Домой / Anesteziologiya / Reanimasiya / Postreanimasion xəstələrə qulluq və ağırlaşmaların profilaktikası
Postreanimasion xəstələrə qulluq və ağırlaşmaların profilaktikası

Postreanimasion xəstələrə qulluq və ağırlaşmaların profilaktikası

Reanimasiyadan sonrakı dövrdə müşahidə edilən patoloji vəziyyət – “Postreanimasion xəstəlik” terminal hal, o cümlədən kliniki ölüm zamnı inkişaf edən hipoksiya hesbına orqan və toxumaların zədələnməsi ilə səciyyələnir. Postreanimasion patologiyanın ağırlığı əsas xəstəliyin xarakterindən, ölüm prosesinin gedişatının xüsusiyyətlərindən və hipoksiyanın dərəcəsindən asılıdır.

Psotreanimasion dövrün kliniki gedişində xəstənin ümumi vəziyyətinin və əsas həayti sistemlərin funksiyalarının (kliniki nişanələrin) dalğavari şəkildə dəyişməsi müşahidə edilir.

Postreanimasion mərhələnin gedişatı özünəməxsus ağırlaşmaların inkişaf etəsi ilə səciyyələnir. Xəstəliyin  proqnozu bu ağırlaşmaların vaxtında aşkar olunmasında və adekvat korreksiya edilməsindən asılıdır.

Postreanimasion mərhələnin ağırlaşmaları onların inkişaf müddətini nəzərə almaqla 3 qrupa bölünür:

I Qrup

1 qrup – Erkən (ilk saatlar, maksimum 24 saat ərzində) baş verən ağırlaşmalar olub, buraya ürəyin qəflətən dayanması, beyin ödemi, ağciyər ödemi, toxumalarda damar daxili yayılmış laxtalanma sindromu xarakterli qanaxmalar aiddir. Bu ağrılaşmalar əsasən uzun müddət (4-5 saatdan çox) davam edən güclü qanaxma və ağır dərəcəli şok, o cümlədən arterial təzyiqin 1 saatdan çox müddət ərzində 70 mm.c.süt. aşağı qalması və ürəyin dayanması müşahidə edilən xəstələrdə izlənir.

II Qrup

2 qrup – ağırlaşmaları parenximatoz orqanların funksiyalarının pozulması təşkil edir. Bunlara 2-5-ci günlərdən etibarən müşahidə edilən Postreanimasion xəstələrə qulluq və ağırlaşmaların profilaktikasıkəskin böyrək, qaraciyər və ağciyər çatışmazlığı aiddir.

Ağciyər ağırlaşmaları əsasən atelektazlar, “şoklu ağciyərlər” sindromu, piy emboliyası, ağciyər arteriyasının tromboemboliyası şəklində üzə çıxır

Kəskin böyrək və qaraciyər çatışmazlığı (şoklu böyrəklər, şoklu qaraciyər) bu orqanlarda öncə funksional, sonar degenerative və nekrotik dəyişikliklər şəklində gedən pozğunluqlar ilə əlaqəlidir.

Bu qrupa daxil olan ağırlaşmaların rast gəlmə tezliyi və ağırlıq dərəcəsi ilk növbədə qanitirmənin miqdarı və şokun ağırlıq dərəcəsi ilə bağlıdır. Digər tərəfdən 1-ci gün ərzində qanitirmənin adekvat ödənməməsi və preiferik qan dövranının uzun müddət (saatlarla) effektiv təmin olmaması parenximatoz orqanlardagöstərilən pozğunluqların inkişafına çşərait yaradır.

III qrup

3 qrup – ağırlaşmalara iltihabi və irinli proseslər aiddir ki, bunlar da bnisbətən gec (5-7 gündən sonar) əmələ gəlirlər. bu ağırlaşmalar yerli (pnevmoniya, peritonit, yaraların irinləməsi, pielonefrit, meninqoensefalit) və yayılmış (sepsis, septikopiemiya) olmaqla iki qrupa bölünürlər.

Postreanimasion mərhələdə aparılan müalicə və profilaktika kompleks xarakter daşıyır. Bu tədbirlərə ilk növbədə baş beynin funksiyalarının bərpası, ürək-damar və tənəffüs sistemləri, qaraciyər və böyrəklər tərəfindən müşahidə edilən pozğunluqların korreksiyası və postreanimnasion dövrün ağırlaşmalarının profilaktikası aiddir.

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation