Домой / Mamalıq / Ginekologiya / Hamiləliyin 2-ci yarısının qanaxmaları
Hamiləliyin 2-ci yarısının qanaxmaları

Hamiləliyin 2-ci yarısının qanaxmaları

Want create site? Find Free WordPress Themes and plugins.

Qanaxma hamiləliyin  ilk həftəsindən son həftəsinə qədər hər dövründə görüləbilən və ən sıx rastlanan şikayətlərdən biridir. Hamiləlikdə vaginal qanaxma bir neçə damcıdan  1 litrə qədər və daha çox olabilər.Çəhrayı, qırmızı və daha tünd rənglərdə  duru,qatı və ya selik kimi müxtəlif formalarda rastlana bilər.

Hamiləlik dövründə qanamaya səbəb olan vəziyyətlər:

  • İmplantasiya qanaxması
  • Tam olmayan düşük
  • Tam düşük
  • Anemrbrional hamiləlik və ya boş döl yumurtası sindromu
  • Beçəxor
  • Uşaqlıqdankənar hamiləlik
  • Ana qarnında dölün hər hansı səbəbdən ölməsi (intrautarin ex fetus)
  • Erkən Doğuş
  • Mukus tıxacın gəlməyi ilə başlayan qanaxma
  • Dekolman plasenta (ciftin erkən ayrılması)
  • Plasenta previa (ciftin uşaqlıq boynunun dəliyinin qapaması)
  • Erkən doğuş
  • Cinsi əlaqəylə bağlı vaginal qanaxma
  • Uşaqlığın cırılması
  • Vaginada və ya uşaqlıq dəliyində şişəbənzər törəmələr
  • Uşaqlıq boynunun iltihabı
  • Travmalar

Ciftin yerləşmə anomaliyaları

Normal halda cift uşaqlığın cismi nahiyəsində yerləşir və aşağı kə­narı uşaqlıq boynunun daxili dəli­yindən 7-8 sm və ya daha hündür məsafədə olur. Ciftin yerləşmə anomaliyalarına cift gəli­şinin bütün növləri aid edilir. Bu zaman cift uşaqlığın cismi əvəzinə aşağı seqmentdə yer­ləşir. Bu ağırlaşmanın rastgəlmə tezliyi ümumi doğuşların 0,5-0,8%-ni təşkil edir.
Müəlliflərin əksəriyyəti «ciftin aşağı yer­ləşməsi» terminindən istifadə edir.

Cift gəlişlərinin aşağıdakı variantları ayırd edilir:

  • Mərkəzi cift gəlişi (plasenta praeviasentralis) zamanı cift aşağı seqmentdə yerləşib, uşaqlıq boynunun daxili dəliyini tam tutur.
  • Ciftin yan gəlişi (plasenta praevia lateralis) zamani daxili delik nahiyəsində həm döl qişaları, həm də ciftin paycıqları əllənir.
  • Ciftin kenar gəlişi (plasenta praevia marginalis), daxili dəlik nahiyyəsində döl qişa­larının və ciftin ancaq kənarının əllənməsi lə xarakterizə edilir. Plasenta usaqliq boynunun agzina yaxindir amma tam doldurmur . Lakin belə bölgü uşaqlıq boynunun hamiləlik zamanı və doğuşun əvvə­lində olan vəziyyətini əks etdirdiyi üçün prak­tik həkimi qane etmir. Klinik praktikada yalnız böyük açıqlıq olduqda (5-6 sm-ə yaxın) cift gəlişinin variantlarını ayırd etmək olur. Buna görə də praktik həkim üçün daha sadə təsni­fatdan istifadə etmək məqsədəuyğundur: tam və natamam cift gəlişi. Ciftin nadir rastgəlinən yerləşmə variantını da ayırmaq lazımdır. Bu zaman cift təkcə aşağı seqmentdə deyil, həm də uşaqlıq boynu nahiyəsində yerləşərək, neinki uşaqlıq boynu kanalını tutur, həm də xorionun xovları uşaqlıq boynu əzələsinin dərinliyinə sirayət edərək, bəzən parametriuma da çatır. Ciftin bu cür yerləşməsi ölümlə nəticələnən qanaxma verə bilər.

Etiologiya və patogenezi.

Uşaqlıq di­varını dəyişikliyə uğradan müxtəlif amillər cift gəlişinə səbəb ola bilər. Anamnezində abortlar, abortdan sonra və zahılıq dövründə septik xəstəlikləri olan və təkrar-doğan qadınlarda cift gəlişinə çox rast gəlinir (75-80% hallarda). Buna görə də belə nəticəyə gəlmək olar ki, cift gəlişinin əsas səbəbi uşaqlığın selikli qişasındakı distrofik dəyişikliklərdir.
Cift gelisini yaranmasinda istmiko-servikal çatışmazlıq, genital infantilizm ; endokrinopatiya, uşaqlıqda çapıq və mioma, ananin yasinin cox olmasi, coxdolluk olmasi , evvelki hamilleklerinde plasenta plevri olmasi , evvelceden dusuk olmasi , tutun ve alkaqol bagimlisi olmasi ve bunun kimi pis verdisler. Daha evveller kesar emeliyyati kecirmis olanlarda risk faktoru 1,5-5 defe artar. Hamileliyin erken dovrlerinde USM yoxlamalarinda plasenta prevariya daha cox rast gelinir. Ancaq hamileliyin ilerlemesi ile elaqeder usaqliq boyudukce plasentada yuxariya dogru cekilir ve 2 ci trimesterde tapilan plasenta previa anomaliyalarinin 90% I dogum aninda normal yerlesmis olur.
Bu səbəblərdən də cift aşağı seqmentin daha dərin qatlarını tutur. Ultrases müayinəsi hamiləlik zamanı ciftin miqrasiyasını və yerləşməsini müşahidə etməyə imkan verir.

Klinikası.

Bu patologiyanın əsas simptomu usaqlıq qanaxmasıdır ki, bu da aşağı seqmentinin dartılması nəticəsində ciftin soyulmasındən əmələ gəlir. Cift gəlişinin növündən asılı olaraq, qanaxma hamiləlik və yaxud doğuş vaxtı baş verə bilər. Ve qanaxmalar 20 ci heftesinden sonar ortaya cixan qanaxmalardi ve agrisiz olmalaridi. Məsələn, tam və yaxud mərkəzi cift gəlişi zamanı əksər hallarda qanaxma hamiləliyin 2-ci üçaylığında, kənarı və ya yan cift gəlişi zamanı (natamam) 3-cü üçaylığında və yaxud doğuş vaxtı baş verir. Birinci qanaxma əksərən spontan başlanır, miqdarı az və ya çox ola bilər, lakin bəzən birinci qanaxma elə intensiv ola bilər ki, ölümlə nəticələnər. Bu qanaxmaların xarakter xüsusiyyəti onların təkrar baş verməsidir ki, bu da anemiyaya gətirib çıxarır.
Cift gəlişinin digər vacib simptomu dölün » hipoksiyasdır. Hipoksiyanın dərəcəsi ciftin soyulma sahəsindən asılıdır.
Cift gəlişi zamanı hamiləlik və doğuş çox vaxt dölün çəp və köndələn vəziyyəti ilə, sağri gelisi ilehamileliyin vaxtindan qabaq

Diaqnostika.

Qadın stasionara daxil olarkən aşağıdakı ardıcıllıqlş müayinə edilir:

  • Anamnezin toplanması;
  • Ümumi vəziyyətinin qiymətləndirilməsi (qanitirmə dərəcəsi);
  • Xarici mamalıq müayinəsi. Dölün ürəkdöyünməsinə qulaq asılması;
  • Uşaqlıq boynu və uşaqlıq yolu divarla­rının müayinəsi;
  • Daxili müayinə (cərrahi əməliyyata tam hazır şəkildə) – aseptika və antiseptika qaydalarına əməl edilməklə yerinə yetirilir.
  • Güzgülərlə müayinə zamanı müəyyən xəstəlikləri inkar etmək mümkün olur, polip, uşaqlıq boynu eroziyası və xərçəngi, uşaqlıq yolu venasının varikoz genəlmiş düyününün partlaması.
  • Doğuşu təcili başa çatdırmağa göstəriş olmadıqda əlavə müayinə üsullarından isti­fadə edilir: ultrasəs müayinəsi, radioizotop plasentoqrafiya.

Müalicəsi.

Cift gəlişi olan hamilə qadın­lar yüksək risk qrupuna aid olurlar, onların müalicəsi fərdidir. Bəzi qadınlarda konserva- ı tiv müalicə üsulları, digərlərində isə planlı və yaxud təcili cərrahi müdaxilə tətbiq edilir.

Əgər hamiləlik yetişməmişdirsə və qa­naxma yoxdursa, onda cift gəlişinin bütün varianlarında ənənəvi konservativ müalicə üsullarından istifadə edilir; uşaqlığın yığılma aktivliyi azaldılır, hamilənin anemizasiyasının profilaktikası və dölün vəziyyətinin korreksiyası aparılır.
Müasir diaqnostika üsulları (ultrasəs müayinəsi) cift gəlişinin diaqnozunun erkən və yüksək dəqiqliklə qoyulmasına və bu xəs­tələrin yeni müalicə üsullannın açılmasına im­kan yaradır.

Uşaqlıq boynuna daxili dəlik nahiyəsin­də tikiş qoyulması nəticəsində vaxtından qabaq doğuşların sayının 2 dəfə, perinatal ölü­mün 4 dəfə azalması kimi müsbət nəticələr məlumdur. Tam cift gəlişi olduqda qanaxma­nın başlanmasını gözləmədən 38-ci həftədə planlı kesar kəsiyi əməliyyatı aparılır. Hissəvi cift gəlişi və digər mamalıq və yaxud somatik patologiya eyni zamanda rast gəlindikdə də planlı kesar kəsiyinə göstəriş ola bilər.

Güclü (hətta az miqdarda təkrarlanan) qanaxmalar hamiləliyin müddətindən, dölün vəziyyətindən və cift gəlişinin növündən asılı olmayaraq, təcili kesar kəsiyinə göstərişdir. Əgər hissəvi cift gəlişidirsə və doğum fəaliy­yəti vardırsa, 3-4 sm-dən az olmayan uşaqlıq boynu açıqlığında gülləvari maşa ilə su kisə­sini yırtmaq lazımdır. Bu zaman baş enərək cifti uşaqlığın diavarına sıxır, nəticədə qanax­ma dayanır; beləlklə doğuş müvəffəqiyyətlə təbii doğuş yollarından başa çatır. Lakin kon­servativ yolu seçdikdə də həkim, qanaxmanın bərpa olunacağı təqdirdə doğuşun aparılma planını dəyişib kesar kəsiyi aparmağa hazır olmalıdır.
Cift gəlişinin profilaktikası, onu yaradan etioloji faktorların aradan qaldırılmasından (təkrar abortların qarşısını almaq, cinsiyyət or­qanlarının iltihabi xəstəliklərinin effektiv müa­licəsini aparmaq) ibarətdir

Normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması

Normal halda cift döl doğulduqdan son­ra ayrılır. Əgər onun ayrılması vaxtından əv­vəl, yəni hamiləlik vaxtı, doğuşun 1 ci və yaxud 2-ci dövründə baş verərse bu patotogtyä normal yerləşmiş ciftin vaxtından qabaq ayrıl­ması adlanır. Hamiləliyin və doğuşun bu pato­logiyası həm ana, həm də döl üçün çox təhlü­kəli olduğu üçün həmişə təcili yardım tələb edir.
Ədəbiyyat məlumatına görə, bu ağırlaş­manın rastgəlmə tezliyi 0,1-0,2 % təşkil edir. Bu patologiya hamiləlik və doğuşun ciddi ağır­laşmalarına ad edilir, yüksək ana ölümü və perinatal ölüm faizi ilə müşayiət olunur.
Normal halda cift döl doğulduqdan son­ra ayrılır. Əgər onun ayrılması vaxtından əv­vəl, yəni hamiləlik vaxtı, doğuşun 1 ci və yaxud 2-ci dövründə baş verərse bu patotogtyä normal yerləşmiş ciftin vaxtından qabaq ayrıl­ması adlanır. Hamiləliyin və doğuşun bu pato­logiyası həm ana, həm də döl üçün çox təhlü­kəli olduğu üçün həmişə təcili yardım tələb edir.
Ədəbiyyat məlumatına görə, bu ağırlaş­manın rastgəlmə tezliyi 0,1-0,2 % təşkil edir. Bu patologiya hamiləlik və doğuşun ciddi ağır­laşmalarına ad edilir, yüksək ana ölümü və perinatal ölüm faizi ilə müşayiət olunur.

Etiologiyası.

Hec bir risk faktoru olmayan hamileler ucun de ne vaxt yaranmasi belli deyildir. Asagidaki hallarda rast gelinme ehtimali bir qeder coxdur

  1. Hamilelikle bagli yuksek tezyiq
  2. Evvelki hamileliklerde bu patalogiya olan hallarda
  3. Hamile qadinin yasinin cox olmasi
  4. Diabet (seker xestelerinde)
  5. tutun ve alkaqol istifadecilerinde
  6. Qarin nahiyesine guclu travmalar neticesinde
  7. Dolyani mayenin suretli sekilde axmasi neticesinde

Klinikasi:

Ciftin vaxtindan qabaq ayrilmasi prosesin agirliq dercesinden asli olaraq yungul, orta agir, agir formada olur. Ekseriyyetle

  1. Vaginal qanaxma
  2. Siddetli qarin agrisi
  3. Dolun urek doyuntusunun zeiflemesi
  4. Anada asagi tezyiq, sok elametleri
  5. Rahimde sertlesme olur.

Ultrasesde plasenta arasinda kan gollenmesi (hematoma) gorunur. Ve agir formalarda dolun hipoksiyasi ve olumu ile neticelenir.

Usaqliq cift apopleksiyasinda dogusu tecili basa catdirmaq lazimdir. Eger dogus yollari hazir deyilse , kesar kesiyi aparilir. (
dolun diri olub olmamasindan asli olamayarq ) esas meqsed ananin saglamligidir. Usaqli divarlarinda coxsayli qansizmalar olduqda , usaqligin ekstirpasiyasi aparilir. Eger dogus yollari hazir olarsa, dogusu tecili basa catdirmaq ucunmamliq masalari , vakum – ekstrasiyasi, ya da ayagi uzerinde donderme ile basa catdirmaq lazimdir. Olu dol bas gelisinde olarsa kraniotomia gosterisdir. Qanitirmeni berpa etmek ucun qankocurme ve hemostatic vasitelerden istifade gosterisdir. Ciftin vaxtindan evvel soyulmasi zamani cox vaxt qanin laxtalanmasi sisteminin pozulmasi ile musayet olunur.?Bele qanaxmalarin mualicesi : vena daxiline 5% li qlukoza mehlulunda fibrinogen ve epsilon-amin kapron tursusunun yeridilmesi. Bundan basqa teze sitratli qan ve ya quru plazma kocurulmesi vena daxiline 5 – 10 ml 1% li protoaminsulfat mehlulunun yeridilmesi.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation