Домой / Hematologiya / Kəskin limfoblast leykoz
Kəskin limfoblast leykoz

Kəskin limfoblast leykoz

Want create site? Find Free WordPress Themes and plugins.

Kəskin leykozlar hemopoezin II və III siniflərinə məxsus diferensiasiya etməmiş polipotent və unipotent hüceyrələrinin və IV  sinfinə məxsus az diferensiasiya etmiş blast hüceyrələrinin bəd xassəli transformasiyasına deyilir.Ona görə də kəskin leykozlar özləri də diferensiasiya dərəcəsinə görə 2 qrupa bölünürlər.

  1. Kəskin diferensiasiya etməmiş leykoz .Hemopoezin II və III sinif diferensiasiya etməmiş hüceyrələrindən başlanğıc götürmüş bütün leykozlara deyilir.
  2. Kəskin blast leykozlar.Hemopoezin IV sinif – az diferensiasiya etmiş blast hüceyrələrindən başlanğıc götürən leykozlara deyilir.Blast hüceyrələrin histogenezindən asılı olaraq bu leykozların da müxtəlif növləri ayırd edilir.

FAB-təsnifata görə isə bütün kəskin leykozlar sitogenetik xüsusiyyətlərindən asılı olaraq 2 qrupa bölünür:

  1. Kəskin limfoblast leykozlar
  2. Kəskin qeyri-limfoblast leykozlar.

Kəskin leykozlar bütün yaşlarda , o cümlədən də uşaqlarda və qocalarda rast gəlinir.Yetkin və yaşlı şəxslərdə rast gəlinən leykozlardan fərqli olaraq uşaq yaşlarda kəskin leykozlar bəzi özünəməxsus xüsusiyyətlərlə də xarakterizə olunur.Bu xüsusiyyətlər əsas etibarilə aşağıdakılardan ibarətdir.

  • Digər yaş qruplarına nisbətən kəskin leykozlar uşaqlarda daha tez-tez rast gəlinir.Xüsusilə də 3-5 yaş arasında və oğlan uşaqlarında.
  • Böyüklərə nisbətən uşaqlarda leykoz infiltratları daha çox yayılmış olur.Leykoz infiltratları qanyaradıcı toxumalarda və cinsi vəzlərdən başqa ,demək olar ki,bütün üzv və toxumalarda ,xüsusilə də timus nahiyəsində meydana çıxır.
  • Uşaqlarda leykoz infiltratları əsasən ocaqlı xarakter daşıyır və leykoz hüceyrələrindən ibarət şişəbənzər düyünlər inkişaf edir.
  • Böyüklərdən fərqli olaraq uşaq yaşlarda ən çox kəskin limfoblast leykoz rast gəlinir.Kəskin leykozlarin digər formaları ,xüsusilə də mieloblast leykoz çox az müşahidə edilir.Böyüklərdə isə əsas etibarilə kəskin leykozların qeyri-limfoblast formaları baş verir.
  • Uşaqlarda kəskin leykozların xüsusi formaları –anadangəlmə leykoz və xloroleykoz da olur.

Kəskin leykozların müxtəlif nozoloji formaları ayırd edilir.

Kəskin limfoblast leykoz.

Hemopoezin blast mərhələsinin limfoblast hüceyrələrindən (T-limfosit sırası) başlanğıc götürür.Çox əksər hallarda uşaq yaşlarda ,3-5 yaşlı oğlan uşaqlarında rast gəlinir.

Leykoz infiltratları ən çox timusda və timus nahiyəsində ,sümük iliyində ,dalaqda,limfa düyünlərində və selikli qişaların limfoid folikullarında inkişaf edir.Dalaq,limfa düyünləri və timus həddən artıq böyüyür,borulu və süngəri sümüklərdəki sümük ilikləri qırmızı rəng alır.Daxili üzv və toxumalardan başqa leykoz infiltratları həmçinin beyin maddəsində və qişalarında da olur.Buna neyroleykoz ( və ya neyroleykemiya ) da deyilir.

FAB-təsnifata görə sitogenetik,ultrastruktur və digər morfoloji ,yaş və bəzi laborator xüsusiyyətlərindən asılı olaraq kəskin limfoblast leykozların 3 tipi ayırd edilir:ALL1,ALL2 və ALL3.

Digər bütün kəskin leykozlardan , yəni qeyri-limfoblast leykozlardan fərqli olaraq kəskin limfoblast leykozlar aşağıdakı diferensial diaqnostik xüsusiyyətlərlə xarakterizə olunur:

  • Bu leykozlar öz başlanğıclarını limfoblastlardan götürür
  • Təxminən 80% hallarda uşaq yaşlarda ,xüsusilə də 5 yaşına qədər uşaqlarda rast gəlinir
  • Bu zaman leykoz hüceyrələrində terminal dezoksitransferaza adlı nüvə fermenti olur.Hansı ki, kəskin qeyri-limfoblast leykozlarda demək olar ki,təsadüf edilmir
  • Leykoz hüceyrələrində müxtəlif xarakterli xromosom anomaliyaları da müşahidə edilə bilir
  • Leykoz hüceyrələrində müxtəlif xarakterli xromosom anomaliyaları da müşahidə edilə bilir
  • Bütün limfa düyünlərinin böyüməsi-generalizə ollunmuş limfadenomeqaliya baş verir.Kəskin qeyri-limfoblast leykozlar zamanı isə limfa düyünlərinin böyüməsi demək olar ki , müşahidə olunmur.
Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation