Maraqlı faktlar

Avtomobil yarışlarının iştirakçısı David Perli ən ağır yüklənməyə məruz qalan insandır. 1977-ci ildə keçirilən yarışda avtomobil qəzaya uğrayıb. 66 m uzunluqlu yolda avtomobilin sürəti 173 km/saat-dan 0-a enib. Yarışçının 29 sınıq, 3 çıxığı olub, ürəyi isə 6 dəfə dayanıb.

Ən uzunmüddətli ürək dayanması Norveçdən olan balıqçı Yan Revsdalda qeydə alınıb. Ürəyi 4saat döyünməyən Yan, süni qan dövranı aparatına qoşulduqdan sonra yaxşılaşıb.

Ən uzun müddət davam edən əməliyyat yumurtalıq kistasını xaric edərkən aparılıb. Əməliyyat 96 saata sona çatıb.

Ən çox əməliyyat keçirən şəxs Çarlz Yensendir. 1954-1994-cü il ərzində yenitörəmələrin ləğvi üçün 970 əməliyyat keçirmişdir.

Böyük Britaniyalı Semuel Devidson ən çox iynə vurulan şəxsdir. Bütün ömrü boyu ən azı 78 900 insulin inyeksiyası alıb.

Ən çox tabletka qəbul edən Zimbabvedən olan Kilner adlı şəxs olub. O, 21 illik müalicə müddətində 565 939 həb qəbul edib.

İnsanın mədəsindən xaric edilmiş ən ağır yad maddə 2.35 kg çəkili tük topası olub. Bu xəstəlik "bezoar" adlanır.

Müxtəlif əşyaları udma vərdişindən əziyyət çəkən 42 yaşlı bir qadının mədəsində 2533 yad cisim və 947 ədəd ingilis sancağı aşkar edilib. Buna baxmayaraq qadın qarın nahiyəsində çox da güclü olmayan ağrıdan şikayət edirmiş.

Ən aşağı bədən tempraturu 23 fevral 1994-cü ildə Kanadada yaşayan 2 yaşlı Karl Kozolovskidə qeydə alınıb. Təsadüfən evlərinin qapısı bağlanıb və uşaq - 24C soyuq havada 6 saat qalmalı olub. Onun bədən temraturu 14.2C-yə enib.