Домой / Otorinolarinqologiya / Eşitmə analizatoru. Müayinə üsulları və patologiyaları.
Eşitmə analizatoru. Müayinə üsulları və patologiyaları.

Eşitmə analizatoru. Müayinə üsulları və patologiyaları.

Daxili qulaq keçəcəyində labirintin ilbizində yerləşən ganglion spiralae (Corti) hüceyrələrinin dendritləri corti cismində qurtararaq səs qıcıqlannı qəbul edir.

Aksonları gicgah sümüyündən kəllə daxilinə qulaq dəliyindən (porus acusticus internus) n.vestibularis, n.facialis və n.intermedius ilə birlikdə körpü-beyincik bucağında varoli körpüsünə daxil olur. Burada iki nüvədə qurtarır: nucleus coclearis ventralis və nucleus cochlearis dorsalis. Bu nüvələrdən başlayan ikinci neyronun aksonlan trapesəbənzər cisim və eşitmə zolaqları əmələ gətirir. Arxa nüvənin (n.dorsalis) aksonlarının bir hissəsi əks tərəfə keçərək xarici ilgək (lemniscus lateralis) tərkibində yuxarı qalxaraq birincili qabıqaltı eşitmə mərkazində – arxa qoşa təpədə və daxili dizvari cismdə qurtarır. N.dorsalis-dən çıxan aksonların qalan hissəsi çarpazlaşmayaraq öz tərəfində xarici ilgək tərkibində arxa qoşatəpədə qurtarır.

Ön nüvənin (n.ventralis) aksonları yuxarı zeytundan (oliva superior) köndələn keçərək əks tərəfdə xarici ilgək tərkibində birincili eşitmə mərkəzində -arxa qoşatəpədə və daxili dizvari cismdə (corpus geniculatum medialae) qurtarır.

Ventral nüvənin köndələn keçən lifləri varoli körpüsünün yuxarı və aşağı hissəsinin səddində trapesəbənzər cisim əmələ gətirir. Bu cismin liflərinin arasında xüsusi nüvələr (trapesəbənzər cisim nüvəsi (n.trapezoidei) yerləşir.

Ventral nüvənin aksonlarının bir hissəsi trapesəbənzər nüvədə, o biri hissəsi öz tərəfində və əks tərəfdə yerləşən yuxarı zeytunda qurtarır.

Trapesəbənzər və yuxarı zeytundan çıxan aksonlar birincili qabıqaltı mərkəzdə (aşağı qoşatəpədə və daxili dizvari cisimdə) qurtarır.

Aşağı qoşatəpə reflektor mərkəz olaraq, mühitdə yerləşən səs mənbəyinə qarşı hazırlıq davranışı yaradır.

-Əsasən birincili qabıqaltı eşitmə mərkəzi sayılan daxili dizvari cisimdən aksonlar daxili kapsulanın arxa budunun arxa hissəsindən keçərək gicgah payında qabıq mərkəzində (Heşl qırışında) qurtarır.

Eşitmə itiliyinin müayinəsi

  1. Həkim 6-7 m. məsafədə duraraq xəstəyə müraciət edir ki, bir qulağını bağlasın, açıq qulağını həkim tərəfə çevirsin və pıçıltı ilə deyilən hərfləri, sözləri təkrarlasın (“o”, “i”, “m”, “n”, “r”, “v”, “ana”, “ata” və s.) Əgər xəstə pıçıltı danışığı eşitmirsə, həkim ucadan danışaraq müayinəni davam edir. Hər qulaq ayrı-ayrılıqda yoxlanılır.

Normada pıçıltı danışığı 6-7 metrdən eşidilir.

  1. Eşitmənin kamerton vasitəsi ilə yoxlanması

Veber sınağı – ehtizaza gətirilmiş kamerton C128 xəstənin təpəsinin ortasına qoyulur və kamertonun səsini neçə eşitməsi soruşulur. Normada kamertonun səsi hər iki qulaqda eyni dərəcədə eşidilir.

Səsqəbuledici aparat (eşitmə siniri) zədələndikdə səs sağlam qulaq ilə daha yaxşı eşidilir, çünki xəstə qulaq tərəfdə sümük keçiriciliyi azalır.

Səsaparıcı aparat (təbil pərdəsi, orta qulaq, səs sümükcükləri) zədələndikdə, sümük keçiriciliyi artır, buna görə də səs xəstə qulaq ilə daha yaxşı eşidilir.

Rinne sınağı – ehtizaza gətirilmiş kamertonun C 128 ayaqcığı məməyəbənzər çıxıntı üzərinə qoyulur, kamertonun səsi kəsildikdən sonra, onu qulağın önünə yaxınlaşdıraraq, xəstədən kamertonun səsini eşidib-eşitmədiyi soruşulur.

Normada sümük keçiriciliyi hava keçiriciliyinə nisbətən qısa müddətlidir. Səsötürücü aparat zədələndikdə hava keçiricilyi pozulduğu üçün xəstə kamertonun səsini eşitməyəcək.

Eşitmə itiliyini audiometr ilə də müayinə edirlər.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*