Домой / Anesteziologiya / Reanimasiya / Uzunmüddətli infuzion terapiyanın prinsipləri və metodikası
Uzunmüddətli infuzion terapiyanın prinsipləri və metodikası

Uzunmüddətli infuzion terapiyanın prinsipləri və metodikası

Uzunmüddətli infuzion terapiyanın prinsipləri və metodikası. İnfuzion terapiyanın proqramını təşkil etmək üçün: yeridiləcək mayenin sutkalıq həcmini, infuzion qarışığın tərkibini, infuziyanın sürətini, yeridilmə metodunu aydınlaşdırmaq tələb olunur, o cümlədən homneostazı saxlayan başqa göstəricilərin stabilliyi təmin edilməlidir. Bu zaman

  • Gündəli maye həcmi (SMH)
  •  Gündəlik fizioloji tələbat (GFT)
  • Hal-hazırda olan defisit (OD)
  • Davam edən itkinin (DEİ) həcmi hesablanmalı və buna uyğun infuziya aparılmalıdır:

SMH=GFT+OD+DEİ

Fizioloji tələbatı xüsusi tərtib olunmuş proqramlar vasitəsilə müəyyənləşdirmək mümkündür (Aberdin nomoqramması).

Maye defisiti müəyyəbləşdirmək üçün müxtəlif formullardan istifadə olunur.

Normada suya tələbat aşağıdakı formula ilə hesablamaq olar:Uzunmüddətli infuzion terapiyanın prinsipləri və metodikası

V=(m*40)+(k*500)-X1(X2)

 

Mövcud patoloji vəziyyətdə suya tələbat aşağıdakı kimi hesablanır:

V=(14,5*m)+(k*500)+d-200

  • m-bədən çəkisi,
  • k-hərarət koeffisienti (norma üçün-q, ondan yuxarı qalxan hər 1oC hərarət üçün isə 1 vahid artırılır)
  • d-diurez, endogen su böyüklərdə 300ml-X1, endogen su uşaqlarda-X2.

Davam edən itkini müəyyənləşdirmək üçün fizioloji itkini və patoloji itkinin miqdarını təyin etmək lazımdır:

  • Bədən t-nın 1oC yüksəlməsi 13ml/kq itkiyə səbəb olur.
  • Tənəffüsün sayının 20-dən çox olması zamanı hət artıq 10 ekskursiya 10ml/kq əlavə maye itkisinə səbəb olur.
  • Bunlarla yanaşı qusma, ishal. Tərləmə və poliuriya nəticəsində yaranmış defisit də nəzərə alınmalıdır.

Infuzion qarışığın tərkibi və miqdarı mövcud patoloji vəziyyətdən asılı olaraq müəyyənləşdirilir.

Infuziyanın aparılma surəti kritik vəziyyətin ağırlıq dərəcəsindən, infuzion terapiyanın metodundan və infuzion məhlulun növündən asılı olaraq təyin edilir.

Ümumiyyətlə, mövcud defisit əsasən ilk 6 saat ərzində təmin olunmaqla yanaşı, fizioloji tələbatın 1/3 hissəsi yeridilməlidir. Qalan 2/3 hissəsi isə 16 saat ərzində köçürülməlidir.

Infuziyanın sürəti (Damcı/dəq)=sutkalıq infuziyanın həcmi (L) *14

Uzunmüddətli infuzion terapiyanın aparılma metodikası

Infuzion terapiya üçün ən çox mərkəzi və periferik venalar istifadə olunur.Dezintoksikasiya təsirli məhlullar

Venaların istifadə olunması aseptik şəraitdə olmaqla venepunksiya, veneseksiya yaxud onun kateterizasiyası şəklində həyata keçirilir.

Mərkəzi venaların kateterizasiyasının bir çox üstünlükləri vardır:

  1. Ağırlaşma ehtimalı azalır;
  2. Köçürmə sürətinin və miqdarının idarə olunması asanlaşır.

Sümükdaxili infuziya venadaxili infuziyanın bir növü olub periferik və mərkəzi venaların punksiyası və kateterizasiyası mümkün olmadıqda aparılır.

Arteriyadaxili infuziya təzyiq altında aparılmaqla kəskin qanitirmələrdə dövredən qanın həcminin tez bərpası üçün istifadə olunur.

 

Müəllif admin

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*