Otoskleroz

Otoskleroz

Otoskleroz qəribə xəstəlik olub bu zaman labirint kapsulundan distrofik proses əmələ gəlir ,kompakt hissə gövşək süngəri sümük ilə əvəz olunur. Bu səbəbdən həmin xəstəliyi otosponkioz adlandırmağa daha düzgün hesab ediblər.

Adətən, proses oval pəncərənin ön qütbündən başlayıb ,halqayabənzər bağı və üzənginin ayaqaltı  səhifəsini tutur ,getdikcə yayılaraq girdə  pəncərəyə ,koxlear kapsula və daxili qulaq keçəcəyinin dibinə keçir. Belə spongiolaşma nəticəsində üzəngi oval pəncərəyə fiksə olunur ki, bu da onu mütəhərriklikdən məhrum edir (ankiloz)

Otsklerozun etiologiyası hələdə məlum deyil. Bir çox etioloji amillər (iltihabi ,irsi, mexaniki və s.) yanaşı otosklerozun əmələ gəlməsində irsi endokrin və konstitusional amillərdə böyük əhəmiyyət verirlər.

Klinika.

Xəstələr eşitmənin zəifləməsindən və şiddətli subyektiv küylərdən şikayət edirlər. Küy bəzən dözülməz olur. Xəstəlik şiddətləndikdə küylər də artır və o, xəstənin psixikasına təsir edir. Başgicəllənmə nadir hallarda olur. Qeyd etmək lazımdır ki, ağır eşitmə  yalnız xəstələrin 10%-ndə baş verir , çünki otosklerotik sümük mənbələr çox vaxt funksional lal zonalarda sakit olur. Sümük mənbələr demək olar ki, həmişə simmetrik yerləşir. Eşitmə borusunun funksiyası pozulmur. Zarafatca deyirlər : otoskleroz elə xəstəlikdir ki, xəstə eşitmir ,amma həkim görmür.

Xalis otoskleroz zamanı otoskopik mənzərə normal qalır. Tez-tez Schüarze simptomu qeyd olunur: çəhrayı promontorium təbil pərdəsindən görünür.

Diaqnoz.

Göstərilən simptomlar (küy və ağıreşitmənin şiddətlənməsi), başqa anamnez məlumatlar (hamiləlik və ya doğuş ilə əlaqəsi və s.) , eşitmənin müayinəsindən alınan nəticələr diaqnozu təsdiq edir. Diaqnoz üçün Betsold üçlüyünün mühüm əhəmiyyəti vardır:

  1. Sümük keçiriciliyinin xeyli uzanması
  2. Mənfi Rinne
  3. Eşitmənin aşağı hüdudundan xeyli yüksəlməsi .

Üzənginin hərəkətliyini təyin etmək üçün  Jelle  təcrübəsindən istifadə edirlər. Eşitmənin audiometrik müayinəsi hava keçiriciliyinin azalmasını göstərir ki, bu , yüksək dərəcədə ola bilər , eşitmə qapısının əyrisi isə bir qədər yüksəlmə xarakteri daşıyır.

Müalicə.

Küy xəstəyə çox əziyyət verdiyi üçün , bu səbəbdən ona təsir etmək üçün diatermiya, gümüş-nitratın 2%-li məhlulundan 1 ml günaşırı sümüküstlüyünün altına yeritməl lazımdır.

Fiziki metodlardan isə darsonval cərəyanı, qulağa palçıq yaxılması qeyd edilmişdir.

Son zamanlar isə bərbaedici operasiyalarda da istifadə olunur. Onlara aiddir:

  1. Bayır yarıdairəvi kanaılda və ya dəhlizin qübbəsində dəlik açmaq məqsədilə Lempert əməliyyatı
  2. Rozen operasiyası və ya üzənginin mobilizasiyası
  3. Stapedektomiya və üzənginin protezlə əvəz edilməsi .

Veber sınağı.

Hərəkətə gətirilmış C128 kamertonun ayaqcığını perpendikulyar olaraq kəllənin mərkəzinə təpə hissəsinə qoyulur. Kamertonun branşları frontal müstəvidə hərəkət etməlidir (qulağlara tərəf). Normada mainə olunan şəxs kamertonda yayılan küyü kəllənin mərkəzində və ya hər iki qulağda eşitməlidir.

Səs keçirmə apparatının birtərəfli pozulması zamanı kamertonun səsi xəstə qulağa tərəf lateralizasiya olunr. Səs qəbul etmə apparatının pozulmasında isə əks tərəfə – sağlam qulağa tərəf lateralizasiya olunur.

Rinne sınağı.

Kamertonun səsi müainə olunan şəxsin qulağinda kəsiləndən sonra, branşlara əl dəymədən aləti xarici qulaq geçəcəyinin yanına yaxinlaşdırılır. Bu halda əgər xəstə hava vasitəsi ilə kamertonun küyünü eşidirsə – Rinne sınağı müsbət nəticəli sayılır (R+). Əks halda, yəni sümük keçiriliciyinin müddəti hava keçiriliciyindən üstündürsə, Rinne sınağın nəticəsi mənfi sayılır (R-). Rinne sınağın müsbət nəticəsində hava keçiriciliyinin müddəti 1,5 – 2 dəfə smükdən üstün olmalıdır.

Rinne sınağının müsbət nəticəsi adətən normal eşidən qulağda rast olur, mənfi nəticəsi isə səsgeçirmə xəstəlikləri zamanı (konduktiv ağıreşitmə). Qeyd etmək vacibdir ki, səsqəbuletmə xəstəlikləri zamanı (neyrosensor ağıreşitmə) Rinne sınağın nəticəsi müsbət olur, lakin eşitmə müddəti normadan bir qədər qıssalaşır.

Şvabax sınağı.

Bu təcrübədə müayinə olunan şəxs ilə müayinə edən şəxsin sümük keçiriciliyini müqayisə etməyə əsaslanır.Əgər müayinə olunan şəxs təpəsinə qoyulmuş kamertonun səslənməsini daha eşitmirsə ,müayinə edən onu öz təpəsinə qoyur və eşidilir .Belə hallarda söhbət  xəstədə  sümük keçiriciliyinin qısalmasından gedir, bu səsi qəbul edən aparat xəstələndiyi zaman baş verir .Səsi  keçirən aparatın xəstəliyində sümük keçiriciliyi uzanır,yəni müayinı olunan şəxs kamertonun səslənməsini daha artıq (uzun müddət)  eşidir.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*