Домой / Revmatologiya / Revmatoid artrit – ailə həkiminin iş təcrübəsində
Revmatoid artrit – ailə həkiminin iş təcrübəsində

Revmatoid artrit – ailə həkiminin iş təcrübəsində

Want create site? Find Free WordPress Themes and plugins.

Revmatoid artriti (RA) – birləşdirici toxumanın autoimmun iltihabi sistem xəstəliyidir.

Revmatoid artriti xronik gedişli olub, oynaqların tez-tez proqressivləşən zədələnməsi ilə yanaşı, daxili orqanların da patoloji prosesə qoşulması ilə xarakterizə olunur.

Revmatoid artritli xəstə olan ailələrdə revmatizm və müxtəlif allergik xəstəliklərin faizi yüksək olur.

Hazırda RA zamanı birləşdirici toxumanın (əsasərn oynaqların) zədələnməsi immunopatoloji pozğunluqların nəticəsi kimi qəbul edilir. Revmatoid artritin (autoimmun) bir sıra əlamətləri vardır: revmatoid faktorunun tapılması (RF), müxtəlif antitellərin, immunokomplekslərin, birləşdirici toxumaya sensibilizə edilmiş limfositlərin və s. aşkar edilməsi, infeksion amilin tapılmaması, infeksiya əleyhinə terapiyanın nəticə verməməsi.

Revmatoid artritdə ayaq və biləklərin xırda oynaqların kapsulasında və oynaqətrafı toxumada struktur dəyişiklik əmələ gəlir. Oynaqətrafı birləşdirici toxumada əvvəlcə mukoid şişmə, arteriolit, arterit baş verir və sonra fibrinoid nekroz əmələ gəlir.

Burada lifli birləşdirici toxuma inkişaf edir, sinovial qişalara tutqun maye toplanır. Sinovial mayedə neytrofillərin miqdarı artır, onların sitoplazmasında revmatoid faktor aşkar edilir. Xəstəliyin II mərhələsində qığırdaq dağılır, sümüklərin oynaq hissəsində qranulyasion toxuma meydana çıxır. Falanqalararası və daraq-barmaq oynaqları çıxır, barmaqlar tış tərəfə əyilir. İri oynaqlarda boşluq daralır, hərəkat məhdudlaşır. Son mərhələdə fibroz sümük ankilozları meydana çıxır Revmatoid artritində qlomerulonefrit, amiloidoz əlamətləri, poliserozitlərə rast gəlinir.

Revmatoidli artritdə proses əsasən periferik oynaqlarda yerləşdiyinə görə, klinik mənzərədə əsas diqqəti ətraf oynaqlarda artritlər cəlb edir. Xəstəliyə təkan verən faktorlardan xronik infeksiyanı, fiziki və psixi gərginliyi qeyd etmək lazımdır.

Adətən RA kəskin və xronik infeksion xəstəliklərin kəskinləşməsindən 1-2 həftə sonra müşahidə edilir. Xəstəliyin əmələ gəlməsi həm də meteoroloji dəyişmələr, orqanizmin fizioloji dəyişiklikləri dövründə qeyd edilir. Prodromal hallar xəstəliyin inkişafında bir neçə həftə yə ya ay özünü büruzə verir. Bunlardan ən vacibi səhərlər hərəkətin məhdudlaşmasıdır (xüsusən də ətrafların xırda oynaqlarında). Bu simptom aktiv hərəkətdən sonra keçib gedir. Bu simptomun əmələ gəlməsi böyrəküstü vəzilər tərəfindən endogen hidrokortizonun ifrazının pozulması ilə əlaqələndirilir. Adətən həmin hormonun ifrazınını maksimal səviyyəsi gecikir, səhər saat 7-8-dən bir qədər sonraya çəkilir. Prodromal özünü havanın dəyişməsi ilə əlaqədar oynaqlarda cüzi ağrılar, ürəkdöyünmə, tərləmə, anemiya, subfebril temperatur artması ilə büruzə verir.

Xəstəlik əksər hallarda yarimkəskin başlayır. Ağrıların ritmikliyi xarakterikdir. Ağrılar gecenin ikinci yarısı səhərlər daha intensiv olur. Səhərlər hərəkətin məhdudlaşması bilavasitə xəstəliyin aktivliyi ilə əlaqəlidir. Minimal aktivlikdə bu simptom yataqdan qalxandan 30-60 dəq sonra keçir.

Hərdən bir xəstəlik oynaqlarda kəskin ağrılarla, şişkinliklə, səhərlər hərəkətin məhdudlaşması ilə başlayır. Temperatur yüksək olur, xəstələr tam hərəkətsiz halda yataqda olur. Nadir hallarda isə xəstəlik normal temperatur fonunda artrit simptomlarının tədrıcən artması ılə başlayır. Bu xəstələrdə hərəkət məhdudiyyəti qeydə alınmır. Xəstəliyin ilkin vaxtlarında yuxarıda göstərilən simptomlar bir neçə ay və ya hətta il müşahidə olunmaya bilər. Gələcəkdə xəstəlik xronik inkişaf gedişi alır.

Xəstəliyin inkişaf dövründə xəstələrdə ümumi zəiflik, astenıya, arıqlama, subfebril temperatur, oynaqların davamlı zədələnməsi müşahidə edilir. Oynaq toxumalarında proliferativ proseslərin iııkişaf etməsi nəticəsində oynaqlarda deformasiya qeyd olunur. Proses əl və pəncə oynaqlarından başlayıb, gələcəkdə bilək, diz, dirsək oynaqlarına keçir. Revmatoidli artritlərdə oynaqdankənar orqan və sistemlərdə zədələnmələr aşkar edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation