Домой / Anesteziologiya / Reanimasiya / Kəskin tənəffüs çatışmazlığının müalicəsində etiopatogenetik terapiya
Реанимация

Kəskin tənəffüs çatışmazlığının müalicəsində etiopatogenetik terapiya

Want create site? Find Free WordPress Themes and plugins.

Kəskin respirator çatışmazlıq dedikdə ağciyərlərin adekvat ventilyasiyasının təmin edilməməsi və ya qan və sistem orqanlara kifayət qədər oksigenin çatdırılması qabiliyyətinin itirilməsi başa düşülür. Respirator çatışmazlıq inkişaf etdikdə, ağciyərlər bədənin oksigenə olan tələbatını ödəyə və/və ya əmələ gələn karbon dioksidi (CO2) xaric edə bilmir. Beləliklə də, tənəffüs sistemi xəstənin metabolik ehtiyaclarını qarşılaya bilmir.

Kəskin respirator çatışmazlığın müalicəsi iki fazaya – ilkin təxirəsalınmaz reanimasiya tədbirləri və sonradan davamlı qayğı – bölünür. İlkin reanimasiya tədbirlərinin əsas məqsədi xəstənin maksimal dərəcədə stabilləşdirilməsi və həyata təhlükə törədə biləcək mümkün pisləşmənin qarşısının alınmasıdır. Bu hədəflərə nail olduqdan sonra, diqqət respirator çatışmazlığın səbəbini müəyyən etməyə və ondan asılı olaraq müvafiq müalicə tədbirlərinin başlanmasına yönəlməlidir.

İlkin reanimasiya tədbirləri:Kəskin tənəffüs çatışmazlığının müalicəsində etiopatogenetik terapiya

  1. Oksigenasiya
  2. tənəffüs yollarının kontrol edilməsi
  3. mexaniki ventilyasiya
  4. qan dövranın (sirkulyasiyanın) stabilləşdirilməsi
  5. Bronxodilyatatorlar / Steroidlər

Davamlı qayğı:

  • Differensial diaqnostika
  • Diaqnozdan asılı olaraq müvafiq terapiyanın başlanması.

Spesifik tədbirlər: bilavasitə əsas xəstəliyə qarşı yönəlir və bu etiopatogenetik müalicə adlanır.

Etiopatogenetik (spesifik) tədbirlər: Patogenetik müalicə tədbirlərindən ən vacibi ağrının aradan götürülməsidir. Ağrı sindromu tənəffüsü səthiləşdirir, öskürək refleksini zəiflədir. Bu cərrahi əməliyyatlardan sonrakı ilkin dövrdə xüsusilə nəzərə çarpar. Agrısızlaşdırma məqsədilə analgetiklərdən, xüsusilə qeyri narkotik qrup dərmanlardan istifadə etmək məsləhətdir. Son illər nəqli ağnsızlaşdırma metodlanndan geniş istifadə olunur.

  • Cərrahi və travmatoloji təcrübələrdə rast gəlinən pnevmotoraks, pnevmohemotoraks, yaxud hemotoraks zamanı cərrahi üsullara əl atılır, plevra boşluğu punksiya edilir, drenaj borusu quraşdırılır, bəzən göstəriş üzrə bu va ya digər əməliyyat həyata keçirilir.
  • Patogenetik tədbirlərdən biri bronxospazmın ləğv edilməsi, digəri infeksiya ilə mübarizədir.
    • Birinci halda, bronxolitiklərdən istifadə edilir;
    • İkinci halda antibakterial və antimikrob preparatlardan istifadə etmək lazım gəlir.
  • Tənəffüs mərkəzinin zəifləməsi zamanı analeptiklərdən, sirkulyator pozğunluqlarda ürək qlikozidlərindən istifadə edilməsi də öz növbəsində KTÇ-nin etiopatogenetik müalicəsi hesab edilir.
Did you find apk for android? You can find new Free Android Games and apps.

Автор публикации

не в сети 7 months

Mariam Sadikova

Комментарии: 0Публикации: 62Регистрация: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Авторизация
*
*


Регистрация
*
*
*


Генерация пароля