Домой / Revmatologiya / Kəskin revmatik qızdırmanın klinikası və diaqnostik kriteriyaları
Kəskin revmatik qızdırmanın klinikası və diaqnostik kriteriyaları

Kəskin revmatik qızdırmanın klinikası və diaqnostik kriteriyaları

Want create site? Find Free WordPress Themes and plugins.

Revmatik qızdırma – A qrup β-hemolitik streptokokk tərəfındən törədilən, birləşdirici toxumanın sistem iltihabi xəstəliyi olub, prosesə ürək və oynaqlar cəlb olunur və genetik meyiili şəxslərdə təzahür edir.

Klinik mənzərə. Məlum olduğu kimi, Revmatik qızdırma  zamanı, əsasən ürək-damar sistemi zədələnir. Buna görə də xəstəliyin bütün təzahürlərini ürək və ürəkdənkənar olmaqla iki hissəyə ayırmaq və xəstəliyin klinik mənzərəsini bu mövqedən təsvir etmək məqsədə uyğundur.

Qeyd etmək lazımdır ki, RQ-nin klinik mənzərəsi onun ilk hücumu vaxtı, hələ revmatik qüsur formalaşmasından əwəlki periodda daha aydın izlənilir. Revmatizm residiv verdikdə ürək qüsuru formalaşdığı halda və ürək çatmazlığı mövcud olduqda aktiv revmatik prosesin klinik simptomatikasını izləmək çətinləşir: belə ki, klinik mənzərəni ürək qüsurunun qan dövrammn pozulması ilə kombinasiyası müəyyənləşdirmiş olur. Bununla əlaqədar olaraq, aşağıda RQ-nin birinci hücumunun klinik mənzərəsini təqdim etmişik.

Diqnostik axtarışın I mərhələsində xəstəliyin keçirilmiş infeksiya ilə əlaqəsi müəyyənləşdirilir. Tipik hallarda anginadan və ya kəskin respirator infeksiyadan 1-2 həftə sonra bədənin hərarəti yüksəlir (90% hallarda), hərarətin gündəlik tərəddüdü 1-2 dərəcə olur və 38-40 dərəcəyə qədəryük- sələ bilir ki, bu da güciü tərləmə ilə müşayət olunur, lakin titrətmə olmur. Revmatizmin təkrari hücumları zamanı xəstəliyin residivi keçirilmiş infeksiya ilə əlaqədar olmur(qeyri-spesifık faktorlar ,soyuqdəymə, fıziki gərginlik, cərrahi müdaxilə və s. rol oynayır).

Miokardıtin endokarditdən fərqləndirilməsinə hələlik müəssər olunmamışdır.

Böyüklərdə revmokardit yüngül keçir. Xəstələr ürək nahiyəsində yüngül ağrı və ya narahatçılıqdan, fiziki gərginlik zamam yüngül təngnəfəslikdən, az hallarda ürəkdöyünmə və ürək vurğularında qeyri-müntəzəmlikdən şikayət edirlər. Bu simptomlar ürəyin revmatik zədələnməsi üçün spesifık deyildir və başqa xəstəliklərdə də rast gəlinə bilər. Belə şikayətlərin təbiəti diaqnostik axtarışın sonrakı mərhələlərində dəqiqləşdirilir.

Bir sıra gənc yaşlı xəstələrdə (adətən uşaqlarda) revmokardit ağır keçə bilir xəstəliyin əvvəlindən ürəkdöyünmə, sakitlikdə və gərginlik zamanı güclü təngnəfəslik, ürək nahiyəsində daimi ağrı müşahidə edilir. Böyük qan dövranında çatmazlıq əlamətləri özünü sağ qabırğaaltı nahiyədə ağırlıq (qara ciyərin böyüməsi hesabına) və ətraflarda ödem şəklində biruzə verə bilər. Bütün bu əlamətlər ağır gedişli miokarditin olmasım göstərir.

Perikardit də revmatizmin ürəkdənxaric təzahürləri kimi hal-hazırda az rast gəlinir, adətən uşaqlarda və gənc yaşlarda kəskin gedişdə rast gəlinir.

Quru perikardit inkişaf etdikdə xəstələr yalnız ürək nahiyəsində daimi ağrıdan şikayətlənirlər. Ekssudativ perikardit zamanı isə ürək kisəsində seroz-fıbroz ekssudatın toplanması ilə perikardın iltihaba uğramış lövhələri biri-birindən aralandığından ağrı aradan götürülür. Xəstənin horizontal vəziyyətində azalan təngnəfəslik meydana çıxır. Qanın ürəyin sağ kameralarına daxil ola bilməsinin məhdudlaşması ilə əlaqədar olaraq böyük qan dövranında durğunluq əlamətləri yaranır (ödemlər, qara ciyərin böyüməsi hesabına sağ qabırğaaltında ağırlıq).

Dayaq-hərəkət aparatındakı dəyişikliklər özünü revmatik poliartrit şəklində təzahür etdirir. Xəstələr böyük oynaqlarda (diz, dirsək, çiyin,mil-bilək və qamış-daban oynaqlarında) sürətlə artan ağndan, aktiv hərəkətin mümkünsüzlüyündən, oynaqların həcminin böyüməsindən şikayət edirlər.

Revmatik poliartritin xüsusiyyəti ondan ibarətdir ki, o, revmatizm əleyhinə dərman maddələrin təsirindən tez və izsiz aradan götürülür. Bəzən oynaqların zədələnməsi poliartralgiya şəklində olur və artrit inkişaf etmir (10% hallarda).

Ağ ciyərləritı pnevmoniya və ya plevrit şəklində revmatik zədələııməsi də nadir hallarda rast gəlinir və bu saman subyektiv əlamətlər müvafiq xəstəliklərdə olduğundan fərqlənmir.

Böyrəklərin revmatik zədələnməsinə də nadir hallarda rast gəlinir və diaqnostik axtarışın III mərhələsində aşkar edilir (sidiyi müayinə edən zaman).

Sinir sisteminin revmatik zədələnməsi çox nadir halda əsasən uşaqlarda rast gəlinir. Şikayətlər digər etiologiyalı ensefalitlərdə, meninqoensefalitlərdə, serebral vaskulitlərdə olduğundan fərqlənmir. Yalnız uşaqlarda (əsasən qızlarda) rast gəlinən və emosional labillik, gövdənin, ətrafların və mimiki əzələlərinin məcburi hiperkinezi ilə təzahür edən “kiçik xoreya” diqqəti cəlb edir.

Abdominal sindrom (peritonit) yalnız birincili kəskin revmatizmi olan uşaqlarda və yeniyetmələrdə rast gəlinir və ürəkbulanma, bəzən qusma, qəbzlik və ya ishal ilə müşayət olunan yüksək hərarət vəqəfıl başlanan lokal və ya diffuz xarakterli tutmaşəkilli ağrılar ilə xarakterizə olunur. Revmatik peritonit residiv vermir və özündən sonra qalıq dəyişikliklər qoymur.

Beləliklə diaqnostik axtanşın I mərhələsində birincili revmatizmdə əsas şikayətlər ürəyin zədələnməsi ilə, az hallarda patoloji prosesə oynaqların cəlb edilməsi ilə, habelə ümumi xarakterli dəyişıkliklərlə əlaqədardır (yorulma, tərləmə, hərarətin yüksəlməsi).

Diaqnostik axtarışın II mərhələsində əsasən ürəkdə baş verən zədələnmələrin əlamətlərinin aşkarlanmasının böyük əhəmiyyəti vardır.

Birincili revmokardit zamanı ürək adətən böyümür (nadir hallarda onun bir qədər böyüməsinə rast gəlinir), auskultasiya zamam I tonun karlaşması, bəzən III tonun peyda olması, zirvədə yumuşaq sıstolik küy eşidilir. Bu simptomatika qapaq aparatında baş verən dəyişikliklərlə deyil, yalnız miokarditlə bağlıdır. Küyün intensivliyinin yüsəlməsi, onun davamiyyətinin uzanması və dayanıqlı xarakter alması mitral qapağın çatmazlığının formalaşmasını göstərir. Bu auskultativ mənzərənin revmatik hücumun başlanmasından 6 ay keçdikdən sonra saxlamiması qüsurun formalaşması haqqda inamla fikir yürütməyə imkan verir.

Aortal qapağın zədələnməsi zamam Botkin nöqtəsində protodıastolik küy eşidilir və get-gedə bu küyün intensivliyi və davam etməsi artır.bu zaman II tonun eşidilməsi saxlanılır. Yalnız birçox illər keçdikdən sonra və aortal qapağın güclü çatmazlığı formalaşdıqdan sonra II qabırğaarası sahədə, döş sümüyündən sağda II tonun zəifləməsi və hətta itməsi baş verə bilər.

Çox az hallarda rast gəlinən quru perikarditdə perikardit üçün xarakterik olan perikardın sürtünmə küyü eşidilir, perikard boşluğuna ekssudasiya olduqda ürək tonlannm karlaşması və ürəyin sərhədlərinin hər tərəfə genişlənməsi və böyük qan dövranmda çatışmazlıq əlamətləri aşkar edilir.

Poliartrit zamaı xəstələrdə sinovial qişanın və oynaqətrafı toxumanın iltihablaşması hesabına oynaqların deformasiyası, oynaqların palpasiyası zamanı isə ağrı hiss edilir. Bütün bu əlamətlər revmatizm əleyhinə terapiya zamanı izsiz aradan götürülür.

Periartikulyar toxumanın zədələnməsi revmatik düyünlər şəklində özünü biruzə verir və zədələnmiş oynaq sahələrində, said və baldırda, sümük çıxıntıları üzərində yerləşir. Noxud ölçüsündə olan bu törəmələr bərk və ağrısız olur və müalicə nəticədə yox olur. Hal-hazırda bu törəmələrə, demək olar ki, rast gəlinmir.

Üziikvari eritema revmatizm üçün patoqnomonikdir, yuxan və aşağı ətraflann içəri səthində, qarında, boyunda və gövdədə yerləşən, gicişməyən, çəhrayı həlqə şəklində olur. Xəstələrin 1-2%-də rast gəlinir. Bəzən düyünlü eritemaya da rast gəlinir.

Revmatik pnevmoniya və plevrit digər etiologiyalı anoloji xəstəliklərdən fıziki əlamətlərinə görə fərqlənmir.

Ümumiyyətlə götürdükdə, ürəkdənkənar zədələn- mələr hal-hazırda çox az rast gəlinir və əsasən gənc yaşlarda və revmatizmin kəskin gedişində (III dərəcəli yüksək aktivlik olduqda) baş verir. Onlar, adətən zəif ifadə olunurlar və rematizm əleyhinə müalicə fonunda tez bir zamanda geriyə inkişaf edirlər. Aşağıdakı diaqramda kəskin revmatik qızdırma zamam klinik təzahürlərin rast gəlmə müddəti təqdim edilmişdir.

Diaqnostik axtatışın III mərhələsində əldə edilmiş laborator-instrumental məlumatlar patoloji prosesin aktivliyini müəyyən etməyə, ürəkdə və digər or- qanlarda baş verən dəyişiklikləri dəqiqləşdirməyə imkan verir. Laborator müayinələr aktiv revmatik prosesdə qeyri-spesifık kəskin-faza və immunoloji göstəricilərdə olan dəyişiklikləri aşkarlamağa imkan verir.

Kəskin-faza göstəricilərinə leykositoz, qamma-qlobulinin səviyyəsinin yüksəlməsi ilə əvəzlənən alfa-2 qlobulinin konsentrasiyasımn artması, C-reaktiv proteinin və fibrinogenin konsentrasiyasımn artması,

EÇS-nin yüksəlməsi aiddir. Əksər hallarda biokimyəvi dəyişikliklərin göstəriciləri EÇS-nin artması ilə paralel baş verir və buna görə də EÇS revmatizmin aktivliyinin əsas laborator göstəricisi sayılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation