Домой / Anesteziologiya / Reanimasiya / Kəskin ürək çatışmazlığı zamanı intensiv terapiya
Непрямой масаж сердца

Kəskin ürək çatışmazlığı zamanı intensiv terapiya

Want create site? Find Free WordPress Themes and plugins.

Bütün müalicə tədbirləri ürəyin yüklənməsinin qarşısını almağa, miokardın yığılma qabiliyyətinin yaxşılaşdırılmasına, kiçik qan dövranında təzyiqin azaldılmasına yönəldilməlidir.

Kəskin ürək çatışmazlığının hər  bir kliniki variantında vəziyyətin təcili korreksiyası lazımdır, hansı ki, bu ciddi fəsada gətirib çıxara bilər

Kəskin sağ mədəcik çatışmazlığının müalicəsi

  • Sağ mədəcik çatışmazlığına gətirib çıxaran əsas səbəbin müalicəsi
  • Hipoksiyanın aradan qaldırılması
  • Ağciyər arteriyası sistemində qan cərəyanına təsir etmək
  • Tənəffüs oyanıqlığının aradan qaldırılması (narkotiklər).
  • Ürək önü yükün azaldılması (diuretiklər, nitratlar, opioidlər).
  • Ürək arxası yükün azaldılması (nitratlar, vazodilatatorlar).
  • Ürəyin inotrop stimulyasiyası (katexolaminlər, ürək qlikozidləri, qeyri-qlikozid inotrop preparatlar).
  • Ağciyər arteriyası sistemində təzyiqin azaldılması (nitratlar, furosemid, opioidlər).
  • Köpük söndürücülər (etil spirti, sintetik köpük söndürücülər).
  • Oksigen terapiyası.
  • Agciyərlərin süni ventilyasiyası.

Hipoksemiya ilə mübarizədə oksigenoterapiya vacib rol oynayır– nəm oksigenin burun kateteri vasitəsi ilə 6 l/dəq. sürəti ilə inhalyasiyası

Kəskin sol mədəcik çatışmazlığının müalicəsi

Kəskin sol mədəcik çatışmazlığı zamanı inotrop müalicəyə göstəriş

  • Standart müalicə effektsiz olduqda (diuretiklər, nitratlar, opioidlər)
  • Sərhəd AT ilə əlaqədar olaraq sidik qovucuların və daha çox nitratların dozasını artırmaq mümkün olmadıqda
  • Arterial hipotenziya
  • Yatmış miokardın olmasına kliniki əsaslandırılmış şübhə olduqda.

Yüksək AT fonunda ağciyərlərin ödemi

  • Morfin
  • Nitratlar
  • Furosemid
  • Spirt buxarı ilə inhalyasiya

Normal AT fonunda ağciyərlərin ödemi

  • Morfin
  • Nitratlar
  • Furosemid
  • Dobutamin
  • Spirt buxarı ilə inhalyasiya

Aşağı AT fonunda ağciyərlərin ödemi

  • Morfin
  • Dobutamin
  • Dopamin və ya Noradrenalin
  • Spirt buxarı ilə inhalyasiya

Müalicəyə refrakter  olan ağciyərlərin ödemi.

Müalicə AT-nin səviyyəsinə uyğun aparılır

Xəstə ağciyərlərin süni ventilyasiyasına keçirilir

Diqoksinin istifadəsi ancaq ÜÇ taxisistolik səyirici aritmiya ilə birlikdə olduqda göstərişdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation