Домой / Nevrologiya / Neyrocərrahiyə / Hiperkinezlərin növləri
Hiperkinezlərin növləri

Hiperkinezlərin növləri

Want create site? Find Free WordPress Themes and plugins.

Skelet əzələlərinin özünəməxsus hərəki pozğunluğuna hiperkinezlər deyilir. Bu zaman orqanizmin müxtəlif hissələri məcburi surətdə mürəkkəb və qeyri adi hərəkətlər edir.

Hiperkinezlərin mənşə etibarı ilə aşağıdakı növləri vardır: piramid, ekstrapiramid və onurğa beyin hiperkinezləri. Heyvanlararasında ən çox təsadüf edilənlərdən onurğa beyin hipekenezləridir. Buna misal olaraq ataksiya, asteniya və asteriyanı göstərmək olar. Ataksiya zamanı heyvan hərəkət koordinasiyasını və yerişin ölçüsünü itirir. Hərəkətin koordinasiyası beyin qabığının hərəki zonasında tənzimlənir. Bundan başqa qabıqaltı mərkəzlərdə, beyin sütununda və beyincik də hərəkət kordinasiyası mərkəzi vardır. Diskoordinasiyaya görə statistik və dinamik ataksiyalar mövcuddur. Statistik ataksiya heyvanın duruşu pozulur. Heyvan ayaqlarını geniş açaraq durmağa cəhd göstərsə də önə və ya yana yıxılır. Dinamik ataksiya zamanı heyvan hərəkət edərkən ətraflarıni məqsədyönlü hərəkət etdirə bilmir.

Mənşəyinə görə ataksiyalar periferik-periferiksinirlərinpozğunluğu, kötükcük-onurğa beyinin ətraflara gedən dorsal kötükcükləri pozulduqda; beyincik-beyincik zədələnəndə, vestibulyar-vestibulyar apparat zədələndikdə və beyin qabığı zədələnəndə qabıq mənşəli olur.

Hiperkinezlərin növləri

Titrəmə, miokloniya, xoreya, atetoz, torsion distoniya, hemiballizmvə s.

  • Əzələ tonusunu yoxladıqda tonusun azaldığı qeyd olunur.
  • Atetoz – ətrafların distal hissələrində, barmaqlarda yavaş, soxulcanabənzər qeyri – iradi hərəkətlər, emosiya vaxtı artır.
  • Titrəmə – sakitlikdə daha çox əmələ gəlir, hərəkət zamanı azalır və itir.
  • Miokloniya – əzələnin və ya əzələ dəstələrinin tez – tez, səhmansız yığılmasıdır.
  • Xoreya – ətrafların proksimal hissələrində, mimiki əzələlərdə olan səhmansız,qeyri – iradi hərəkətlərdir.
  • Torsion distoniya – gövdə əzələlərinin və ətrafların boylama oxu ətrafında fırlandırıcı qeyri – iradi hərəkətlərin əmələ gəlməsidir. Torsion distoniya məhdud əzələlərdə ola bilər. Məsələn, boyun nahiyəsində – spastik boyun əyriliyi – torticollis spastica qeyd olunur.
  • Hemiballizm – sol və ya sağ ətraflarda olan irihəcmli, quşun qanad çalmasını xatırladan qeyri – iradi hərəkətlər.
  • Tiklər – daimi, stereotipli qeyri – iradi əzələ yığılması
  • Yayılmış tik – mimiki, tənəffüs, gövdə və ətrafların əzələlərində müşahidə edilir.
Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation