Otorinolarinqologiya

Xroniki irinli orta otit və burunun furunkulu

Xroniki irinli orta otit və burunun furunkulu...

Orta qulağın xroniki irinli iltihabı xəstəlikləri, kəskin və  xroniki olmaqla otoatriyanın mühüm hissəsini təşkil edir. Bu, nəinki onların tez-tez aşkar edilib rast gəlinnməsı ilə izah edilir, eyni zamanda eşitmənin müxtəlif dərəcədə pozulması ilə müşayiət olunur. Həmin müddətdə vestibulyar funksiyaların pozulması  xəstənin əmək qabiliyyətinə təsir göstərir. Ondan əlavə, irinli otitlər həyat üçün qorxulu və təhlükəli fəsadlara gətirib çıxara bilər. Buna görə də xroniki otiti olan xəstələr fəsadlardan qorunmaq üçün uzun müd­dət həkim nəzarəti altında olmalıdırlar. Kiçik yaşlı uşaqlarda eşitmənin zəifləməsi, nitqin pozulmasına səbəb olur, bu da sonrakı dövrdə tərbiyə və təhsilə mane ...
Ətrfaflı →
Burunətrafı əlavə ciblərin müayinə üsulları

Burunətrafı əlavə ciblərin müayinə üsulları...

Paranazal sinusların (əlavə ciblərin ) diaqnostikasında diafonoskopiya, tomoqrafiya, flyuroqrafiya  və rentgenoqrafiya tətbiq edilir . Diafonoskopiya məqsədilə kiçik Kerinq lampasından istifadə edirlər: sınaq qaranlıq otaqda aparılır. Lampanın şəffaf kalpaklı və xüsusi şpadeli olur .Şpadel ilə dili aşağıya basaraq lampanı müayinə olunan şəxsin ağzında yeridirlər, bu zaman müayinə olunan şəxs şpadeli dodaqları ilə kip sıxır .Lampa yanarkən gözyuvasının aşağı kənarı altında qırmızı işıqlanma və gözün işıqlanması qeyd olunur, patologiya zamanı isə qeyd olunmur. Alın ciblərinin müayinəsində şpadeli xüsusi işıq keçirməyən, distal ucunda linza olan metal kolpal ilə əvəz edirlər .Lampanı yanmış halda ...
Ətrfaflı →
Otoskleroz

Otoskleroz...

Otoskleroz qəribə xəstəlik olub bu zaman labirint kapsulundan distrofik proses əmələ gəlir ,kompakt hissə gövşək süngəri sümük ilə əvəz olunur. Bu səbəbdən həmin xəstəliyi otosponkioz adlandırmağa daha düzgün hesab ediblər. Adətən, proses oval pəncərənin ön qütbündən başlayıb ,halqayabənzər bağı və üzənginin ayaqaltı  səhifəsini tutur ,getdikcə yayılaraq girdə  pəncərəyə ,koxlear kapsula və daxili qulaq keçəcəyinin dibinə keçir. Belə spongiolaşma nəticəsində üzəngi oval pəncərəyə fiksə olunur ki, bu da onu mütəhərriklikdən məhrum edir (ankiloz) Otsklerozun etiologiyası hələdə məlum deyil. Bir çox etioloji amillər (iltihabi ,irsi, mexaniki və s.) yanaşı otosklerozun əmələ gəlməsində ...
Ətrfaflı →
Qırtlağın innervasiyası və onun qırtlaq əzələlərinin parezlə müalicəsində əhəmiyyəti.

Qırtlağın innervasiyası və onun qırtlaq əzələlərinin parezlə müalicəsində əhəmiyyəti....

Qırtlağın innervasiyası .Azan sinir (n.vagus) gedişində iki şaxə  verir :yuxarı qırtlaq siniri (n.laryngeus superior) ,aşağı qırtlaq siniri (n.laryngeus inferior) və ya qayıdan qırtlaq siniri (n.recurrens) .Yuxarı qırtlaq siniri əsasən hissi sinirdir, yalnız üzük –qalxanabənzər əzələ ondan hərəki şaxə alır.Aşağı qırtlaq siniri və ya qayıdan sinir hərəki sinir olub, qırtlaqdan daxili əzələlərin innervasiya edir.Qayıdan sinir azan sinirlərdən ayrılıb sağdan körpücükaltı arteriyanı ,soldan isə aortanı dolanır ,traxeya və qida borusu arası ilə qırtlağa qalxıb yol boyu nəfəs borusuna çoxlu şaxələr verir . Qırtlaq sinir aparatının xəstəlikləri iki qrupa bölünür : üzvi və funksional xəstəliklər Üzvi ...
Ətrfaflı →
Tənəffüs yollarında infeksion xəstəliklər

Tənəffüs yollarında infeksion xəstəliklər...

Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır. Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosimlər daxildir. Lizosimlər bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir. Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapilyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq ...
Ətrfaflı →
Eşitmə analizatoru. Müayinə üsulları və patologiyaları.

Eşitmə analizatoru. Müayinə üsulları və patologiyaları....

Daxili qulaq keçəcəyində labirintin ilbizində yerləşən ganglion spiralae (Corti) hüceyrələrinin dendritləri corti cismində qurtararaq səs qıcıqlannı qəbul edir. Aksonları gicgah sümüyündən kəllə daxilinə qulaq dəliyindən (porus acusticus internus) n.vestibularis, n.facialis və n.intermedius ilə birlikdə körpü-beyincik bucağında varoli körpüsünə daxil olur. Burada iki nüvədə qurtarır: nucleus coclearis ventralis və nucleus cochlearis dorsalis. Bu nüvələrdən başlayan ikinci neyronun aksonlan trapesəbənzər cisim və eşitmə zolaqları əmələ gətirir. Arxa nüvənin (n.dorsalis) aksonlarının bir hissəsi əks tərəfə keçərək xarici ilgək (lemniscus lateralis) tərkibində yuxarı qalxaraq birincili qabıqaltı eşitmə ...
Ətrfaflı →
Daxili Qulağın Bilavasitə Və Dolayı Zədələnməsi

Daxili Qulağın Bilavasitə Və Dolayı Zədələnməsi...

Müxtəlif zədələr   qulaq, xarici qulaq kanalının, orta və ya daxili qulağı zədələyə bilər . Klinik, xəsarət qulaq travma yerindən  asılı olaraq qulağa  xas zərər qulaq səs-küy, koordinasiya, başgicəllənmə və bulantı eşitmə itkisi, yara qulaq , qanaxma, ağrı iştirakı aşkar edə bilərsiniz. Diaqnostik məqsədlər travma otoscopy keçirilən qulaq, nevroloji müayinə, CT tarar və kəllə X-şüaları, beyin MHİ, vestibulyar və eşitmə funksiyası öyrənilməsi üçün istifadə olunur . Müalicə tibbi və cərrahi ola bilər. Bu debridement, hematoma qaldırılmasını, zədələnmiş anatomik strukturlar, infeksiya qarşısının alınması, anti şok, anti-iltihab terapiya və infuziya bütövlüyünü bərpası  daxildir. Qulağa  ...
Ətrfaflı →