Домой / Psixiatriya / Epileptik psixozlar
Тревожные расстройства. Симптомы тревожных расстройств.

Epileptik psixozlar

Epilepsiya xəstəliyinin gedişində rast gəlinən psixoz əlamətləri kəs­kin və xronik formalarda meydana çıxa bilər. Kəskin psixoz halları həm düşüncənin pozulması ilə, həm də düşüncə pozuntusu olmadan cərəyan edir. Düşüncə, adətən, alaqaranlıq və ya oneyroid şəkildə pozulur. Nisbə­tən az hallarda təsadüf edən oneyroid sindrom fantastik məzmunlu görmə və eşitmə hallüsnasiyalan ilə təzahür edir. Xəstə özünü ya təmtəraqlı, musiqi və gözəlliklə zəngin bir şəraitdə, ya da cəhənnəmi xatırladan yad və iyrənc bir mühitdə, düşmənlərinin əhatəsində hiss edir. Göstərilən bu illüzor şəraitin hansının cərəyan etməsindən asılı olaraq xəstənin əhvaliruhiyyəsi və davranışı bu, yaxud başqa formada ola bilir. Ovqatı xoş, ya­rıyuxulu vəziyyətdə oynayıb-gülən bir xəstə söyləyirdi ki, o, hər tərəfi yaşıllığa bürünmüş kiçik bir gölün ətrafında şən bir məclisdədir. Orada musiqi çalınır, hamı rəqs edir. Çalğıçılar uzaq planetlərin sakinləridir, üz­lərinə maska taxmışlar.

Kəskin affektiv psixoz əlamətləri bəzən Ucpressiv fonda, disforiya əlamətləri ilə, özünü təqsirləndirmə, özünü kiçiltmə sayıqlamaları ile cə­rəyan edə bilər. Kədərli, həyəcanlı hərəkətlərlə təzahür edən belə vəziy­yət təhlükəli, aqressiv aktlarla da müşayiət olunur.

Xronik psixoz hallan ilə şərtlənən epilepsiyada paranoyal, parafren, hallüsinator-paranoid və katatonik əlamətlər qeyd olunur. Xəstələr nisbə­tən sakit görünür, məmnuniyyətlə suallara cavab verir və iztirablarını söy­ləyirlər.

Diferensial diaqnostika. Epilepsiya xəstəliyinin diaqnozu aşağıdakı klinik və paraklinik göstəricilərə əsaslanır:

  • Vaxtaşırı təkrar edən böyük vo kiçik cəngolma tutmalarının və ya psixi ekvivalentlərin olması;
  • Epilepsiya tipli şəxsiyyətin dəyişikliklərinin və psixopatoloji əla­mətlərin təzahür etməsi;
  • EEQ zamanı feal cengelma ocaqlarının aşkar edilmə

Qeyd olunan başlıca əlamətlərlə yanaşı bir sıra başqa göstəricilər də aşkar etmək mümkündür. Məsələn, irsi meyilliyin olması, bədən qurulu­şuna vo xasiyyətə aid patoplastik dəyişikliklər vo s.

Epilepsiyanı bir sıra üzvi xarakterli baş-beyin xəstəliklərindən və cəngolma tutmaları ilə gedən isteriya nevrozundan fərqləndirmək lazım gəlir. Beynin ocaqlı xəstəlikləri zamanı tonik cengelmaların müddəti ve xarakteri diqqətlə nəzərdən keçirilməli, parez və ifliclərə, afaziya əlamət­lərinin olmasına fikir verilməlidir. Haram ilik mayesinin tədqiqi, EEQ və kompyuter tomoqrafıyası üzvi xəstəliklərin olmasını aşkar etməkdə bö­yük əhəmiyyətə malikdir. Beynin travmatik xəstəlikləri zamanı epilepsi yayabənzər sindromların təzahür etməsi diaqnostikanı çətinləşdirə bilər. Epilepsiyadan fərqli olaraq burada, tədricən artan əlamətlər (proqredi- entlik) olmur, paroksizmal hallar polimorf xarakter daşıyır. Dəqiq anamnez diaqnozun düzgün təyinində əsas şərtlərdən hesab olunur.

İsteriya tutmasını epilepsiya tutmasından ayıran əsaslı fərqlərə bax­mayaraq, bu tutmaların diferensial diaqnostikasında həkimlər ciddi çətin­liklərlə qarşılaşırlar. Kifayət qədər təcrübəsi olmayan həkimlər bir çox hallarda səhv edə bilirlər

İsteriya tutması zamanı xəstələrlə kontakt yaratmaq, bəbəyin işığa reaksiyasım aşkar etmək mümkündür. Tutmalar, onun müddəti, nə vaxt baş verməsi və psixi travmalarla əlaqədar olub-ol­maması ilə də fərqlənir. Elektroensefaloqrafik tədqiqat zamanı əyrilərin amplitudasının dəyişkənliyi, dizritmiya, ahəstə-süst teta dalğalarının, epi­lepsiya piklərinin (zirvəli dalğalar) olması və bir sıra digər spesifik göstə­ricilər tutmaların epilepsiya xarakterli olmasını təsdiq edir.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*