Домой / Qastroenterologiya / Həzm sistemi xəstəliklərində vizual müayinə
Həzm sistemi xəstəliklərində vizual müayinə

Həzm sistemi xəstəliklərində vizual müayinə

Want create site? Find Free WordPress Themes and plugins.

Ağız boşluğunun  xəstəlikləri  zamanı  xəstələrin  müxtəlif  şikayətlər  təqdim  etməsinə  baxmayaraq  onun  müayinəsində  əsas  aparıcı  və  məlumatlandırıcı  müayinələr  baxma və palpasiyadır. Ağız  boşluğu və udlağa  baxmanın  yaxşı  işıqlandırılmış  şəraitdə,  gündüz  işığında  aparılması  daha  məqsədəuyğundur. Baxma  zamanı  kölgəlik  yaratmamaq  üçün  xəstə  ağız  boşluğunu  işığa  doğru  çevirir, həkimin  təklifi  ilə  ağzını  açır. Həkim  metal  və ya plasmas  steril  şpateldən  istifadə  edir. Ağız  bucaqları  şpatellə  müayinə  olunur, dişlərin, diş ətinin  səthinə  və  damaqlara,  ağız  dəhlizinin  selikli  qişasına,  dilin  aşağı  səthinə  və  yanaqların  vəziyyətinə  diqqət  yetirilir.

Dərində  yerləşmiş  törəmələri  müayinə  etmək  üçün  şpateli  dilin  orta  hissəsinə  söykəyərək  zəif  güclə  dilin  aşağı  və  ön  tərəfinə  təzyiq  göstərməklə  xəstəyə  a-a tələffüz  etmək  təklif  edilir  və  bu  zaman  dilçəklə  birgə  yumşaq və  sərt  damaqlar,  damaq  badamcıqları, udlağın  arxa  divarı  müayinə  edilir.  Baxma  zamanı  ağız  boşluğunda  nəmliyə, parıltıya,  ərpin, ödemin, müxtəlif  səpkilərin olmasına  və s. fikir verilir.

Qida  borusunun  xəstəlikləri  zamanı  xəstədə  ümumi  baxma  aparılır  bu  zaman  bədən  çəkisinin  azalmasına, orqanizmin  susuzlaşmasına,  vitamin  catışmazlığına  və  s.  diqqət  yetirilir.  Qida  borusunun  keçiriciliyinin  pozulmasını təcrubə  yolu  ilə  təyin  etmək  olar.  Bu  zaman  xəstə  bir  neçə  qurtum  su  içir,  bir  neçə  dəqiqə  sonra  bir  parça  çörəyi  çeynəyib  udur.  Bu  zaman  xəstənin  uz  ifadəsinə  fikir  verilir. Disfagiya  zamanı  xəstəyə baxdıqda  qidanın  udulması məqamında  onun gərgin olmasını bəzən udma  aktını  asanlaşdırmaq  üçün  başı  və  çiyinləri  ilə  önə  doğru  əlavə  hərəkətlər  etməsini  müşahidə  etmək  olar. Qida  borusunun  spazmı, divertikul, iltihab, xora, uzvi məşəli daralma, axalllaziya  kimi  patalogiyalar  qidalanmanın  pozulmasına,  bədən  çəkisinin azalmasına, dərinin  avazımasına  və  turqorun  azalmasına  səbəb  olur.

Qida  borusunun başlanğıc  hissəsinin  bəzi  patalogiyalar  zamanı ( fleqmona, şiş)  döş-körpücük-məməyəbənzər  əzələnin  arxa  tərəfində  boyun  səthinin  önə  qabarması  baş  verə bilər. Qida  borusunun  perforasiyası dərialtı  emfizemanın  əmələ  gəlməsinə  səbəb  olur  və  buda  boynun  yan  üçbucağının  relyefinin hamarlaşması  ilə  təzahür  olunur.

Mədə  xəstəliklərinin  müayinəsi  zamanı  yalnız  qarın  nahiyyəsinə  baxma  ilə  kifayətlənmək  olmaz  həm də  ümumi  baxma  aparılmalıdır.  Ümumi  baxmada  ilk  növbədə  xəstənin  ümumi halı  müəyyən  edilir. Belə  xəstələrin  ümumi  halı  kafi (XQ, ağırlaşmamış  xora  xəstəliyi) , ağır  və  çox  ağır  ola  bilər. əksər  hallarda  xəstələr  fəal  olur,  lakin bəzən  onlar  məcburi  vəziyyətdə  ala  bilər. Mədənin  perforasiyası  zamanı  xəstələr  adətən  tərpənmədən  arxası  üstə  uzanırlar. Mədə   xərçəngi  üçün  kəskin  arıqlama  səciyyəvidir.  Hərddən  artıq  arıqlama  mədə  cıxacağının  çapıqlı-xoralı, yaxud şiş  mənşəli  daralması  zamanı  müşaiət  edilir.

Güclü  mədə  qanaxmasından  sonra  xəstələrin dərisinin  və selikli qişalarının  nəzərə  çarpan  avazıması  müşahidə  edilir.  Dəri  örtüklərinin  mumabənzər  və  ya  torpaq  rəngi  alması  mədə  xərçənginin  gecikmiş  mərhələlərində  baş  verir.

Qarın  nahiyyəsinə  baxmanın  xəstənin ufiqi  və  şaquli  vəziyyətlərində  aparılması  uyğundur.  Mədənin  konturları  onun  genişlənməsi  zamanı  gözlə  təyin  oluna  bilər. Mədənin  pataloji  peristaltikasının  yalnız  mədədə  qida  olarkən  müşahidə  etmək  mümkün  olur. Bəzi  hallarda mədə  nahiyyəsində  qarın  divarının  yüngül  döyəclənməsindən sonra  peristaltika  dalğaları  nəzərə  çarpır.  Qastroptozun  viseroptozla  yanaşı  mövcud  olması  zamanı  qarın  sallanmış  formada  olur.  Epiqastral  nahiyə  göbək  səviyyəsinə  qədər  çökür, qarnın  aşağı  hissəsi  isə  qabarmış  olur.  Epiqastral  nahiyyənin  çökməsi  uzunmüddətli  qusmadan və  acılıqdan  sonra  baş  verir.  Mədənin  önə  qabarması mədənin  möhtəviyyatla  həddən  artıq  dolması  zamanı  və  şiş  xəstəliklərində  müşahidə  edilir.

Bağırsaqların  müayinəsi  zamanı  ümumi  baxmada  çəkinin  azalması,  dəridə  avazıma,  quruluq,  qabıqların  əmələ  gəlməsi  və  s.  müşahidə  edilir. Qarın  nahiyyəsinə  baxma  zamanı onun  ölçüləri, forması,  simmetrikliyi  nəzərə  alınır.  Qarnın  ölçülərinin  böyüməsi, piylənmə, meteorizm, qarın  boşluğunda  sərbəst  mayenin  toplanması ilə  əlaqədar  baş  verir.  Baxma  zamanı  bağırsaq  kecməzliyi  hallarında  maneənin  yerini  müəyyən  etmək üçün  meteorizmin  və  gözlə  görünən  pristaltikanın  lokalizasiyasının  diaqnostik  əhəmiyyəti  böyükdür. Daralma  düz  bağırsaq  yaxud S- ə bənzər  bağırsaq  nahiyyəsində  olarsa şişkinlik  qarnın  yan  nahiyyələrində  müşahidə  edilir.  Daralma  nazik  bağırsaq  nahiyyəsində  olarsa  meteorizm  qarnın  orta  hissəsini  əhatə  edir.  Nazik  bağırsağın  gözlə  görünən  pataloji  pulsasiyası  onun  aşağı  hissəsinin  yaxud  kor  bağırsağın  daralması  zamanı  müşahidə  edilir. Yogun  bağırsağın  gözlə  görünən  peristaltikası  qalxan və  enən  çənbər  bağırsaq  həmçinin  göbəkdən  yuxarıda  köndələn  çənbər  bağırsaq  nahiyyələrində  aşkar  edilir.

Onikibarmaq  bağırsaq  nahiyəsinə  baxma  zamanı  normadan  kənar  heç  bir  dəyişiklik  aşkar  edilmir.  Yalnız  qidalanmanın  pozulması  ilə  əlaqədar  arıqlama,  dərinin  avazıması  və s.  müşahidə  olunur. Çözlü  nazik  bağırsağın  patalogiyaları  zamanı  xəstələrin  bədən  çəkisi  azalır,  qarnın  mezo  və  hipo  qastral nahiyyəsində  köp  olur. Sol qalça  nahiyyəsinə  baxdıqda  S-ə  bənzər  bağırsağın  pataloji  hallarında  müşahidə  olunur.  Bu  əsasən  şişlər  üçün  xarakterikdir.  Sağ  qalça  nahiyəsinə  baxma  zamanı  kor  bağırsağın  pataloji  hallarında  onun  yerləşdiyi  nahiyyədə  və  ya  göbəyə  yaxın  sahədə  önə  doğru  qabarıqlığın  yaranması  müşahidə  oluna  bilərki, buda  bağırsaq  kecməzliyi  üçün  səciyyəvidir. Apendiksin  irinləməsi  orqanizmin  ümumi  reaksiyasının  təzahürləri  ilə  yanaşı, sağ  qalça  nahiyyəsinin  tənəffüs  aktından  geri  qalması,  qarnın  yerli  köpməsi  kimi  əlamətlər  meydana  çıxır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation