Домой / Anesteziologiya / Reanimasiya / Kolloid Məhlullar: Tətbiqinə Göstəriş
Kolloid Məhlullar: Tətbiqinə Göstəriş

Kolloid Məhlullar: Tətbiqinə Göstəriş

Maksimal qan təzyiqinin 100 mm və ondan aşağı, minimal qan təzyiqinin isə 60 mm və daha az olması adətən hipotoniya adlanır.

Xroniki infeksiyalar (vərəm, isitmə və s.) və daxili orqanların bəzi xəstəlikləri (xora xəstəliyi, miksedema və s.) simptomatik hipotoniya törədir. Hipotoniya kəskin (miokard infarktı, kəskin ürək-damar çatışmazlığı) və uzun sürən xəstəliklər zəminində xroniki xarakterli olur.

Arfonadın 0.1% məhlulu  (1 flakon -250 mq arfonad 250 ml 5%-li qlükoza və ya natrium xloridin izotonik (0,9% ) məhlulunda həll edilir  vena daxilinə dəqiqədə 40-70 damcı sürətlə yeridilir. AT 2-3 dəq ərzində sürətlə enir, infuziya 30-40 damcı/ dəq hesabı ilə davam etdirilir. Preparatın yeridilməsi dayandırıldıqdan sonra 15-20 dəq ərzində bərpa edilir. Arfonad həm anestoloji, həm də reanimatoloji təcrübədə istıfadə edilir.

Pentamin əsasən intensiv terapiya prosesində tətbiq edilir . Preparatın  5% məhlulundan (11-20 ml) durulaşdırılır  və venaya tədricən aparılır .Bəzi hallarda pentamin əzələ daxilinə (0,5-1 ml) istifadə edilməsi  müsbət nəticə verir .Əsasən intensiv terapiya təcrübəsində işlədilir.

Natrium nitroprussidi  vena daxilinə yeritmək üçün öncə 1 ampulası (50 mq) öz həlledicisi (2 ml) qarışdırılır ,sonra 250-500 ml  5% dektroza  məhlulu ilə durulaşdirilir .

İnfuziya kiçik dozadan başlayaq  (0,5 -1,5 mq/kq/dəq ) başlayaraq  3-4 mkq/kq/dəq  qədər çatdırılır. Natrium nitroprussidi anesteloji və reanimatoloji təcrübədə tətbiq edilir .

Nitrat (qliserinnitrat) preparatların tətbiqi zamanı damarların saya əzələlərinin relaksasiyası ( tonusunun azalması ) hesabına qanın böyük həcmli damarlarda toplanması və bu fonda AT enməsi baş verir. Bu preparat cərrahi təcrübədə  ÜİX  və intensiv terapiya təcrübəsində geniş tətbiq edilir .Müxtəlif mənşəlli böhranlı vəziyyətlərdə sürətli hemodinamik tənzimlənmə əldə etmək olar .

Hipotenziv effekt orta hesabla 2 dəq ərzində alınır, infuziya dayandiqdan sonra 10 dəq ərzində bərpa olunur.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*