Домой / Ftiziatriya / İlkin vərəm kompleksi
İlkin vərəm kompleksi

İlkin vərəm kompleksi

İlkin vərəm – insanın vərəm mikrobları ilə ilk kontaktı və yoluxması nəticəsində inkişaf edən birinci vərəm xəstəliyinə deyilir.

Çox əksər hallarda ilkin vərəm ağ ciyərdə, az hallarda isə alimentar yolla yoluxma nəticəsində bağırsaqlarda, yaxud da kontakt yolla yoluxma nəticəsində dəridə də inkişaf edir. Adətən uşaq yaşlara təsadüf edir. Lakin uşaq yaşlarda vərəm əleyhinə peyvəndlərlə əlaqədar hal-hazırda cavan və orta yaşlarda da başlana bilir.

Vərəmin digər klinik-morfoloji növlərindən fərqli olaraq ilkin vərəm aşağıdakı xarakter xüsusiyyətlərlə səciyyələnir:

  • Vərəm mikobakteriyaları ilə ilk yoluxmadan sonra başlanır;
  • Tuberkulin sınağının müsbət olması nisbətən yaxın dövrlərə təsadüf edir;
  • Adətən uşaq və cavan yaşlarda rast gəlinir. Hematogen və ikincili vərəm isə əksərən orta və yaşlı şəxslərdə inkişaf edir;
  • Orqanizmin vərəmə qarşı heç bir immunitetinin olmaması şəraitində başlandığı üçün özünəməxsus morfogenetik inkişafa və morfologiyaya malik olur (ilkin vərəm kompleksinin formalaşması, limfadenitin inkişafı və s.);
  • İlkin vərəm zamanı tez tipli hiperhəssaslıq reaksiyası baş verir və ya üstünlük təşkil edir. Elə bu səbəbdən də ilkin vərəmin morfologiyasında damar-ekssudativ və ekssudativ-nekrotik toxuma dəyişiklikləri üstünlük təşkil edir;
  • Digər növ vərəmlərdən fərqli olaraq ilkin vərəm lokalizə olunduğu yerdən digər üzv və toxumalara da yayılmağa, yəni generalizasiyaya meylli olur (çünki bütün üzv və toxumalarda vərəm mikobakteriyalarına qarşı yüksək sensibilizasiya vardır);
  • Digər vərəmlərdən fərqli olaraq ilkin vərəm zamanı, xüsusilə də onun remissiya fazasında orqanizmdə ilkin vərəm üçün xarakter paraspesifik dəyişikliklər də (Ponse revmatizmi və s.) inkişaf edir.

İlkin vərəmin morfologiyası ilkin vərəm kompleksindən ibarətdir. Buna ilkin vərəm triadası da deyilir. İlkin vərəm kompleksi 3 komponentdən təşkil olunur:

  1. İlkin vərəm ocağı. Buna ilkin vərəm affekti, yaxud lokal spesifik ocaq da deyilir.
  2. Limfangit (yaxud kazeoz limfangit).
  3. Limfadenit (yaxud kazeoz limfadenit).

İlkin vərəm ocağı adətən vərəm mikobakteriyalarının toxuma ilə ilk kontaktı nahiyəsində formalaşır. Beləliklə, də aerogen yolla yoluxma zamanı ən çox sağ ağ ciyərin daha yaxşı aerasiya olunan, yəni subplevral III, VIII, IX və X seqmentlərində yerləşir.

Limfangit.

Limfangit ilkin vərəm ocağından toxuma mayesini ağ ciyər qapısındakı limfa düyünlərinə aparan limfa damarlarında baş verir. İlkin vərəm ocağındakı vərəm çöpləri qısa müddətdə həmin limfa damarlarına da keçir. Limfa damarlarında limfostaz, damarətrafı sahələrdə kəskin ödem, limfa damarl boyunca limfo-histiositar infiltrasiya, çoxlu sayda vərəm qranulomaları inkişaf edir. Beləliklə, limfa damarlarının vərəm mənşəli iltihabı – kazeoz limfangit baş verir.

Limfadenit.

Çox qısa müddətdə vərəm prosesi limfangitə məruz qalmış limfa damarlarından ağ ciyər qapısındakı ilk rast gəlinən limfa düyünlərinə – bronxopulmonal, bronxial və bifurkasion limfa düyünləri də keçir. Bu limfa düyünləri kəskin şəkildə böyüyür və nekrozlaşırlar. Beləliklə, vərəm prosesinə regionar limfa düyünləri də cəlb olunur və ilkin vərəm kompleksinin üçüncü komponenti olan spesifik vərəm limfadeniti (kazeoz limfadenit) baş verir. Onu da qeyd etmək lazımdır ki, limfa düyünlərində vərəm prosesi yalnız ilkin vərəm zamanı inkişaf edir.

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation