Домой / Fizioterapiya / Natrium xloridli vannalar, müalicəvi təsiri, göstəriş və əks göstərişlər.
Красивая кожа

Natrium xloridli vannalar, müalicəvi təsiri, göstəriş və əks göstərişlər.

Want create site? Find Free WordPress Themes and plugins.

Natrium xloridli (duzlu) sular balneoterapiyada daxilə və xaricə işlədilməklə çox geniş istifadə olunur.

Natrium xloridli vannanın təsirindən dərinin buynuz, qatında fiziki-kimyəvi dəyişikliklər baş verir. Vannanın yüksək osmolyar mühiti insan dərisindən suyun rezorbsiyasını ləngidir,dəridən suyun buxarlanmasını azaldır,termotənzimləmə sisteminin fizioloji funksiyasını dəyişir.

Vannanın istilik təsiri şirin suya nisbətən daha təsirlidir. Natrium xloridli suyun təsirindən hiperemiyanın yaranmasında bioloji fəal maddələrin (bradikinin, prostoqtandinlər) ifrazının artması və yerli reflektor reaksiyalar mühüm rol oynayırlar. Natrium xloridli su dəridə dehidratasiya törətdiyindən dəridəki sinirlərin oyanıqlığı və keçiriciliyi zəifləyir, taklil və ağrı hissiyyatı azalır, dəridə qan dövranı xeyli sürətlənir, orqa­nizmdə oksidləşmə proseslərinin intensivliyi oksigenin mənimsənilməsi artır. Vannalar mərkəzi sinir sisteminin vəziyyətinə normallaşdırıcı təsir göstərir, simpato-adrenal sistemi və böyrəküstü vəzlərin qabıq maddəsini stimullaşdırır, maddələr mübadiləsi proseslərinin gedişini dəyişir, orqanizmdə immunoloji yenidənqurma törədir, ağrıkəsici, iltihabəleyhinə. hiposensibilizasiya edici təsir edir. Natrium xloridli vannalar ilk sidikdən natrium ionlarının reabsorbsiyasını azaltdığından diurezi artırır.

Göstərişlər: Hipertoniya xəstəliyinin I-II dərəcəsi, hipotoniya xəstəliyi, revmatik mənşəli ürək qüsurları, aterosklerozun başlanğıc dövrü, venaların varikoz genişlənməsi, xroniki pankreatit, hipotireoz, piylənmə, podaqra,sklerodermiya, revmatoidli artrit, ankilozlaşdırıcı spondiloartrit, deformasiya edici osteoartroz, radikulit, pleksit, onurğa beyninin travmadan sonrakı qalıqları, polimielitin qalıqları, nevrasteniya, isteriya, Reyno xəstəliyi, vibrasiya xəstəliyi, psoriaz, neyrodermit. sklerodermiya.

Əks göstərişlər: Ümumi vannalara olan əks göstərişlər, tromboflebit,vegetativ polineyropatiya,xroniki böyrək çatmamazlığının II-III mərhələsi.

Müalicənin verilmə texnikası: Okean, dəniz limanları və körfəzləri, duzlu göllər, təbii yeraltı bulaqlar elə natrium xloridli sular hesab olunurlar. Həmin sularda natrium xlorid ionları ilə yanaşı orada az miqdarda kalium, kalsium. maqnezium, litium, alüminium və digər elementlər də vardır. Bir çox natium xloridli sularda kükürd, az miqdarda yod və brom ionlan da vardır.

Natrium xloridli və dəniz suyundan vanna, duş, inhalyasiya,suvarma,yumaq və  qarqara şəklində istifadə olunur. Vannadakı suyun temperaturu 37-35 C, müalicənin davam etmə müddəti 10-20 dəq., gün aşırı yaxud da iki gün dalbadal üçüncü gün fasilə etməklə kurs müalicə 12-15 prosedura təşkil edir. Bu zaman orta, yüksək bəzən isə qatı duzlu sulardanistifadə olunur. Vannadan sonra xəstə qurulanır (bədəni silmək yox), mələfəyə bükülüb 20-25 dəq. istirahət edir. Natrium xloridli vannaları elektrik müalicə üsulları, masaj və МВT ilə kompleks şəklində də vermək olar.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation