Домой / Cərrahiyə / Qanaxmanı dayandırmağın mexaniki, fiziki üsulları
Пернициозная анемия

Qanaxmanı dayandırmağın mexaniki, fiziki üsulları

Mexaniki üsullar

Zədələnmiş damarın yarada bağlanması:

Yarada kəsilmiş damarın hər iki ucu tapılır, alətlə tutulur və hər biri ayrılıqda – kiçik damarlar ketqut iri damarlar isə ipək sapla bağlanılır. Magistral arteriyaların bağlanması olduqca təhlükəlidir. Məs. ümumi yaxud daxili yuxu arteriyalarından birinin bağlanması 70 %-ə qədər hallarda ölüm, bazu arteriyasının bağlanması 50% və bud arteriyasının budun dərin arteriyasından yuxarıda bağlanması isə 60% hallarda ətrafın qanqrenasını verir.

Damarların ətraf toxumalarla birgə bağlanması, yaxud tikilməsi. Yaranın irinləmə təhlükəsi. yaxud sapın damardan sürüşmə ehtimalı olduğu hallarda, damar ətraf yumşaq toxumalarla birgə tikilir, yaxud həmin toxumalarla birgə bağlanılır.

Damarın boy uzunu (gedişi boyu) bağlanması (Hünter üsulü). Yarada qanaxmanı dayandırmaq mümkün olmadıqda (yaxud yaradan arroziv qanaxma olduqda) yaradan yuxanda (ürəyə doğru) magistral damar operativ kəsiklə əldə edilərək, ona liqatura qoyurlar. Hünter üsulundan çıxılmaz vəziyyətlərdə əlacsızlıqdan istifadə edilir. Belə ki, iri kalibrli magistral damar bağlanıldıqda daha geniş sahədə toxumaların qidalanması pozulur. Damarın gedişi boyu bağlanmasında koilateral qan dövranının hesabına periferik hissədən qanaxma müşahidə edilir. Hünter üsulundan ancaq ciddi göstərişlər olduqda istifadə edilməlidir: Çoxlu əzələ kütləsi içərisində zədələnmiş damarı tapmaq mümkün olmadıqda (dildən olan güclü qanaxmalarda dil arteriyasının boyunda

Piroqov üçbucağında bağlanması; sağrı əzələlərindən profuz qanaxma olan hallarda müvafiq tərəfdə daxili qalça arteriyasının baglanması və s)

Damarın burulması. Kiçik qanayan damarlar sıxıcı alətlərlə tutulur və bir neçə dəfə burulur.

Yaranın tamponadası. Yumşaq toxumaların dərın yaralarında, qara cıyərin zədələlənmələrində bəzən yaranı yumşaq tamponlarla kip doldururlar-yaranın tamponadası. lnteksiyalaşma ehtimalı olduğu üçön tamponlar 1-2 sutkadan çox saxlanılmamalıdır.

Damarların süni embolizasiyası. Seldinger üsulu ilə bud arteriyası kateterizasiya olunaraq. kateter televizorizor ekranı altında qanaxma zooasma yendiiir. kontrast vurulmaqla rentgen şəkli çəkilərək qanaxma mənbəyi dəqiqləşdirilir. Sonra həmin kateterdən damarın qana>an yerinə süni embol (spirak silikon, jelatin. tez donatı spirt, polistirol ə s.) yeridilməklə damarın mənfəzi tutulur və sonra tromboz baş verir. Damarlann embolizasiyasından ağ ciyər xərçəngində qanaxmalar olduqda, arroziv qanaxmalarda. beyin əsas da- marlarının partlama təhlükəsi olan anevrizmalarinda və s. hallarda islifadə edilir. Bu üsul xüsusi aparatlar tələb edir.

Daxili qanaxmalar zamanı üzvüm anatomik tamlığı pozulduğu hallarda (dalagın partlaması və yaralanmalarında yaranın tikilməsi, qütbünün rezeksiyası.,splenektomiya; qara ciyərin yaralanmalarında yaranın tikilməsi, ürək yarasına tikişin qoyulması və s.) və digər mənşəli qanaxmalarda (məs. şiş, yaxud xora mənşəli mədə qanaxmasında mədə rezeksiyası və.s) müvafiq cərrahiyə əməliyyatının aparılması, yaxud digər vasitələrdən istifadə edilməsi (məs. portal hipertenziyada arikoz genəlmiş yemək borusu venalarindan qanaxmant saxla- maq üzün Blekmor zondunun işlədilməsi).

Qanayan damara klipsin qoyulması. Bu üsuldan cərrahi əməliyyatın gedişində. yaxud laparoskopik əməliyatlarda istifadə edilir.

Damarların fasiləsizliyinin təmini. Zədələnmiş damarların bərpası üçün 110-dan çox üsul vardır. Bunları şərti olaraq 5 yerə bölmək olar. damar tikişgəni yaptşqandan istifadə edilən üsullar, damarın həlqələrlə və qaynaqla birləşdirilməsi, damarların translantasiyası. )Haztrda damarlan tikmək üçün əl və mexaniki (damar tikən aparatlarla) tikişlərdən istifadə edilir. Ən çox işlədilən əl tikişləri xüsusi atravmatik iynələrin köməyilə qoyulur. Damar tikişlərinin 60-dan çox növü vardır (Karreİ tikişi, Xenkin tikişi, Solovyov tikişi, C. Haciyev-B. Abasov tikişi, B. Aşurov tikişi və b).

Damarları yapışdırmaq üçün MK-1, MK-2, Tissukol, akrilmetakrilat və s. yapışqanlardan istifadə edilir.

Bəzən damarları uc-uca birləşdirmək məqsədilə xüsusi qırmaqlı həlqələr (məs. Donetsk həlqəsi) işlədilir.

Müasir klinikalarda damarların tamlığını bərpa etmək üçün ultrasəs və lazer şüaları ilə qaynaqdan istifadə edilir.

Damarların kəsilmiş ucları arasındakı məsafə 3-5 sm və daha çox olduqda onları yaxınlaşdırıb tikmək mümkün olmur. Belə hallarda damarlarda plastik əməliyyatlar aparırlar. Rekonstruktiv müdaxilələr zamanı damarın çatmayan hissəsinin yerinə xəstənin özünün ikinci dərəcəli arteriyalarindan (məs.budun dərin, xarici yuxu, mil arteriyalarmdan – autoarterial plastika), venalanndan (məs. budun böyük dərialtı venasindan-autovenoz plastika), konservləşdirilmiş, yaxud liofilizə olunmuş insan meyiti damarlarından (allotransplant- tasiya), heyvan mənşəli damarlardan (ksenotransplantasiya) və süni materiallardan (lavsan, dakron iyvalon, velyur, qorteks və s.) hazırlanmış süni damarlardan (eksplantasiya) istifadə edilir. Diametri 1,0 sm-ə qədər olan damarlar üçün automateriallar, daha iri damarlar üçün isə eksplantatlar özünü doğruldur. Damarların yan divartnın zədələnməsində mənfəzin daralmasının qarşısını almaq üçün onun divarmı damar və qcyri- damar mənşəli automateriallarla (fassiya, aponevroz və s.) və sintetik protezlərlə “yamayırlar” (Məs. B.Abasov, C.Hacıyev və A. Kərimov öz ixtiralarmda ümumi yuxu arteriyası və onun şaxələrinin yan divarlarının zədələnmələrində damar mənşəli automateriallar olmadıqda yan divarın gicgah aponevrozu ilə autoplastikasının aparılmasını təklif edirlər).

Fiziki üsullar

Fiziki üsulların əsasında soyuğun təsirindən damarların spazma uğraması, istinin təsirindən isə zülalların koaqulyasiyası və trombun əmələ gəlməsinin sürətlənməsi durur. Fiziki üsullara aiddir:

Cərrahi müdaxilədən sonra yaraya, əzilmiş yerlərə, mədə qanaxmalarında epiqastral nahiyəyə buz qovuğunun qoyulması.

Mədə qanaxmalarında xəstəyə kiçik buz parçalarının verilməsi, mədənin soyuq su ilə yuyulması.

Maye azotdan istifadə etməklə toxumalarm yerli dondurulması vasitəsilə aparılan müdaxilələr – kriocərrahiyyə.

İlıq (45-76°C) fizioloji məhlulda isladılmış tamponların yaraya qoyulması, yaxud həmin məhlulla yaranm yuyulması.

Elektrokoaqulyatorla kiçik damarlarm koaqulyasiyası . Belə diatermokoaqulyasiya zamanı damar divarmm nekrozu və koaqulyasiya baş verir, bu səbəblərdən də qanaxma dayanır. Bu üsulu iri damarlarda heç vaxt işlətmək olmaz. Digər tərəfdən geniş sahəli nekroz prosesi olarsa, sonradan yara irinləyir.

Endoskopik yolla koaqulyasiya aparmaqla qanaxmanm saxlanılması (məs. mədə və onikibarmaq bağu-sağm qanayan xoralarmda xoranın endoskopik koaqulyasiyası).

Elektroskaipeldən istifadə etməklə cərrahi əməliyyatm aparılması.Plazmalı skalpellərlə əməliyyatın aparılması.

Lazer skalpellərin tətbiqi. Elektrobıçaq, lazer və plazmalı skalpellər də diatermokoaquiyasiya kimi təsir göstərərək, lokal koaqulyasion nekroz əmələ gətirirlər.

Nadir hallarda qanaxmanın saxlanılması üçün isti hava buxarından, qızmış metaldan və Pakelen tipli termokauterdən də istifadə edilir.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*