Домой / Anatomiya / Fiziologiya / Hipotalamus onun quruluş və funksiyaları
Hipotalamus onun quruluş və funksiyaları

Hipotalamus onun quruluş və funksiyaları

Ara beyin (diencephalon) orta beyinin oral hüdudları daxilində yerləşir:

Hüdudi səhfədən (lamina terminalis) başlayaraq III mədəcikdən hər iki tərəfə doğru yayılır və əzgiləbənzər vəziyə qədər davam edir . Ventral hissədə bazal sisterna və orta beyinlə , dorsal-arxa tərəfdə III və yan mədəciklərin damar kələfinin əsası ilə , lateral olaraq daxili kapsulla hüdudlanır .

III mədəcik divarının arxa hissəsi görmə qabarından (talamus) və onun hipotalamik təpəciklərdən aşağıda yerləşən hissəsindən  ,  hipotalamusdan (hypotalamus) təşkil olunmuşdur .

Hipotalamus avtonom funksiyalarin serebral mərkəzidir: hipotalamik hündürlüklərin altında yerləşən və horizontal olaraq qabararası birləşmənin alt tərəfinə yayılan III mədəciyin periventrikulyar boz cismindən təşkil olunmuşdur . Məməciyəbənzər cisimlər  , boz qabar , qıf və hipofizin arxa payı-neyrohipofiz də hypotalamusa aiddir .

Hipofizin ön payı vəzili quruluşa malik olub adenohipofizə daxildir .  Hipotalamus boşluğun örtük hissəsi ilə medial və lateral şöbələrə bölünərək Monro dəliyinin ön divarından məməciyəbənzər cismə doğru yönəlir .

Laterial şöbə sinir dəstələrindən ibarətdir . Onların arasinda qoxu nahiyəsindən orta beyinə qədər ön beyin lifləri və boz qabarın lateral nüvələri vardır .

Medial hipotalamik şöbədə ön medial və yaxud qabar və arxa və ya məməciyəbənzər (mamilyar) nüvələr yerləşir .

Preoptik , supraoptik və paraventrikulyar nüvələr ön qrupun ən vacib struktur törəmələridir .  Supraoptik və paraventrikulyar nüvələr supraoptik-hipofizar yolu vasitəsilə neyrohipofizlə əlaqəlidir . Bu nüvələr sintez olunan vazopressin və oksitosin hormonları supraoptik hipofizar yolla hipofizin ayaqcıqları ilə neyrohipofizə daşınır .

Medial qrupa qıf , boz qabar , dorsomedial , venrtomedial və lateral yaxud qabar-məməciyəbənzər nüvələri aiddir .

Hipotalamusla beyin qabığı arasında əlaqə saysız-hesabsız efferent (hissi) və efferent (hərəki) sinir yolları ilə tənzim olunur . Bu əlaqə xüsusən alın payı , qurşaq qırışığı , talamus , bazal nüvələr , beyin kötüyü və onurğa beyini ilə beyin qabığı arasında daha çox təzahür edir . Yuxarıda qeyd edildiyi kimi , yalnız hipofiz vəzin arxa payı-neyrohipofizlə hipotalamusun nüvələri , xüsusən supraoptik və paraventrikulyar nüvələr arasında bilavasitə rabitə vardır . Bu əlaqə supraoptik-hipofizar yolla yaranır .

Supraoptik-hipofizar əlaqə nəinki sinir impulslarının örtülməsində iştirak edir , həmçinin neyrosekretlərin-vazopressin və oksitosin hormonlarının hipofizin arxa payına daşınmasını təmin edir . Həmin hormonlar neyrohipofizdən birbaşa qan dövranına daxil olur .

Vazopressin (antidiuretik hormon ADH) böyrək kanalcıqlarının distal şöbəsində yerləşən epitelial hüceyrələrə təsir edərək hüceyrə qişasının keçiriciliyini artırır . Duzun rezorbsiyasından asılı olmayaraq mayenin sorulması çoxalır . Beləliklə , bu hormon sidiyin miqdarını tənzim edir.

Bu nüvələrin zədələnməsi zamanı ADH-nin bu tısir mexanizmi pozulur və şəkərzis diabet xəstəliyi baş verir . Bu zaman xəstə çoxlu sayda sidik ifraz edir (poliuriya) ,  sidiyin xüsusi çəkisi azalır (1 , 001-1 , 003):poliuriya ilə əlaqədar olaraq xəstədə yaranan şiddətli susuzluq hissi gündəlik normadan dəfələrlə çox maye qəbul edilməsinə (polidipsiya) səbəb olur . Neyrohipofizin cərrahi müdaxiləsi şəkərsiz diabetin inkişafına səbəb olmur . Çünki ,  ADH ifraz edən nüvə hormonunun bilavasitə qan dövranına daxil olmasını təmin edir .

Oksitosin paraventrikulyar nüvədə ifraz olunaraq hamiləlik dövründə uşaqlığın yığılmasına və süd vəzilərində südün ifrazına təsir göstərir .

Hipotalamus həmçinin xüsusi təsir göstərən maddələr:rilizinq-hormon və yaxud rilizinq-amillər sintez edir . Rilizinq hormonlar qabar-qıf yolu ilə hipofizin ayaqcıqlarının portal damar şəbəkisinə daşınır . Qeyd edilən amillər damar şəbəkəsi ilə hipofiz vəzin ön payına daşınır və orada spesifik hormonlar ifraz edən hüceyrələri stimulə edir .

Adenohipofizin hormonlarının sintezi eozinofil və bazofil hüceyrələrində baş verir . Eozinofil hüceyrələri boy hormonu (BH) yaxud samototrop hormon (STH) ,  prolaktin (PRL) və ya laktotrop hormon (LTH) sintez edir .

Bazofil hüceyrələrində isə tireoidstimuledici hormon (TSH) yaxud tireotrop hormon (TTH) və adrenokortikotrop hormon (AKTH) sekresiya olunur .

Xromofob hüceyrələri AKTH istisna olmaqla, hormon yaranmasında iştirak etmir .

Hüceyrələrin bu hormonları qan dövranına daxil olaraq , daxili sekresiya vəzilərinə təsir edir və müvafiq vəzi hormonlarının sintezini stimulə edir . Daxili sekresiya vəzilərinin hormonları da qana daxil olur və onların qandaki miqdarı hipotalamusun xüsusi nüvəsi kimi “əks əlaqə” prinsipi əsasında həm vəzi hüceyrələrinə  ,  həm də hipofizin ön payına təsir göstərir . Nəticədə adenohipofizin müxtəlif hüceyrələri rilizinq amillərin sekresiyasını ya dayandırır , ya da məhdudlaşdıraraq hormonların müvafiq həddə saxlanmasını təmin edir .

Hipotalamus bütün preferik avtonom sinir sisteminin əsas mərkəzidir . Hipotalamusun ön şöbələrinin  , xüsusən preoptik nahiyasinin qıcıqlandırılması parasimpatik (trofotrop) fəallığı artırır:bu zaman tərləmə , damarların genişlənməsi , ağız suyu ifrazının artması , hipotoniya , urək yığılmaları tezliyinin ləngiməsi , sidik kisəsinin yığılması və peristaltikanın güclənməsi müşahidə olunur . Bəzən hipotalamusun zədələnmələrində kəskin mədə-bağırsaq qanaxmaları (stres qanaxması) baş verir . Bu prosesdə somotostatik ehtiyatın qurtarmasına səbəb kimi baxılır .

Hipotalamusun kaudal-aşağı , xüsusən arxa nüvə və lateral şöbələrinin qıcıqlandırılması simpatik (erqotrop) fəallığı artırır və midriaz (bəbəklərin genişlənməsi) , hipertenziya , taxikardiya , təngnəfəslik , peristaltikanın zəifləməsi , hiperqlikemiya kimi əlamətlər təzahür edir .

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*