Домой / Anesteziologiya / Reanimasiya / İlkin meyit əlamətləri
İlkin meyit əlamətləri

İlkin meyit əlamətləri

İlkin meyit əlamətləri aşağıdakılardır:meyit ləkələri, meyit qacıması, meyitin soyuması və autoliz.

Meyit ləkələri (livores mortis)

Meyit ləkələri-ölüm baş verəndən sonra qan ağırlıq qanununu əsasən bədənin aşağı nahiyələrində yerləşən kapilyarlara,venalara və venulalara doğru hərəkət edərək onlara dolur. 1.5-2 sual sunra həmin nahiyədəki dəri əvvəlcə açıq-bənövşəyi, sonra isə göyümtül–qırmızı və ya bənövşəyi rəng alır. Bu ləkələrə meyit ləkələri deyilir. Meyit ləkələri bir–birini əvəz edən uç dövr keçirir.

Bu dövrlər hipostaz, staz (diffuziya) və immbibisiya dövrləridir.

Hipostaz – (yunanca: hipo–«az,aşağı»-stazis» dayanma, durğunluq») və yu süzülmə dövrü ölüm baş verəndən təxminən 2-4 saat sonra baş verir. Bu dövrdə qan və limf damarlarla bədənin aşağı nahiyələrinə axır. Bu dövr 8-12 saat davam edir. Lakin hipostaz dövrünün davametmə müddətinə bədəndə olan qanın miqdarı, qanın tərkibi , ölümün səbəbi, ətraf mühit şəraiti və.s.təsir edir. Barmaq və ya dinamometr vasitəsilə hipostaz dövründə olan meyit ləkəsinə təzyiq etdikdə damarlar sıxılır,nəticədə qan ətrafa qovulur və həmin nahiyədə ləkə öz rəngini itirir. Təzyiq aradan qaldırıldıqdan sonra ləkə öz əvvəlki rəngini bərpa edir.Bu dövrdə meyitin duruş vəziyyətini dəyişdikdə meyit ləkələri əvvəl yarandığı yerdən itir və meyitin başqa nahiyələrində əmələ gəlir.Ləkə nahiyəsi kəsildikdə damarlardan tünd–qırmızı qan xaric olur. Meyit ləkələrinin ikinci dövrü staz və ya diffuziya adlanır. Bu dövrdə qanın damarlara dolması dayanır. Meyit ləkələri daha da dərinləşir. Qanın duru hissəsi diffuziya yolu ilə toxumalara süzülür və buna görə də qan damarlarda qatılaşır. Eritrositlərin hemolizə uğraması daha da güclənir. Staz dövründə meyit ləkəsi olan nahiyəyə barmaqla təzyiq etdikdə meyit ləkələri bir az avazıyır, 12-24 saat sonra) təzyiq zamanı ləkələrin çox hissəsi avazıyır,az bir hissəsi isə öz rəngini dəyişmir.Öz rəngini dəyişmiş, avazımış meyit ləkələri isə 10-15 dəqiqə ərzində öz əvvəlki rəngini alır Staz dövrünün ikinci yarısın da isə (ölüm baş verdikdən 1 sutka sonra) təzyiqə məruz qalmış meyit ləkələrinin az bir hissəsi, qalan hissəsi isə rəngini dəyişmir. Rəngini dəyişib avazıyan meyit ləkələri 30–60 dəqiqə ərzində öz rənginə qayıdır. Staz dövrü 24–36 saat davam edə bilər. Bəzi hallarda bu dövrün müddəti uzana bilər.Bu dövrdə meyitin duruş vəziyyəti dəyişdirildikdə meyit ləkələri itmir, bir qədər avazıyır, lakin meyitin başqa nahiyyələrində də əmələ gəlir. Meyit ləkələrinin sonuncu mərhələsi imbibisiya (latınca imbibitio”hopma “) adlanır.Bu dövrdə hemolizə uğramış qan və limfa damarların divarından çıxıb toxumalara hopur. Bu dövrün inkişaf müddəti bir sıra faktorlardan asılıdır. Əsas faktorlardan biri isə meyitdə çürümə proseslərinin başlamasıdır.Çünki çürümə prosesləri nəticəsində eritrositlər dağılmağa başlayır. eiritrositlərin hemolizi həyati də ola bilər. Məsələn, hemolitik zəhərlərlə zəhərlənmələrdə. Otaq temperaturunda imbibisiya dövrü olüm baş verdikdən 1-2 sutka sonra əmələ gəlir. Temperatur yüksəldikcə bu proses tezləşir, soyuqda isə əksinə, yavaşıyır. İmbibisiya mərhələsində ləkə olan nahiyəyə təzyiq etdikdə meyit ləkələri itmir və meyitin duruş vəziyyətini dəyişdikdə ləkələr yerini dəyişmir və yeni nahivələrdə əmələ gəlmir, Meyit ləkələri məhkəmə-tibbi ekspertiza baxımından çox mühüm əhəmiyyət kəsb edir.

  1. Meyit ləkələri ölümün baş verdiyini göstərən şübhəsiz əlamətdən biridir.
  2. Meyit ləkələrinin rəngi ölümün səbəbi haqqında bəzən çox böyük məlumat verə bilər. Məsələn, dəm qazı ilə zəhərlənmə zamanı qanda karboksihemoqlobin əmələ gəlir və buna görə də meyit ləkələri qırmızımtıl–çəhrayi rəngdə olur. Aşağı temperaturun təsirindən toxumalarda oksidləşmə prosesi pozulduğundan meyit ləkələri açıq–qırmızı rəngdə olur. Methemoqlohin əmələ gətirən zəhərlərlə (bertolle duzu, aniliıı) zəhərləıımələr zamanı qan qəhvəyi rəngdə olur. Bunun hesabına meyit ləkələri bozumtul–qəhvəyi rəngdə olur. Rutubətli yerdə qalan şəxslərin meyitlərinin dərisi yumşalır və oksigen yumşalmış dəridən orqanizmə daxil olaraq dəriyə açıq–qırınızı və ya çəhrayımtıI–qırnıızı rəng verir. Buna görə müayinə olunmasının planlaşdırılmasına çox böyük kömək edə bilər.
  3. Ölümün başvermə müddətinin təyin olunmasinda meyit ləkələrinin əhəmiyyəti böyükdür. Ancaq onu da nəzərə almaq lazımdır ki, meyit ləkələrinin əmələ gəlmə tezliyi, intensivliyi və inkişaf dövrləri bir sıra səbəblərdən asılıdır. Məsələn,uzun müddət aqoniya prosesi gedərsə, qanın çox hissəsinin damarlarda laxtalanması nəticəsində meyit ləkəsi özünü zəif büruzə verir. Kəskin qanitirmə zamanı meyit ləkələri ölüm baş verdikdən 3-4 saat və daha gec müddətə əmələ gəlir və zəif intensivlikdə olur. Qəfləti ölüm,elektrikvurma.asfıksiyalar nəticəsində baş verən ölüm zamanı qan damarlarda duru qalır və ona görədə meyit ləkələri tez əmələ gəlir və yayılmış olur.
  4. Meyitin duruş vəziyyətinin dəyişdirilməsinin təyinində meyit ləkələri olümün müddətindən asılı olaraq vacib sayıla bilər. Belə ki, staz mərhələsində meyitin duruş vəziyyətini dəyişdikdə meyit ləkələri yeni nahiyələrdə də əmələ gəlir. Məsələn, asılma hadisələrində meyitin boyun nahiyyələrində,döş qəfəsinin ön və ya arxa səthlərində ləkələrin aşkar edilməsi qətl hadisəsini intihar kimi sübut etmək məqsədilə cinayətkarın meyiti sonradan aşmasına dəlalət edə bilər. Hadisə yerinə baxış keçirən zaman meyitin həm ön,həm də arxa nahiyələrində meyit ləkələrinin tapılması onun ilkin vəziyyətinin başqa şəxs tərəfindən dəyişdirilməsini göstərir. Meyit ləkələrinin yerləşməsi meyitin duruş vəziyyətindən asılıdır.Əgər meyit qarnı üstə uzadılıbsa meyit ləkələri üzdə, qarında,döş qəfəsinin önündə olur.Səxs ölən zaman arxası üstə olarsa meyit ləkələri boyunun, döş qəfəsinin belin və ətrafların arxa və arxa-yan nahiyyələrində əmələ gəlir. Asılma zamanı meyit ləkələri bədənin aşağı hissələrində əmələ gəlir. Meyitin altında qalan əşyaların (məsələn açar,bıçaq, paltar) izinin meyit ləkələri fonunda müşahidə olunmasına da təsadüf olunur Bəzi hallarda meyit ləkələrini qançırdan fərqləndirmək lazım gəlir.Xüsusən qançır meyit ləkəsinin fonunda olan zaman bu daha da çətin olur. Onları biri-birindən fərqləndirmək üçün həmin nahiyədə dəridə xaçvari kəsik aparılır (ona görə xaçvari kəsik aparılır ki,bu kəsik gələcəkdə xəsarət kimi qəbul olunmasın).Qanın damarlarda qalması və ya bir bərabərdə ətraf toxumalara hopması meyit ləkəsinin, dəri altında yumşaq toxumalar arasında qan laxtasının tapılması isə qançırın olmasını göstərir.

Daxili orqanlarda da meyit ləkələri əmələ gələn zaman qanın toplaşması müşahidə olunur.Hipostaz zamanı ağciyərlərin arxa hissəsində,(meyit arxası üstə olanda) mədəaltı vəzdə,bağırsaqlarda və.s.orqanlarda buna rast gəlinirlmbibisiya mərhələsində hemoqlobinin damar divarına hopması nəticəsində həmin damarların endokard qişası əvvəlcə cəhrayımtıl,sonra isə tünd–qırmızı rəng alır.Meyit daxili müayinə olunarkən bəzi boşluqlarda qirmızımtıl rəngdə serroz mayeyə rast gəlinir.Bəzi hallarda daxili orqanlarda baş verən bu dəyişikliklər nəzərə alınmır.Eelə hallarda histoloji müayinələr aparılır.

Meyit qacıması (riqor mortis)

Ölüm baş verdikdən sonra orqanizmdə əmələ gələn ilkin meyit əlamətlərindən biri də meyit və ya əzələ qacımasıdır Yuxarıda qeyd etdiyimiz kimi, ayrı-ayrı uzv və toxumaların anoksiya şəraitində yaşama qabiliyyəti müxtəlifdir. Ölüm baş verdikdən dərhal sonra meyitin bədəni boşalır, əzələlər getdikcə yumşalır, oynaqlarda passiv hərəkətləri tam həcmdə yerinə yetirmək olur .Ölümdən 2-4 saat sonra meyitin İlkin meyit əlamətləriəzələlərində qacıma prosesi başlayır. Qacıma prosesi əvvəlcə bir neçə əzələ qruplarında müşahidə olunur. 8-10 saat sonra isə bütün əzələlələri əhatə edir.l–ci sutkanın sonunda bu proses özünün maksimum həddinə çatır. Bu zaman qacımış meyiti ayaq üstə hansısa bir yerə söykəyib saxlamaq olur. 3-7 sutkadan sonra isə əzələ qacıması tamamilə itir. Bundan sonra əzlələr hamısı boşalır. Bu birləşmələrdən ən əsası ATF–dir (adenozintrifosfat turşusu). Əzələlərin yığılması zamanı ATF daha kiçik birləşmələrə parçalanır. Meyit qacımasının əmələ gəlməsi və inkişafı indiyədək tam öyrənilməmişdir. Bu barədə bir çox nəzəriyyələr irəli sürülmüşdür ki, bunlardan da ən geniş yayılanları əzələ toxumasının koaqulyasiyası, hidrotasiyası prosesləri nəzəriyyəsi və parabioz nəzəriyyəsidir. Meyit qacımasının səbəblərinin izahı baxımından – adenozintrifosfat (ATF) turşusunun parçalanması nəzəriyyəsi daha böyük əhəmiyyət kəsb edir.Canlı orqanizmdə əzələlərin oyanması və yığılması ATF-n parçalanması ilə bağlıdır.Bu zaman ayrılan enerji mexaniki iş görməyə sərf edilir. İstirahət zamanı isə ATF təkrarən sintez olunur. Meyit əzələlərində isə ATF tədricən parçalanır və 1 saatdan sonra onun miqdarı əhəmiyyətli dərəcədə azalır. Sonradan parçalanma prosesi sürətlənir. Parçalanma zamam yaranan maddələr əzələlərin qacımasına səbəb olur. Meyitdə ATF-nin təkrar sintezi mümkün olmadığı üçün parçalanma prosesi dönməyən xarakterli olur.ATF-niıı sintez olunmasını pozan zəhərlərlə zəhərlənmələr zamanı qacıma prosesinin tez başlanması buna misal ola bilər. Adrenalin və insulin kimi maddələr marcroergik birləşmələr ehtiyatını çoxaltdığı üçün onların təsirindən meyitdə qacıma prosesi ləngiyir.

Napoleonun həkimi Nistenə görə meyit qacıması ilkin olaraq çeynəmə əzələlərindən başlayır və sonra bu proses boyuna, gövdəyə, yuxarı ətraflara və sonda isə aşağı ətraflara keçir (meyit qacımasının enən tipi»). Nadir hallarda isə meyit qacımasının əksinə olan proses baş verir (qalxan və ya yüksələn tip).Müasir dövrdə sübut olunmuşdur ki, meyit qacıması bütün əzələ qruplarında eyni vaxtda başlayır.Oynaqların dayaq-hərəkət aparatında daha böyük əmsala malik olan əzələlərdə qacıma daha tez inkşaf edir və intensiv olur. Praktik müşahidələr və heyvanlar üzərində aparılmış eksperimentlər göstərir ki,meyit qacıması tam inkişaf etdikdən sonra mexaniki sürətdə pozularsa, yenidən bərpa olunur. Histoloji müayinədə isə qacıması pozulmuş əzələlərdə liflərin cırılması müşahidə olunur. Bu hal meyitdə ölümdən sonra yetirilmiş xəsarətlərin göstəricisi ola bilər.

Əgər meyit qacıması ilk saatlarda (4-10 saat) mexaniki sürətdə pozuIarsa.həmin nahiyədə qacıma yenidən bərpa olunur,!akin əvvəlkinə nisbətən zəif inkşaf edir. Meyit qacımasmın əmələ gəlmə tezliyinə və intensivliyinə çox müxtəlif amillər təsir edir. Onlardan ən əhəmiyyətlisi aşağıdakılardır:

  • Orqanizmin fərdi xüsusiyyətləri və ölümqabağı orqanizmin vəziyyəti.
  • Ölümün səbəbi və mexanizmi.
  • Meyiti əhatə edən ətraf mühit şəraiti.

Uşaqların,qocaların,fıziki cəhətdən zəif inkişaf etmiş şəxslərin,arıq adamların meyitlərində qacıma tez başlanır və özünü zəif biruzə verir. Əgər ölümdən əvvəl hər hansı bir əzələyə və ya əzələ qrupuna funksional güc tətbiq edilərsə belə (məsələn,uzaq məsafəyə qaçan idmançıların ayaq əzələləri) əzələlərdə qacıma prosesi tez başlayır. Tetanus,epileptik tutmalar, strixninlə zəhərlənmələr. qanitirmələr zamanı baş verən ölüm hallarında qacıma adi hallardakından daha tez baş verir və davamlı olur. Fosforlu birləşmələrlə zəhərlənmə zamanı meyit qacıması zəif inkişaf edir. Bir çox fızioloqların tədqiqatları göstərir ki,mərkəzi sinir sisteminin ölümdən qabaqkı vəziyyəti qacıma prosesinə təsir göstərir. Bəzi hallarda uzunsov beyin və ona yaxın yerləşən hissələrin. qabıqaltı sahələrin sirkulyator pozğunluqları və zədələnmələri zamanı ani olaraq ölümdən sonra başlayan «kataleptiK meyit qacıması» deyilən qacıma halında rast gəlinir.Belə qacıma zamanı əzələlər yığılır,birbaşa qacıyır və şəxsin ölümdən qabaqkı vəziyyəti saxlanılır. Ətraf mühitin temperaturuda meyit qacımasının başlanmasına və intensivliyinə təsir edir. + 1°С –dən. SOOC-dək meyit qacıması temperatur yüksəldikcə yüksəlir. Şaxtada isə 1–2 saatdan sonra meyit qacıması dayanır və meyit donmağa başlayır. Qacıma prosesinə daxili orqanlar da məruz qalır (mədə, bağırsaqlar,sidik kisəsi.ürək əzələləri və s.). Gənc və sağlam şəxslərdə ürək əzələlərinin qacıması elə ilk saatlarda başlanır. Sağlam ürək əzələsi patoloji dəyişikliyə uğramış ürək əzələsinə nisbətən daha tez qacıyır. Bu hal «asfiktik» və «paralitik» ürək əzələsi anlayışının meydana çıxmasına səbəb olur. Meyit qacıması ürək əzələsində skelet əzələlərinə nisbətən daha tez əmələ gəlməyə başlayır. Ölümün genezi təyin olunarkən ekspert ürək əzələsinin qacıma prosesinin əmələ gəlməsini və xüsusiyyətlərini nəzərə almalıdır. «Təzə» meyit müayinəsi zamanı əgər biz büzüşmüş. yumşalmış və bütün boşluqları qanla dolmuş ürək əzələsi ilə rastlaşırıqsa, onda biz «paralitik ürək» əzələsindən şübhələnə bilərik. Ürəyin sağ hissəsinin qanla dolması tez baş verən ölüm (bəzi müəlliflərə görə asfiksiyanın əlaməti) balları üçün xarakterikdir. Ürəyin tam qansızlaşması və əzələlərin kəskin yığılması travmalar zamanı olur. Əlbəttə ki, bütün bunlarla yanaşı, aralıq hallarda rast gəlinir.Miokardın distrofyası ilə gedən xəstəliklər zamanı ürəyin qacıması zəif olur və az davam edir.Meyit ləkələri kimi meyit qacıması da çox böyük məhkəmə-tibbi əhəmiyyətə malikdir.Birinci növbədə meyit qacıması ölümü sübut edən şübhəsiz əlamətlərdən biridir. Ölümün müddətinin təyin olunmasında, meyitin duruş vəziyyəti və onun dəyişdirilməsi haqqında suallara cavab verilməsində də meyit qacıması faktından istifadə oluna bilər.

Meyitin soyuması (alqor mortis).

Ölüm baş verdikdən sonra toxumalarda mübadilə prosesləri və istilik hasiletmə dayanır.Meyit soyumağa başlayır. Meyitin soyuması ətraf mühitin temperaturundan 0,5-10 C aşağı olana qədər davam edir. Həzi hallarda meyitin temperaturu yüksəlir.Sepsis,səpgili yatalaq, tetanus, kəllə–beyin travmaları və bəzi zəhərlənmələr nəticəsində ölən şəxslərin meyitlərinin temperaturu az müddət ərzində qalxa bilər. Meyitin soyuması ilkin olaraq periferik və bədənin açıq nahiyələrindən başlanır. Ölüm baş verdikdən l saat sonra əllərin, 2 saat sonra isə üzün soyuması əllə toxunduqda hiss olunur. Əlbəttə ki,soyuma prosesinin intensivliyi ətraf mühitin temperaturundan asılıdır. Bundan başqa, soyuma prosesinin sürətinə rütubət, havanın hərarəti, meyitin əynində olan paltarın xarakteri, meyitin çəkisi,dərialtı piy təbəqəsinin inkişaf dərəcəsi,ölümün səbəbləri, aqonal dövrün davam etmə müddəti kimi faktorlar təsir edir. Yenidoğulmuş uşaq meyitlərində soyuma prosesi tez gedir. Yenidoğulmuşlarda nazik epidermis qatının olması və dəri səthinin bədən çəkisinə nisbətən çox olması soyumanı tezləşdirir. Normal otaq temperaturunda (18О С) meyitin temperaturu saatda 1О С enməyə başlayır.Sutkanın sonunda ətraf mühitin temperaturu ilə bərabərləşir. Bəzi hallarda meyitin soyuması ölüm baş verdikdən 6–8 saat sonra bir qədər ləngiyir və temperaturun lo C enməsi l saatda yox, l,5-2 saata baş verir.00 C–dən uşağı temperaturda meyitin soyuması meyitin donması ilə əvəz olunur. Meyitin soyuması ölümün konstatasiyası üçün mühüm əhəmiyyət kəsb etınir.Bədəıı temperaturunun 200 C-dən aşağı düşməsi ölümcül hesab olunur. Meyitin bədən temperaturunun bu həddə çatmasına çox vaxt tələb olunduğu üçün və bu vaxta qədər ölümü sübut edən mütləq əlamətlərdən meyit ləkələrinə və meyit qacımasına əsasən ölümün Yeni doğulmuşların dəri və selikli qişalarında quruma prosesi daha sürətli olur. Quruma meyitin dodaqlarının selikli qişalarında da, xüsusən dodaqların haşiyələrinin sərhədində özünü göstərirDodaqların haşiyəsi qırmızı-qonur rəngli,bərk,qırışıqlı vəziyyət alıb,həyati sıyrığı xatırladır və bunu təcrübəsiz ekspertlər diqqətdən qaçıraraq səhv nəticəyə gələ bilərlər llgəyin boyun orqanlarını sıxması nəticəsində baş vermiş mexaniki asliksiya zamanı dilin ucu ağız boşluğundan xaricə çıxarsa, o, quruma nəticəsində bir qədər bərkiyir və qonur rəng alır.Yenidoğulmuş uşaq meyitlərinin dəri səthində və selikli qişalarında quruma prosesi daha intensiv gedir.Məsələn, quruma üçün əlverişli şərait yaranarsa. uşaq meyiti gün ərzində 100 qramadək maye itirə hilər. Əgər meyitin bədənində dərinin epidermis qatının tamlığı pozularsa, həmin nahiyə qurumaya daha tez məruz qalır. bərkiyir və sarımtıl rəng alır.l·lpidcrmisin tamlığı pozulan quruına sahəsi perqamenti xatırladır, ona görə də onu «perqament ləkəsi» adlandırırlar. lləyati sıyrıqlar əmələ gəlmiş nahiyələrdə də quruma prosesi intensiv gedir və göstərilən nahiyələrdə də «perqament Iəkəsi»ni xatırladır. Lakin lıəmin nalıiyələr qırmızı-qonur rəngdə olur və onların mikroskopik müayinəsi zamanı həyati reaksiyalar: damarların dolu-qanlılığı, ödem, qansızmalar.

İlkin meyit əlamətləri – Autoliz (autolisis).

Ölüm baş verdikdən sonra proteolitik fermentlərin təsiri nəticəsində toxumaların özü–özünü həll etməsi autoliz adlanır.Autoliz prosesi ayrı-ayrı toxumalarda olan fermentlərin miqdarından asılıdır. Məsələn,mədəaltı və böyrəküstü vəzilərin,yenidoğulmuşlarda timus vəzisinin,qaraciyərin toxumalarında çoxlu miqdarda fermentlərin olması autolitik proseslərin məhz bu orqanlarda ən birinci baş verməsinə səbəb olur.Autoliz baş verən daxili orqanlar parlaqlığını itirir, tutqunlaşır və yumşalır. Mikroskopik müayinə zamanı hüceyrələrin sitoplazmasında kobud zülal dənələri, piy damlaları, mitoxondrilərin dağılması nəticəsində vakuollar aşkar edilir.Hüceyrə hüdudlarının aydınlığı pozulur, onlar şişir və tutqunlaşır.

Mədədə və nazik bağırsaqlarda baş verən autolitik proseslərdə tərkibində pepsin, tripsin və başqa fermentlər olan həzm şirələri iştirak etdiyinə görə bu proses bir qədər başqa mənşəyə malikdir.Bu şirələr,ölüm baş verdikdən sonra qoruyucu maneə funksiyalarından məhrum olmuş mədənin selikli qişasına təsir edir və bəzi yerlərdə isə o, selikaltı qatdan ayrılır. Mədə şirəsi müxtəlif şəraitlərdən asılı olaraq yemək borusuna, udlağa və hətta traxeyaya da keçə bilər və nəticədə göstərilən orqanlarda autolitik proses baş verə bilər. Mədə-bağırsaq sistemində gedən autoliz prosesi bəzi hallarda,ola bilsin ki, səhvən yerli təsir göstərən zəhərlərin, məsələn, turşular,qələvilər və digər yeyici zəhərlərin təsiri kimi qəbul olunsun.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*