Домой / Anatomiya / Fiziologiya / Kişi orqanizminin hormonal funksiyaları
Мужчина

Kişi orqanizminin hormonal funksiyaları

Kişi cinsi hormonlarının əsas mənbəyi toxumluqdur.

Spermatogenez qıvrım kanalcıqlarda gedir. Uşağın həyatmın ilk illərində qıvrım toxum kanalcıqları ipə bənzəyir, cinsi və epitel hüceyrələriııdən təşkil olunmuşdur. Cinsi hüceyrələrdən prespermatoqoni və spermatoqonilər əmələ gəlir. 10 yaşdan yuxarı toxum kanalcıqlarında sürətlə spermatoqonilər mitoz bölünür, epitel hüceyrələrindən Sertoli hüceyrələri əmələ gəlir. Spermatogenezin sonuncu mərhələsinin formalaşması 16 yaşda olur.

Spermatogenez əsasən FSH ilə, testosteronun biosintezi isə LH ilə tənzim olunur. LH intersistial hüceyrələri stimullaşdıran hormon sayılır.

Kişi cinsi hormonları – androgenlər. İnsanlarda toxumluqdan sintez olunan əsas hormonlar testosteron, androstendion, androsteron və dehidroepiandrosterondur. Kişi cinsi hormonları arasında ən aktivi testosterondur. Androstendion və androsteron 6-10 dəfə, dehidroepiandrosteron isə 25-50 dəfə testosterondan zəifdir.

Testosteronun sekresiyası sutkalıq (sirkad) ritmə malikdir. Onun miqdarı qanda axşam saat 20-dən sonra azalır, yuxu vaxtı yüksəlir, səhər saat 4-8 arasında maksimal həddə çatır.

Androgenlərin kişi orqanizmində əsas funksiyası spermatogenezi sürətləndirmək və ikincili cinsi əlamətlərin yaranmasına səbəb olmaqdır. Cinsi yetişkənlik dövründə androgenlərin təsirindən xayalar böyüyür, üzərində büküşlər əmələ gəlir, piqmentasiya yaranır, cinsiyyət üzvü, prostat vəzi, toxum qovucuqları inkişaf edir. Androgenlərin təsirindən qasıq nahiyəsində, qoltuq altında, sifətdə, qarında, döşdə, ətraflarda tük əmələ gəlir. Androgenlərin təsirindən qırtlaq inkişaf edir, səs telləri qalınlaşır, səsin tembri azalır.

Androgcnlərin anabolik təsiri.

Kişi cinsi hormonları güclü anabolik təsirə malikdir, onlar zülallann biosintezini artırır. Androgenlərin anabolik effekti əsasən skelet əzələlərinə olan güclü təsiri ilə bağlıdır, onun təsirindən kişi tipli skelet formalaşır, miokard və parenximatoz üzvlərdə olan əzələlər inkişaf edir. Cinsi yetişkənlik dövründə androgenlər oğlanların boyunun inkişafını təmin edir, sonralar isə epifızar qığırdağın inkişaf zonalarını bağlayır, nəticədə boyun artması dayanır.

Androgenlərin əmələ gəldiyi mənbələr.

Androgenlər toxumluqda və böyrəküstü vəzin qabıq maddəsində sintez olunur. Reproduktiv yaşlarda kişi orqanizmində testosteron yalnız toxumluqdan sekresiya olunur, böyrəküstü vəz qana kifayət qədər  testosteron ifraz etmir. 25-40 yaşında olan kişilərdə sutka ərzində 4-7 mq testosteron sintez olunur.

Androstendion toxumluqda və böyrəküstü vəzdə əmələ gəlir. Onun sutkalıq miqdarı 2 mq təşkil edir.

Kişilərdə estradiolda testosteron kimi toxumluq da əmələ gəlir.  Estron isə böyrəküstü vəzlərdə sələflərindən sintez olunur. Kişilərdə estradiolun sutkalıq miqdarı 40 mkq qədər olur .

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation