Домой / Anatomiya / Fiziologiya / Kanalcıqların sekretor funksiyası
Kanalcıqların sekretor funksiyası

Kanalcıqların sekretor funksiyası

Want create site? Find Free WordPress Themes and plugins.

Sidik əmələgəlmə prosesində bir sıra maddələr (məsələn, bəzi orqanik turşular) filtrata keçmir, lakin buna baxmayaraq kanalcıq sekresiya nəticəsində son sidikdə aşkar olunurlar.

Sekresiya nəticəsində sidiyə kanalcıqları əhatə edən kapilyar- ların qanında olan ya da kanalcıq hüceyrələrində əmələ gələn maddələr (hidrogen və ammonyak) daxil olurlar. Sekresiya onların kanalcıq epiteli ilə aktiv transportu hesabına baş verir. Proses ATF əmələ gəlməsinə yönəldilmiş bioenergetik fermentativ reaksiyalarla əlaqədardır. Toxuma tənəffüsünün ləngiməsi zamanı sekresiya kəsilir.

Nefronun proksimal qıvrım kanalcıqlarında fəaliyyət göstə- rən, qandan müxtəlif (əsasən yad) maddələri aktiv sekresiya edən üç transport sistemi məlumdur. Onlardan biri üzvi turşularm (məsələn, paraaminhippur turşusu), tərkibində yod olan rentgenkontrast maddələrin (diodrast), penisillinin, qırmızı fenol boyaqlarının və b. sekresiyasını yerinə yetirir. ikincisi – mürəkkəb qələvilərin (tetraetilammoniumun, N-metilnikotinamidin və b.), üçüncü etilendiamin tetraasetatın (EDTA) sekresiyasıım təmin edirlər.

Bütövlükdə, böyrəklərdə əmələ gələrı sidiyin tərkibi üç proseslə müəyyən olunur: yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsiyası və sekresiyası ilə.

Sidik böyrəklərin kanalcıqları ilə keçərkən natrium- karbonat kanalcıq reabsorbsiyasının məsamələri fosfatlarınkından xeyli geniş olduğuna görə turş reaksiya (pH=4,5-6,5) əldə edir. Sidiyin reaksiyası qəbul edilən qidadan asılı olaraq dəyişə bilər. Bitki mənşəli qələvi qida qəbul etdikdə sidiyin reaksiyası qələvi tərəfə dəyişir.

Ətlə qidalandıqda ya da intensiv əzələ işi zamanı əzələlərdə artıq miqdarda əmələ gələn süd və fosfor turşularmın qana daxil olması hesabına, əksinə, sidiyin turşuluğunun artması müşahidə olunur.

Böyrəklər bəzi maddələri seçici olaraq sidikdə toplayıb orqa- nizmdən xaric etməklə qan plazmasını orqanlardan təmizləyirlər.

Son sidik aşağıdakı əlamətlərlə xarakterizə olunur:

  • Qan plazmasmm tərkibinə daxil olan bir sıra maddələr son sidikdə tamamilə olmur; normada bunlar zülallar, amin turşuları, Kanalcıqların sekretor funksiyasıqlükozadır;
  • Bəzi maddələr son sidikdə plazmada olduğundan xeyli böyük konsentrasiyada olur: sidik cövhəri  65 dəfə, sulfatlar 89 dəfə, sidik turşusu  12 dəfə; beləliklə böyrəklərin konsentrasiya edici funksiyası aşkara çıxır;
  • Sidiyin tərkibi və reaksiyası sabit deyil: məsələn, alkaloz zamanı sidik daha qələvili, asidozda isə  daha turş olur.

Hidrogen ionları konsentrasiyasınm sabitliyini və tıırş mübadilə məhsullarınm neytraşdırılması üçün böyrəklərdə ammonyak sintezinin böyük əhəmiyyəti vardır. Ammonyak sidiklə ifraz olunan natriumu və kaliumu əvəz edərək turş radikallarla birləşir və uçucu olmayan turşuların ammonium duzlarını əmələ gətirir.

Sidik əmələ gətirməsinin filtrasiya-reabsorbsiya-sekresiya nəzəriyyəsi.

Bu nəzəriyyəyə görə hər hansı bir maddənin son sidikdə miqdarı və ifrazı onun yumaqcıq filtrasiyası və kanalcıq sekresiyası həcmi ilə kanalcıq reabsorbsiyası həcminin fərqindən asılıdır.

Müxtəlif maddələr üçün yalnız filtrasiya (məsələn, inulin üçün), filtrasiya və ardınca reabsorbsiya (məsələn, qlükoza üçün), filtrasiya ilə sekresiya və bütün proseslərin birləşməsi (məsələn, K+ ionları) mümkündür.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

не в сети 3 часа

admin

Комментарии: 0Публикации: 746Регистрация: 13-12-2016

Müəllif admin

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation