Домой / Qastroenterologiya / Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsi
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsi

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsi

Want create site? Find Free WordPress Themes and plugins.

Qastroduodenal sahədə sinir-humoral mexanizmlərin, sekretor-trofik proseslərin pozulması nəticəsində mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında, həmçinin submukoz qişanı da əhatə etməklə yara əmələ gəlməsilə səciyyələnən xəstəliyə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi deyilir. Əhali arasında yayılmasına görə ÜİX-dən sonra ikinci yeri tutaraq, 7-8% təşkil edir. Adətən gənc yaşlarda (25-45) daha çox kişilərdə təsadüf edilir.

Etiologiyası və patogenezi.

Etioloji amillərin sırasına təkrar olunan və sürəkli mənfi emossiyalar, sinir-hormonal nizamlanma və qidaianma rejıminin pozutması. kobud və keyfiyyətsiz qidaların qəbulu. yerli reaktivliyin zəifləməsi. selikli qişanın infeksion mənşəli xronik iltihabı və distrofıyası daxildir.

Xəstəliyin patogenezini izah etmək üçün irəli sürülmüş Aşofun mexaniki, Virxovun damar, Pavlov-Bıkovun sinir-reflektor nəzəriyyələri tarixi əhəmiyyət daşıyır. İndi hesab edirlər ki, alkoqol və nikotin xarici, ekoloji amillər, konstitusional və irsi meyllik ikincili, tamamlayıcı amillərdir. Əsas səbəb və patogenetik mexanizm isə mərkəzi sinir sisteminin və hipotalamus-hipofızar aparatın qastro- riuodenal nizamlayıcı funksiyalarının pozulması, mədə və onikibarmaq bağırsağın hərəki və sekretor funksiyalarının pozulmasına, verii reaktiviiyin və toleranthğın zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən bövrəküstü və cinsiyyət vəzilərin disfunksiyası, qastrointestinal polipeptidlərin (qastrin, sekretin, xolesistokinin və s.) disbalansı. histamin və serotinin mənşəli hipersekresiyasının güclənməsi. mədə və onikibarmaq bağırsağın selikli qişasının turşu, pepsin. bioloji fəal maddələr, helikobakter kimi mikroblara qarşı müqavimətinın azaiması, selikli qişanın zədələnməsinə – xoranın əmələ gəlməsinə, daha sonra isə xoranın xronik şəklə keçməsinə şərait yaradır.

Beləliklə, müasir baxışlara görə, xora xəstəliyinin patogenezi aqressiv amillərlə, selikli qişanın müqaviməti arasında dinamik müvazinətin pozulması ilə əlaqədardır. Eroziyadan fərqli olaraq, xora selikaltı qişanı da zədələdiyindən bəzən penetrasiya ya perforasiya ilə nəticələnə bilər.

Klinik  mənzərə.

Xəstəliyin klinikası polimorf xarakter daşıyır. Ona görə ilk növbədə xəstəliyin təsnifatına nəzər salmaq gərəkdir.

Belə ki, helikobakterlə müştərək və ya qeyri-assosiativ xoralar ayırd olunur. Onun lal (simptomsuz), hemorragik, vegetodistonik, ağrılı (doloroz), perforativ və refrakter (residivləşən) klinik formaları mövcuddur. Lokalizasiyasına görə kardial, subkardial, fundal, antral, pilorik; 12 barmaq bağırsaqda isə soğanaq, soğanaqdan kənar olmaqla yanaşı bəzən mədə ilə onikibarmaq bağırsağın müştərək xoraları ayırd olunur. Xoralar tək ya bir neçə, xırda (0,5-1 sm) və iri (1-2,5-3) ola bilər. Digər tərəfdən xoraları hipo-, normo- və hipersekresiya ilə aşkar edirlər. Nəhayət, qanaxma, penetrasiya, perforasiya, stenoz və maliqnizasiya ilə fəsadlaşmış xoralar rast gəlinə bilər. Xəstəliyin başlanğıcından əsas şikayət kimi epiqastral nahiyədə yerləşən, kürəyə irradiasiya verən, yeməkdən müəyyən müddət sonra kəskinləşən, kəsici, göynədici və çox vaxt tutmaşəkilli olan ağrılar qeyd olunur. Onikibarmaq bağırsağın xorasında acqarına, qida qəbulu ilə əlaqədar sakitləşən, gecikmiş ya gecə ağrıları müşahidə edilir. Ağrı tutmaşəkilli olduqda, xəstə önə əyilərək, qarnını qucaqlayır, məcburi oturaq və ya uzanmış vəziyyət alır. Mədə və onikibarmaq bağırsağın hər ikisində çox sayda xoralar olduqda, xora xəstəliyinə qastrit, duodenit, öd yollarının diskineziyası, xolesistit, pankreasın reaktiv iltihabı da qoşulduqda, ağrılar daimi xarakter alır (doloroz status). Penetrasiya zamanı kəskin baş verən güclü ağrı daimi şəkil alaraq, kürəyə irradiasiya edir.

Ağrıdan əlavə, xora xəstəliyi üçün dispeptik simptomlar da çox xarakterikdir. MurşuIu qıcqırma, yemək borusunda turş göynəmə, gəyirmə, küpmə, qəbizlik kimi halları göstərmək olar. Çox vaxt ağzın sulanması, bəzən əksinə, quruması, qusma baş verir. Qusma zamanı turş mühtəviyyat xaric olur və xəstə yüngülləşir. Odur ki, xəstələr bəzən süni olaraq, qusma törədirlər. Xəstəlik zamanı həmçinin, yoğun bağırsağın spastik diskineziyası inkişaf edərək, qəbizliyə səbəb olur.

Xora xəstəliyinə düçar olmuş şəxslər, adətən astenik bədən quruluşuna malik olurlar. Onlarda parasimpatik vegetativ sinir sisteminin üstünlüyü əlamətləri – bradikardiya, əllərin soyuqluğu və qismən sianozu, ovucların nəmliyi, dermoqrafizm, tremor qeyd edilir. Dil ağ ərplə örtülmüş, dilin ucu isə qırmızı rəngdə və bir qədər qıcıqlanmış şəkildə görünür. Epiqastral nahiyə palpasiya və perkussiya zamanı ağrılı olur, döş qəfəsinin yan tərəflərində hiperesteziya zonaları tapılır. Mədə şirəsinin ifrazı artmış, şirədə isə turşuluq yüksəlmiş olur (hipersekresiya, hiperasidoz). Xəstəliyin gedişində çox vaxt mikroqanaxma və Qreqersen reaksiyasının müsbət olması qeyd edilir (gizli qanaxma).

Xora xəstəliyi kəskinləşmə və remissiya dövrlərilə növbələşir. Kəskinləşmələr əksərən, yaz və payız mövsümündə, pəhrizin kobud şəkildə pozulması nəticəsində və ya mənfi emossiyaların təsirindən baş verir.

Diaqnostika.

Xəstəliyin diaqnostikası müvafıq klinik əlamətlərə, rentgenoloji müayinədə “taxça” simptomunun, fibroqastroduo- enoskopiyada hipersekresiyanın, xoranın aşkar edilməsinə, mədə nnühtəviyyatının əkilməsi zamanı bioptatda helikobakteriyanın tapılmasına əsaslanır.

Fəsadlar.

Xəstəliyin gedişində müxtəlif ağırlaşmalar meydana çıxır. Xoranın dərinləşməsi periqastrit, perivisseritlə fəsadlaşa bilər (qızdırma, leykositoz, EZS-nin yüksəlməsi, ağrı əlamətinin güclənməsi). Təsadüflərin 15%-də xora zamanı qanaxmalar, qanlı qusma, kəskin hemorragik anemiya, melena, kollaps rast gəlinir. Ciddi fəsadlardan biri də xoranın penetrasiyası və perforasiyasıdır (peritonit). Mədənin çıxacağı və onikibarmaq bağırsaq soğanağı çapıqlaşdığı hallarda mədə keçməməzliyi, stenoz ön plana çıxır. Bu zaman qusma və lax yumurta iyinə malik köhnə mühtəviyyatın xaric olması, hipoxloremik sindrom, dehidratasiya, tetaniya meydana çıxır. Təsadüflərin 7%-də xəstəlik bədxassəli şişə çevrilə bilər (maliqnizasiya). Xora xəstəliyinin proqnozu ciddidir.

Müalicə.

Xəstəliyin kəskinləşmə dövründə stasionar müalicə göstərişdir. Xəstəyə yarımyataq rejimi, 1A, 1B pəhriz masaları təyin edilir. Vəziyyət bir qədər yaxşılaşdıqda 1 saylı pəhrizə keçilir və eyni zamanda dərman müalicəsini davam etdirirlər. Dərman müalicəsinin əsasını antasid preparatlar (almagel, famotidin, omeprazol, vikalin), antibiotiklər-helikobakterəleyhi terapiya, xolinolitiklər (belladonna, atropin), qanqlioblokatorlar (qanqleron, benzoheksonium), ağrıkəsicilər (papaverin, noşpa, buskopan, reqlan, antal- gin) təşkil edir. Effektiv dərmanlardan serukalı, diopanı, solkoserili, taqameti, oksiferriskarbonu və anabolik steroidləri (retabolil) göstərmək olar. Xəstəliyin remissiyası dövründə ümumi gücləndirici və biostimulyatorları (plazmol, qinotardiferon, pelloidodistillat) təyin etmək və sanatoriya müalicəsinə göndərmək lazımdır. Xəstəliyin gedişində fəsadlar meydana çıxarsa, cərrahi müdaxiləyə ehtiyac yaranır.

Xəstəliyin proqnozu erkən, rasional və sistematik müalicə aparıldıqda, qida, iş və istirahət rejimi gözlənildikdə sanatoriya-kurort müalicəsindən istifadə edildikdə qənaətbəxş olur. Xəstəlik yaşlı və ahıl adamlarda tez-tez residivləşdikdə, fəsadlaşmış olduqda və maliqnizasiya baş verdikdə proqnoz ağırlaşır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation