Домой / Nevrologiya / Neyrocərrahiyə / Lümbal punksiyanın metodikası
Lümbal punksiyanın metodikası

Lümbal punksiyanın metodikası

Lümbal punksiya az invaziv diaqnostika növüdür. Müalicəvi və ya diaqnostik məqsədlə  punksiya aparılan zaman az miqdarda onurğa beyin maddəsi xaric olunur və yaxud da praparatlar lümbal sahəyə yeridilir. Lümbal punksiya anesteziya məqsədilə də istifafə olunur. Onurğa beyni mayesi-likvor rəngsiz və şəffaf maye olub, onurğa beyni və baş beyin üçün lazımlı maddələrin transportunu həyata keçirir.

Punksiyanın aparılmasına göstərişlər:

  1. diaqnostika məqsədilə: neyroinfeksiyaya şübhə olduqda( meningit, ensefalit,neyrosifilis və başqa etiologiyada olan mərkəzi sinir sisteminin xəstəlikləri)
  2. müalicə məqsədilə: antibiotiklərin və kimyaterapiya maddələrinin qabıqaltı yeridilməsi üçün; xoş xassəli kəllə-beyin hipertenziyası və ya hidrosefaliyada təzyiqi aşağı salmaq üçün istifadə olunur.

Punksiyanın aparılmasına əks göstərişlər:

Onurğa beyninin dislokasiyası zamanı punksiyanın aparılması qəti əks göstərişdir.Çünki bu zaman orada təzyiq aşağı enərsə onda intrakranial ödem əmələ gələ bilər və ölümlə nəticələnə bilər.

Ağırlaşmaları:

Punksiyanın aparılma texnikasında yanlışlıqlar olduqda onurğa beyninin postpunksionar xolestiatoması əmələ gələ bilər.Çünki onurğa beyninjğin epitelial hüceyrələri destruksiyaya uğrayır. Xolestiatoma tırkibində ölmüş epitelial hüceyrələrdən və başqa maddələrdən(xolesterin kridtalları,keratin toplusu)  ibarət olan fibroz kapsuladır.

Metodikası:

Bu manipulyasiyanı xəstə oturmuş və ya uzanmış vəziyyətində aparılır. Uzanmış vəziyyətdəki punksiya bərk stol üzərində xəstə yana çevrilmiş formada aparılır. Bu zaman xəstənin ayaqları maksimal qatlanmış və qarına əlləri ilə sıxılmış olmalıdır, bel isə maksimal dərəcədə qabarmış olmalıdır. Manipulyasiyanın daha asan və uyğun aparılması üçün punksiyanı L3 və L4, L2 və L 3 arasında aparılması məsləhət görülür. Çünki yetişkin insanın onurğa beyni L2də qurtarır, ona görə də onurğa beyninin bu cür punksiyası ən az zərərverici hesab olunur. Uşaqlarda Lümbal punksiyanın metodikasıpunksiya zamanı travmanın qarşısının alınması üçün L3dən aşağıda bu manipulyasiyanın aparılması məsləhətdir. Punksiyanı ya yerli anesteziyalı və ya anesteziyasız aparıla bilər.

Yerli anesteziya məqsədilə 1-2%-li novakain məhlulundan istifadə olunur,hansı ki təbəqələrlə 5-10ml miqdarında yeridilir. Punksional iynəni mandrenlə birlikdə fəqərəarası çıxıntıların orta xətti ilə yuxarı çəp istiqamətdə yeridirlər.Böyüklərdə 4-7 sm, uşaqlarda isə 2sm dərinlikdə onurğa beyni boşluğuna daxil olunur və bu hörümçək toruna bənzər qişanın keçildiyini göstərir. Mandrenin çıxarılması zaman onurğa beyni mayesinin axması punksiyanın foğruyerinə yetirilməsini göstərir. Əgər punksion iynə sümüyə toxunarsa onda iynəni çıxararaq dərialtı toxumada saxlamaq sonra isə bir qədər istiqamətini dəyişərək davam etmək lazımdır. Onurğa beyni mayesi böyüklərdə 120ml-dir.Sutka ərzində onurğa beyni mayesinin sekresiyası 500ml-ə qədərdir vı orta hesabla 5 dəfə tam dəyişməsi baş verir.Kəllə daxili təzyiqin aşağı düşməsi olə bağlı lümbal punksiyadan sonra ağrı ola bilər və bu 4-7gündən sonra keçir.

Manipulyasiya qurtarandan sonra pasiyentə qarnı üzərində uzanmaq və 2saat gözləmək məsləhət görülür. Punksiyanın yeri steril salfetka ilə örtülür.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*