Домой / İnfeksiyon xəstəliklər / Epidemiologiya / İnfeksion xəstəliklər zamanı kəskin orta irinli otit
Kəskin orta otit

İnfeksion xəstəliklər zamanı kəskin orta irinli otit

Kəskin orta otit (KOO) – pataloji prosesə daha çox təbil boşluğunun qoşulması ilə xarakterizə olunan orta qulağın kəskin iltihabi xəstəliyidir. Orta otit bir çox fəsadlaşmanın səbəbi ola bilər. Xəstəlik vaxtında müalicə edilmədikdə və ya virulent infeksiya aparılan müalicəyə adekvat tabe olmadıqda infeksiya orta qulaqdan qonşu nahiyələrə, o cümlədən, kəllədaxili şöbələrə də keçə bilər.

Xəstəlik geniş yayılmışdır (bütün LOR xəstəliklərinin 15-25%-qədərini təşkil edir) , ancaq ən çox uşaq yaşlarında rast gəlir.Orta otit xəstəliyi olan uşaqların hər 5 nəfərində (18%) xəstəliyin ağırlaşmış gedişi qeyd olunur.12% xəstələrdə sonradan neyrosensor ağıreşitmə və karlıga gətirib çıxaran daxili qulaqda neyroepitelial hüceyrələrin zədələnməsi baş verir. Eyni zamanda proseslər uçağın dilinin açılması və danışığa başladığı dövrə təsadüf edərsə kritik rol oynaya bilər.

Streptococcus pneumoniae, Haemophilus influenzae ,Moraxella catarrhalis, Streptococcus pyogenes, Staphylococcus aureus  kimi bakteriyaların təsirindən yarana bilər.Bundan başqa virus infeksiyasının da müəyyən rolu var.

Kəskin orta otit – klinik təsnifatı.İnfeksion xəstəliklər zamanı kəskin orta irinli otit

  • I – kataral iltihab mərhələsi,
  • II – irinli iltihab mərhələsi:
    • a) təbil pərdəsinin perforasiyası öncəsi;
    • b) təbil pərdəsinin perforasiyasi
  • III – mərhələ – reperativ və ya həll edilmə mərhələsi

Perforasiya öncəsi.

Əsəs şikayət qulaq ağrısıdır. Əksər hallarda bu ağrı çox  şiddətli olur. Xəstədə intoksikasiya əlamətləri, yuksək hərarət, təbil pərdəsinin və qulaq sümükcüklərinin hərəkətliyinin məhdudlaşması nəticəsində qulaqda olan küy qeyd edilir.

Qulaq pərdəsinin deşilməsi nəticəsində qulaqdan irinli möhtəviyyatın axması müşahidə olunur. Bunun nəticəsində qulaq ağrısı keçir, xəstənin vəziyyəti yaxşılaşır, hərarət azalır. İfrazat irinli selikli və yaxud qanla qarışıq ola bilər. Bir neçə gündən sonar axıntılar azalır və qatılaşır. Axıntilar kəsilir, təbil pərdəsinin dəliyi bitişir, hiperemiyası keçir, tanınma nöqtələri aydın seçilir, eşitmə normallaşır.

Kəskin orta otit – diaqnostika.

I mərhələ:  qulaqda ağrılar ,eşitmənin zəifləməsi ,qulaqda küy ,bədən hərarətinin yüksəlməsi ,başgicəllənmə (daimi deyil) ,iştahanın azalması, ishal (uşaqlarda)

II mərhələ: a) Perforasiya öncəsi  ağrının artması ,bədən həracətinin daha da yüksəlməsi ,zəiflik ,eşitmə zəifliyinin daha da artması ,qulaqda küy ,başgicəllənmə, ürəkbulanma(daimi deyil)

II mərhələ: b) Perforasiya  xarici qulaq keçəcəyində irinli ekssudatın olması ağrının azalması ,bədən hərarətinin azalması  və intoksikasiya əlamətlərinin azalması

III mərhələ  xarici qulaq keçəcəyində irinli ekssudatın azalıb kəsilməsi ,ağrının yox olması  və bədən hərarətinin normallaşması

  • Otoskopiya zamanı təbil pərdəsinin hərəkət məhdudluğu və dartılması ilə bərabərİnfeksion xəstəliklər zamanı kəskin orta irinli otit
  • damarların genəlməsi (I mərhələdə); təbil pərdəsinin əhəmiyyətli hiperemiyası və ekssudatın təsiri ilə şişməsi (II a mərhələsində); təbil pərdəsinin müxtəlif nahiyələrində perforasiyası və həmin perforasiyadan xarici qulaq keşəcəyinə təkanla irinin daxil olması (“pulsasiyaedici refleks”), xarici qulaq keçəcəyində selikli-irinli ifrazat (II b mərhələsində) qeyd olunur.
  • Qulaqətrafı limfa düyünləri palpasiya zamanı bərkimiş və ağrılı olurlar (daimi deyildir)
  • Eşitmə səsi nəql etmə aparatının pozulması tipində zəifləmiş olur
  • Kəskin orta otiti olan xəstələrdə müxtəlif ağırlaşmaların olması ehtimalını həmişə
  • nəzərdə saxlamaq lazımdır. Belə ki, mastoiditin olub-olmamasını təsdiq etmək üçün qulaqarxası nahiyyədə dəri örtüyünün pastozluğuna, qulaqarxası büküşün hamarlanmasına, qulaq seyvanının irəli qabarmasına, həmin nahiyyədə flyuktasiyanın olmasına fikir vermək lazımdır. Üz sinirinin nevritini (sifətin assimetriyası), otogen meningiti (müsbət meningial simptomlar) və s. də inkar etmək lazımdır.

Kəskin orta otit – müalicənin məqsədləri

  • Ağırlaşmaların inkişafının qarşısının alınması
  • Residivlərin profilaktikası;
  • Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi;

Müalicə, adətən, ambulator aparılır.

Əgər başlanğıc mərhələsində olan ağırlaşmalar (mastoidit, beyindaxili ağırlaşmalar) varsa xəstə təxirəsalınmaz hospitalizasiya olunmalıdır.

Müəllif admin

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*