Домой / Anatomiya / Fiziologiya / Hipofizin hormonal funksiyası
Hipofizin hormonal funksiyası

Hipofizin hormonal funksiyası

Want create site? Find Free WordPress Themes and plugins.

İnkişafı. Embriogenezin 4-5-ci həftələrində iki sərbəst mayadan-epitelial və neyral mayalardan formalaşmağa başlayır. Ağız çuxurunun ektodermal epitelindən hipofız cibi formalaşır (Ratke cibi). Hipofızar cibin ön divanndan hipofızin ön payı, arxa divarından hipofızin ara payı formalaşır. Hipofızar cibin boşluğu isə bu iki pay arasında hipofızar yarıq kimi qalır. Hər iki payın epitelial parenximasına doğru birləşdirici toxuma inkişaf edir.

Beyin qovuğunun ara beyin mayasından aşağıya doğru qıf şəkilli törəmə inkişaf edir. Bu törəmə ön səthi ilə hipofızar cibə birləşdikdən sonra hipofızin arxa payını-neyrohipofızi formalaşdırır.

Quruluşu. Hipofız ön, orta və arxa paylardan ibarətdir. Ön və orta paylar birlikdə adenohipofızi (vəzili hipofızi), arxa pay isə neyrohipofızi təşkil edir.

Hipofizin hormonal funksiyasıAdenohipofızdə topoqrafık olaraq ön pay və ya distal hissə, ara hissə və qabar hissə ayırd edilir. Ön pay şaxələnən epitelial trabekullardan ibarətdir. Bunların aralarındakı məsamələri sinusoid tipli qan kapillyarları və kövşək lifli birləşdirici toxuma qatları ilə tutulur. Hər bir trabekulun tərkibində 2 tipdə vəzili hüceyrə (adenosit) müəyyən edilir. Bunlardan bir qrupu müxtəlif boyaqlarla yaxşı boyanır və buna görə də xromofil adenositiər (xromofıl endokrinositlər) adlanır. Trabekulun mərkəzi hissələrini tutan digər adenositlər əksinə pis boyamr və xromofob adenositlər adlanır. Xromofil endokrinositlər adenohipofızin bütün hüceyrələrinin təxminən 30-35%-ni, xromofob adenositlər isə 60-65%-ni təşkil ediriər. Bu qruplar da öz növbəsində quruluş və funksiyalarına görə eyni olmayan bir neçə müxtəlif növ hüceyrələrdən ibarətdir. Xromofilli endokrinositlər sitoplazmalarındakı sekret danələrin boyanma xüsusiyyətlərinə görə bazofil və asidofil yarımqruplara ayırırlar. Bazofıl endokrinositiər əsasi boyaqlarla rənglənir, bütün hüceyrələrin təxminən 5-10%-ni təşkil edir, qlikoproteid təbiətli sekret hazırlayır. Bazofıl endokrinositlərin bir hissəsini qonadotropositlər əmələ gətirir. Bu hüceyrələr qonadotrop hormonlar-follikul stimulə edən hormon (FSH) və lüteotrop hormon (LH) hazırlayırlar. Orqanizmdə cinsi hormonlann miqdan azaldıqda əks-əlaqə prinsipi üzrə qonadotropositlərin sekretor fəallığı artır, onlardan bəzilərində makula (Holci kompleksinə uyğundur) yaxınlığında iri vakuol formalaşır və nüvə kənara sıxışdırılır. Belə hüceyrələrə kastrasiya hüceyrələri deyilir. Bazofil endokrinositlərin ikinci qrupunu tirotropositlər təşkil edir, bu hüceyrələr qalxanabənzər vəzinin tirositlərinin sekretor aktivliyini artırır. Tirotrop hormon da qlikoproteid təbiətlidir. Tirotropositlərin fəaliyyəti sürətlə artdıqda (tireoid hormonlar çatışmadıqda) onların quruluşunda dəyişikliklər baş verir: endoplazmatik şəbəkənin sistemləri genişlənir, iri vakuollara çevrilir, nəticədə sitoplazma tərkibində hormon olan iri qovuqlarla dolmuş olur. Belə hüceyrələrə tireoidektomiya hüceyrələri deyilir.

Turş boyaqlarla yaxşı boyanan endokrinositlər asidofıl endokrinositlər adlanır. Bunlar ön payını bütün hüceyrələrinin 30%-ə qədərini təşkil edirlər. Asidofıl endokrinositlərin sekretor məhsulu peptid təbiətlidir. Bu hüceyrələrin ölçüləri bazofıl adenositlərə nisbətən bir qədər kiçikdir. Asidofıl endokrinositlərin bir qrupu somatotrop hormon hazırlayır və somatotropositlər adlanır. Somatotropinin orqanizmdə boyatma proseslərini stimullaşdırır. İkinci asidofil adenositlər mammotrop hormon (yaxud prolaktin) sintez edir və mammotropositlər və ya prolaktinositlər adlanır. Qeyd edilən hormon süd vəzilərində südün sintezini stimullaşdırır .

Bazofil adenositlərin xüsusi bir qrupunu adrenokortikotropositlər təşkil edir. Bunlarm hazırladıqlan hormon-adrenokortikotrop hormon (AKTH) zülal təbiətlidir, xüsusi tip sekret danələrinin tərkibində : cəmlənir, fizioloji təsiri böyrəküstü vəzinin qabıq maddəsi ilə  əlaqədardır. Adrenokortikotropositlərin formaları qeyri düzgündür, nüvələri paycıqlı quruluşdadır.

Xromofob endokrinositlər boyaqlarla zəif rənglənir, quruluş və funksiya cəhətdən müxtəlif təbiətli hüceyrələrdən ibarətdir. Bu qrupa həm hələlik ixtisaslaşmanın başlanğıc mərhələlərində olan, həm funksional cəhətdən tükənmiş, həm də degenerasiya edən adenositiər daxildir. Ona görə də hüceyrələrin bəzilərində çox az miqdarda qranullar olur, digərlərində isə qranullar olmur. Sonuncular həm az differensasiya etmiş hüceyrələrdir, həm də follikulyar quruluşa malik hüceyrələrdir.

Adenohipofizin ara payı ensiz epitel zolağından ibarətdir (şəkil 21.3). Bu hissənin adenositləri zülal və ya selik tərkibli sekret hazırlayır. Həmin sekret qonşu hüceyrələr arasmda toplanaraq bəzən follikullara bənzər kistalar əmələ gətirir. Bu hissədə immunohistokimyəvi və biokimyəvi üsullarla melanosit-stimulə edən hormon (melanositotropin) və lipidlərin metabolizmini sürətləndirən lipotrop hormonlar tapılmışdır.

Qabar hissə hipofiz ayaqcığına, və hipotalamusun medial eminensiya nahiyəsinə söykənir, kubşəkilli, zəif-bazofil epiteliositlərdən təşkil olunmuşdur. Bu hüceyrələrin hormonal statusu dəqiq müəyyən edilməsə də, onlann sitoplazmasında müəyyən miqdarda sekret danələri tapılır.

Hipofizin portal (qapı) şəbəkəsi- hipotalamus – adenohipofizar sisteminin qan təchizatıdır. Yuxan hipofizar arteriya medial qabara daxil olub şaxələnir, fenestrli kapilyarlardan ibarət tor əmələ gətirif (portai sistemin birincili kapilyar toru). bu kapilyar toru hipotalamusun orta şöbəsinin nüvələrinin neyrosekretor hüceyrələrinin aksonları əlaqələnir. Birincili kapilyar torunun damarlan portal venalara keçərək hipofizar ayaqcıq boyu gedir, adenohipofızə daxil olur, sinusoid kapilyarlara şaxələnir (ikincili kapilyar toru), parenximasının trabekullarının arasında yerləşir. Bu damarlar çıxarıcı venalara keçir.

Neyrohipofiz (hipofizin arxa payı). Bu pay neyroqliya mənşəli hüceyrələrdən-pituisitlərdən, sinir liflərindən, sinir hüceyrələrinin çıxıntılarının Hipofizin hormonal funksiyasıgenəlmiş uclarından, qan və limfa damarlarından, az miqdarda kövşək lifli birləşdirici toxuma təbəqələrindən ibarətdir. Pituisitlərdən ulduz şəklindədirlər, bir neçə uzun çıxıntıya malikdirlər, bu çıxıntılar stromanı təşkil edirlər. Hipotalamus-neyrohipofız yolu tərkibində iri hüceyrəli neyrosekretor nüvələrdən gələn aksonlar arxa payını parenximasında qan kapilyarları ilə əlaqələnirlər. Bu nahiyələrdə aksonlarının ucları xeyli genişlənir və spesiflk rəngləmə xassələri qazanır. Bu genişlənmiş hissəcikiərə Herrinq cisimcikləri deyilir. Bunlann vasitəsi ilə müvafiq şəraitdə vazopressin (antiduetik hormon) və oksitosin qan cərəyanına ifraz edilir. Qeyd etmək lazımdır ki, arxa payın qanla təchizi ön payla ümumi deyil, belə ki, neyrohipofizə daxil olan arteriyalar öz başlanğıcını aşağı hipofiz arteriyalarından götürür.

Hipofizin hərəki innervasiyası yuxarı boyun simpatik düyünlərindən gələn simpatik liflər hesabmadır.

Hipofizin quruluşu və fiınksiyalan yaş xüsusiyyətlərinə malikdir. Belə ki, uşaq doğulan anda adenositlərin və ümumiyyətlə, hipofizin differensiasiyası başa çatmış olur. Postnatal dövrdə asidofıl endokrinositlər daha çox fəallaşır. Bununla yanaşı, cinsi yetişkənlik (pubertat) dövrü başlandıqda qonadotropositlərin aktivliyi xeyli yüksəlir.

Adenohipofizin regenerasiya imkanları xeyli məhduddur, bu yalnız az miqdarda zəif differensiasiya etmiş xromofob adenositlər hesabına mümkündür. Neyrohipofizdə isə, əksinə, regenerasiya bir qədər aktiv gedir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Автор публикации

не в сети 7 months

Mariam Sadikova

Комментарии: 0Публикации: 62Регистрация: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Авторизация
*
*


Регистрация
*
*
*


Генерация пароля