, həmçinin dövlət orqanlarının, ictimai birliklərin, müəssisə və təşkilatların hüquqlan təsbit olunmuşdur. Qanunun üçüncü fəsli sanitariya-epidemioloji salamatlığın təmin edilməsi sahəsində dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşlann vəzifələrinə həsr edilmişdir. Dövlət orqanlarının, ictimaibiriiklərin, müəssisələrin, təşkilatlann, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələri haqqında on birinci maddədə qeyd olunur. Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təş- kilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar:

  • təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli;
  • sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya- gigiyena tədbirləri və epidemiya əleyhinə tədbiriər görməli;
  • dövlət sanitariya-nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməii;
  • dövlət sanitariya nəzarətini həyata keçirən orqaniara və idarələrə sanitariya-epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verilməlidir.

Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi, yaxud müvəqqəti yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də aiddir.

Yerli idarəetmə orqanlan və nazirliklər öz ərazilərində və tabeliklərində olan müəssisələrin, təşkilatlann, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya qanunvericiliyinə əməl etmələrinə cavabdehdirlər.

On ikinci maddədə vətəndaşlann sağlamlığının qorunması, əlverişli ətraf mühitdə yaşaması və məlumat almasıhüquqlarırıın temin edilməsi sahesındə vəzifələr müəyyərıləşdirilmişdir ki, bu maddəyə əsasən dövlet orqanları, ictimat birliklər, müessiseler, teşkilatlar və idarələr:

  • ehalinin sağlamlığını qorumaq və möhkemləndirmək, ətraf mühitin insana menfi təsirinin qarşısının alınmasına kömek etmek üçün mümkün olan bütün tədbirleri görməli;
  • Azerbaycan Respublikasının qanunvericilik aktlarına əsasən dövlet, xidmet, yaxud kommersiya sırri daşıyan hallar istisna olmaqla, bu Qanunun 6-cı maddəsinə müvafiq surətde vetəndaşların tələbi ile onlara tam dəqiq məlumat verməli;
  • heyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühite menfi təsirlə bağlı olan qərarların hazırlanmasında, qebul olunmasında və icrasına nəzarətdə vətəndaşların iştirakı üçün şərait yaratmalı;
  • sağlam həyat tərzini formalaşdırmaq üçürı şəraiti təmin etməli, o cümlədən bədən tərbiyesinə idman müəssisələrinin, sağlamlaşdırma komplekslərinin, sağlamlıq mərkəzlərinin, turist və idman bazalarının, sanatoriya-profilaktoriyaların və əhalinin istirahəti, sağlamlığının möhkəmləndirilməsilə məşğul olan digər müəssisələrin səmərəli işləməsindən ötrü müasir maddi texniki baza yaratmalı;
  • sağlam həyat tərzini formalaşdırmaq məqsədilə əhali arasında gigiyenik bilikleri təbliğ etməli, gigiyenik təlim-tərbiyə işlərini yerinə yetirməlidirlər.
  • sağlam heyat tərzinin təbliği, o cümlədən kütləvi informasiya vasitələri ilə təbliği dövlət və digər maliyyələşdirmə mənbələri hesabına həyata keçirilməlidir.

Bu feslin digər maddələrində əhalinin sağlamlığını formalaşdıran bir sıra problemlərin helli barəsində vəzifələr öz əksini tapmışdır, o cümlədən layihələşdirmə və tikinti dövründə vəzifələr (maddə 14), obyektlərin istismara qəbul edilməsi dövründe vəzifəler (maddə 15), otaqların, binaların, qurğuların, avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin saxlanılması və istismarı sahəsində vəzifələr (maddə 16), kimyəvi maddələrin, bioloji vasitələrin və materialların tətbiqi, istifadəsi, zərəsizləşdirilməsi və basdırılması sahəsində vəzifələr (maddə 17), radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələr (maddə 18), mənzil sahəsinə sakinlərin köçürülməsinə və yaşaması sahəsində vəzifələr (maddə 19), ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı vəzifələr (maddə 20), təserrüfat- içməli su təchizatına və əhalinin mədəni-məişət məqsədılə sudan istifadə etdiyi yerlərə olan sanitariya tələblərinə əməl etmək sahəsində vəzifələr (maddə 21), xaricdən satın alınan məhsulun göndərilməsi, satışı və ıstifadəsi zamanı vəzifələr (maddə 22), uşaqların və yeniyetmələrin tərbiyəsi, təhsili və istehsaiat təcrübəsi şərtlərinə əməl edilməsi sahəsində vəzifələr (maddə 23), tibbi müayinədən keçmək vəzifələri (maddə 24) öz əksini tapmışdır. Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələrə həsr olunan 25-ci maddədə deyilir ki, – dövlət orqanları ıctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər.

Yoluxucu və parazitar xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almağa yönəldilən profilaktik peyvəndlər vurulmasının və digər tədbirlər görülməsinin qaydasını Azərbaycan Respublikasının Sehiyyə Nazirliyi müəyyən edir.

Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyen olunmuş qaydada xüsusi əmək, təhsif, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdi isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər.

Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin- təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını ve müddətlərini Azərbaycan Respublikasının hökumətl, Azerbaycan Respublikasının Səhiyyə Nazirliyi müeyyən edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation