Домой / Andrologiya / Urologiya / Reproduktiv sağlamlıq və ailə planlaşdırılması
Reproduktiv sağlamlıq və ailə planlaşdırılması

Reproduktiv sağlamlıq və ailə planlaşdırılması

Want create site? Find Free WordPress Themes and plugins.

ÜST-ün verdiyi tərifə əsasən “Reproduktiv Sağlamlıq qadın ve kişilərin cinsi həyatının təhlükəsiz və rahat olması; hamilə qalmaq və xəstəliklərə yoluxmaqla bağlı narahatlıqlarının olmaması; dünyaya uşaq gətirmək qabiliyyətinə malik olması; uşaq sahibi olmaq, onun vaxtının planlaşdırılması və doğulacaq uşaqların sayı ilə bağlı sərbəst qərar qəbul edə bilməsi; seçdikləri münasib, təhlükəsiz, səmərəli, maliyyə baxımından əlverişli olan ailə planlaşdırılması üsulları haqqında məlumatlı olmaları və onları əldə etmək hüquqlarının olması; qadınların hamiləliklərinin və doğuşlarının təhlükəsiz keçməsini və ailələrin dünyaya sağlam övlad gətirməsini təmin edən münasib tibbi xidmətləri əldə etmək hüquqlarının olması deməkdir”.

Reproduktiv Sağlamlığın 5 əsas aspekti vardır:

  • Antenatal, perinatal, doğuşdan sonrakı qulluğun və yeni doğulmuşlara qulluğun yaxşılaşdırılması;Reproduktiv sağlamlıq və ailə planlaşdırılması
  • Ailə planlaşdırılması, o cümlədən sonsuzluqla bağlı yüksək keyfiyyətli xidmətlərin göstərilməsi;
  • Təhlükəli abortun ləğv edilməsi;
  • Cinsi Yolla Yayılan Infeksiyalar/Insanın Immun Çatışmazlığı Virusu (CYYl/HiV), reproduktiv traktın infeksiyalan, uşaqlıq boynu xərçəngi və digər ginekoloji xəstəliklərə qarşı mübarizə;
  • Seksual sağlamlığın möhkəmləndirilməsi.

1994-cü ildə keçirilən Əhali ve İnkişaf üzrə Beynəlxalq Konfransda “tnsarı hüquqlarını əsas tutan yanaşma” qəbul edildi. Bu yanaşma demoqrafik siyasət, cinsi ve reproduktiv sağlamlıq ve hüquqlar arasında əlaqələrə dair yeni qlobal razılaşmanı əks etdirir: “qadınların hüquqları tanınarsa və insanların cinsi və reproduktiv sağlamlıq ehtiyacları ödənilərsə, heç bir müdaxilə və nəzarət olmadan seçim və imkan azadlığı vasitəsilə əhalinin stabil inkişafına nail olmaq olar”. Reproduktiv Sağlamlıqda (o cümlədən, ailə planlaşdırılması və seksual sağlamlıqda) hüquqlan əsas tutan yanaşmanın əsasında duran müddəa ondan ibarətdir ki, sağlamlıq və hüquqlar ayrılmazdır və bütün şəxslər öz həyatlarına dair sərbəst qərar vermək hüququna və qabiliyyətinə malikdirlər. Bu yanaşmanın əsas elementlərinə aşağıdakılar daxildir:

  • Gender haqqları və bərabərliyi
  • Seksual və reproduktiv hüquqlar
  • Pasiyentin maraqlarını əsas tutan seksual və reproduktiv sağlamlıq xidmətləri

Gender haqqları “qadın və kişinin qanun və siyasətlər qarşısında, ailədə, icmada və bütövlükdə cəmiyyətdə mövcud resurs və xidmətlərdən istifadədə hüquq bərabərliyidir”.

Gender bərabərliyi — “hüquqların və imkanların qadın və kişi arasında bərabər və ədalətli paylanmasıdı

Reproduktiv Hüquqlar fərd və cütlüklərin aşağıdakı hüquqlarıdır:Reproduktiv sağlamlıq və ailə planlaşdırılması

  • Uşaqların sayı, doğuşlar arasında interval və doğuşların dəqiq vaxtımn təyin olunmasında “sərbəst və məsuliyyətlə” qərar qəbul etmək və bunu etmək üçün lazımi məlumat, təhsil imkanları və vasitələrlə təmin olunmaq hüququ;
  • “Yüksək standartlara cavab verən seksual və reproduktiv sağlamlığa malik olmaq; reproduksiya ilə əlaqədar qərarları ayrıseçkilik, kənardan müdaxilə və təzyiqlər olmadan qəbul etmək hüququ”.

Seksual hüquqlar bütün insanlara aşağıdakı hüquqları şamil edir:

  • Seksual məsələlərin bütün aspektlərində, həmçinin cinsi və reproduktiv sağlamlıqlarının qorunması və dəstəklənməsində sərbəst və məsuliyyətlə qərar qəbul etmək
  • Seksual həyatlarında və bununla bağlı qərarlarında ayrıseçkilikdən, müdaxilədən və təzyiqlərdən azad olmaq
  • Seksual münasibətlərdə bərabərlik, tam razılaşma, qarşılıqlı anlaşma və hörmət və bölüşdürülmüş məsuliyyət gözləmək və tələb etmək.

Qadınlar üçün reproduktiv sağlamlıq sahəsində göstərilən xidmətlərə aşağıdakılar daxildir:

  • ana sağlamlığının mühafizəsi, o cümlədən hamiləlik dövründə doğuşqabağı qulluq, həkim nəzarəti altında doğuş və doğuşdan sonrakı dövrdə qulluq;
  • ailə planlaşdırılması;
  • CYYİ, reproduktiv traktın infeksiyalarmm aşkar olunması və müalicəsi;
  • sonsuzluğun qarşısının alınması;
  • abort fəsadlarının müalicəsi;
  • cinsi və qadınlara qarşı tətbiq olunan zorakılıq formalarının qarşısının alınması və zorakılıq qurbanlarının müalicəsi üçün proqramlar;

« yuxarıda qeyd olunan xidmətlərlə bağlı məsləhətlər və maarifləndirmə.

Ailə Planlaşdırılması istənilən vaxt və istənilən sayda uşaq sahibi olmaq və bunun üçün qadının həyatının ən münasib vaxtının seçilməsi deməkdir.

Ailə Planlaşdırılmasınm ana və uşaq sağlamlığı üçün faydası danılmazdır.

  1. Doğuşlararası fasilənin gözlənməsi (ÜST tərəfindən doğuşlar arasında 3 ildən az olmayaraq fasilə verilməsi məsləhət görülür):

Körpə və uşaq ölümü səviyyəsini azaltmağa imkan verir. Doğuşdan sonra 2 il fasilə gözləmədən doğulan uşaqların ölüm ehtimalı, 2 il fasilədən sonra doğulan uşaqlara nisbətən 2 dəfə çox olur. Əgər qadın axırıncı doğuşdan 2 il keçməmiş hamiləqalarsa, belə hallarda hamiləlik özbaşına abort, ölü doğuş və ya az çəkili körpənin doğulması ilə nəticələnə bilər.

  • Ana südü ilə qidalanma körpənin sağlamlığını və inkişafım yaxşılaşdırmağa imkan verir.
  • Anada anemiya hallarını azaltmağa imkan verir.
  • Riskli hamiləliklərin qarşısı almır:Reproduktiv sağlamlıq və ailə planlaşdırılması
  • Yeniyetmələrdə – Ana ölümünün en aşağı göstəriciləri 20-29 yaşlı qadınlar arasında olur. Yaşın 16-dan az olması hamiləlik dövründə yüksək qan təzyiqinin və sağlam olmayan körpənin doğulması riskini artırır.
  • 30-40 yaşlı qadınlarda – Ananın yaşı artdıqca ölü doğuşların, abort fəsadlarının, körpə və uşaqların ölüm riski artır. 35 yaşdan yuxarı qadınların uşaqlarında ürək qüsurları, qurdağızlıq, dovşandodaqlıq, Daun sindromu kimi anadangəlmə və doğuş qüsurları daha çox rast gəlir.
  • Çox sayda (4-dən çox) doğuş keçirmiş qadınlarda – Ana ölümü riski doğuşları çox olan qadınlarda daha yüksəkdir. Qanaxma və cift gəlişi kimi ağırlaşmaların nəticəsində baş verən ölümə 4-dən çox doğuşu olan qadınlar arasında daha çox rast gəlmək olur. Toksikozlara ilk və 4-cü doğuşdan sonrakı hamiləliklərdə daha çox rast gəlmək mümkündür.
  • Hamiləliyin əks-göstəriş olduğu qadınlarda.
  • Arzuolunmaz hamiləliklərin qarşısı alınmaqla:
  • Ana ölümünü,
  • Ana xəstəliklərini,
  • Sonsuzluq hallarım azaldır.

Arzuolunmaz hamiləliyin qarşısının müxtəlif vasitələrlə müvəqqəti yaxud daimi olaraq alınmasına kontrasepsiya deyilir. Kontrasepsiya sözü latın dilindəki “contraceptio” sözündən götürülüb və hərfi mənası “hamiləlik əleyhinə” deməkdir. Kontraseptiv vasitələr dedikdə isə hamiləliyin qarşısım almaq üçün, yəni kontrasepsiya məqsədilə istifadə olunan vasitələr nəzərdə tutulur. Kontraseptiv vasitələr həmçinin Ailə Planlaşdırılması üsulları adlandırılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation