Домой / Qastroenterologiya / Helicobacter pylori nədir, onun təyininin üsulları
Helicobacter pylori nədir, onun təyininin üsulları

Helicobacter pylori nədir, onun təyininin üsulları

Want create site? Find Free WordPress Themes and plugins.

Xora xəstəliyinin , XQ-in və qastroduodenitin etiologiyasında selikli qişasının HP mikroorqanizmləri ilə yoluxmasına böyük əhəmiyyət verilir.Mədənin selikli qişasının səthi epitelinə olan tropluğu əsas xüsusiyyətidir.HP selikaltı qatda yerləşir.Biopsiya materialında HP S-ə bənzər, əyilmiş, spiralabənzər formalı olurBu bir ucunda qamçısı olan, intensiv rənglənən bakteriyalardır.

HP mədənin selikli qişasına birbaşa sitotoksik təsir göstərən bir sıra maddələr hasil edərək orada əvvəlcə iltihabın,sonra isə patoloji proseslərin selikli qişanın daha dərin qatlarına yayılması nəticəsində vəzi aparatının atrofiyasının inkişaf etməsinə səbəb olur.
Mədənin PH-ın turşuluğa doğru dəyişməsi HP-in mikroorqanizmlərinin fəaliyyətini pozur. Bu səbəbdən HP ən çox sevdiyi nahiyə mədənin antral şöbəsidir,burada seliyin ifrazı nəticəsində sərbəst xlorid turşusunun tam və ya qismən neytrallaşması baş verir


HP infeksiyasının diaqnostikasında bir sıra üsullardan istifafə olunur.

Sitoloji müayinə. Sitoloji müayinə üsulunda yaxmalar qurudulur,Romanovski-Gimza, Papenheym üsulları ilə metanollazureozun qarışığı ilə rənglənir. Mikroskopiya ilə təxmini mikroorqanizmlərin sayını müəyyən etmək olur. Selikli qişada mikrobların yayılmasının üç dərəcəsi ayırd edilir: zəif(+)- görmə sahəsində 20-ə dək mikrob cismləri ; orta dərəcəli (++) – görmə sahəsində 20-40a qədər mikrob cismləri; yüksək dərəcəli(+++)- görmə sahəsində 40-dan artıq mikrob cismləri olur.

Ureaza sınağı. Standart “kampi-sınaq”ın aparılması zamanı tərkibində sidik cövhəri olan daşıyıcı heldən, natrium azid və fenol-rot (mühitin ph-ı qələviyə doğru dəyişməsi sayəsində öz rənginİ sarıdan moruğu qırmızı rəngə dəyişir) məhlullarından istifafə olunur. Selikli qişanın HP mikrobları ilə yüksək dərəcədə yoluxması (+++) bu zaman sınaqda moruğu qırmızı rəng yədqiqatının başlanmasından sonra 1saat ərzində əmələ gəlir; mötədil yoluxma (++) bu halda indikatorun rəngi 2-3saatdan sonra dəyişir; cüzi yoluxma (+) indikatorun moruğu qırmızı rəngə boyanması sutkanın sonuna yaxın baş verir.

Histoloji müayinədə HP-ni Romanovski-Gimza üsulu ilə rəngləməklə aşkar edilir.

İmmunoloji üsullar HP ilə yoluxmuş xəstələrdə spesifik anticismlərin aşkar edilməsinə əsaslanır. Belə anticismlər yoluxmadan 3-4 həftə keçdikdən sonra qan zərdabında aşkar edilir.

Mikrobioloji üsulla HP kulturasının alınmasının üstünlüyü ondan ibarətdir ki onun vasitəsilə mikroorqanizmin antibakterial preparata həssaslığını təyin etmək olur, lakin bu üsul kifayət qədər bahalıdır.

Radionuklid üsulları arasında ən geniş yayılanı C13 və C 14 izotopları ilə nişanlanmış sidik cövhərindən istifadə etməklə aparılan tənəffüs sınağıdır.Bu izotoplar nəfəsvermə zamanı xaric edilən havanın tərkibində mass-spektroqraf vasitəsilə tutulur.

HP-in DNT-nin təyini üsulu isə zəncirvari polimeraza reaksiyaları köməyilə , xüsusilə bakteriyalar kokkabənzər formaya çevrildikdə və ya digər diaqnostika üsulları yalnış mənfi nəticə verdikdə  tətbiq edilən ən dəqiq diaqnostik üsullardan biridir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation