Домой / Pediatriya / Eksudativ-kataral diatez
Eksudativ-kataral diatez

Eksudativ-kataral diatez

Want create site? Find Free WordPress Themes and plugins.

EKD ətraf mühitin qıcıqlarına qarşı dəri və selikli qişalarda baş verən dəyişikliklərlə təzahür edən uyğunlaşma pozuntusudur. O, mədə-bağırsaq traktının fermentativ sisteminin yaş xüsusiyyətləri, immun sisteminin vəziyyəti və ətraf mühitin orqanizmə təsiri ilə əlaqədardır. Bətndaxili inkişafa mənfi təsir edən amillər – dölün hipoksiyası, mərkəzi sinir sisteminin perinatal zədələnməsi, infeksion xəstəliklər, çoxsaylı medikamentoz müalicələr, qidalanmanın xarakteri EKD yaradan səbəblərdəndir. Bu zaman genetik faktor da mühüm əhəmiyyət kəsb edir və çox hallarda EKD-li körpələrin valideynləri də uşaq ikən bu vəziyyətdən əziyyət çəkirlər.

Kliniki əlamətləri

EKD-li uşaqlarda həyatın ilk həftələrindən dəridə davamlı bişməcələr, dərinin quru və avazımış olması, başın tüklü hissəsində çətin təmizlənən qartmaq, yanaqların dərisinin qızarması və qabıqlanması (bu, soyuq havanın təsirindən daha da kəskinləşir), içərisinə maye yığılan və qaşınan düyüncüklər və artıq çəki müşahidə oluna bilər. Eyni zamanda gözlər, bronxlar, ağız boşluğu, mədə-bağırsaq sisteminin selikli qişaları da bu prosesə cəlb oluna bilir. EKD-li uşaqlarda kliniki əlamətlərin kəskinləşməsi qidalanmanın pozulması və bəzən də iqlim şəraiti səbəbindən baş verir.

EKD-nin profilaktikası

EKD-nin profilaktikaslna ilk növbədə hamiləlik dövründə başlamaq məsləhətdir. Bunun üçün gələcək ana öz qida rasionundan allergenləri mümkün qədər çıxarmalı, ginekoloq isə dölün bətndaxili inkişafına nəzarət etməlidir. Uşağı doğum evindən evə gətirən andan onu əhatə edən mühitdəki allergenləri mümkün qədər aradan qaldırmaq lazımdır. Bunun üçün otağın tozunu hər gün təmizləmək, uşağın otağına otaq bitkiləri, akvarium, yun yorğan-döşək, kitab və ya üzərinə çox miqdarda toz yığıla biləcək başqa əşyalar qoymamaq məsləhət görülmür. Eyni zamanda tam steril şərait də məsləhət görülmür, çünki bu zaman uşağın immun sistemi inkişaf edə bilmir. Məsələn, əgər həmişə evdə it və ya pişik saxlamısınızsa, uşaq dünyaya gəldikdən sonra onları qonşuya verməyə ehtiyac yoxdur, çünki onlar uşaq üçün artıq allergiya mənbəyi ola bilməzlər.

EKD-li uşağa qulluq

EKD-li uşağa qulluğun əsas hissəsi həm ananın, həm də körpənin düzgün qidalanmasından ibarətdir. İlk növbədə qəbul olunan karbohidratların və xörək duzunun miqdarı azaldılmalı, yumurta, çiyələk, sitrus meyvələri, şokolad, tünd çay, ədviyyatlar, kakao, daxilində konservantlar və qida boyaları olan məhsullar qida rasionundan çıxarılmalıdır. Sıyıq və püreləri tərəvəz bulyonunda hazırlamaq lazımdır. Eksudativ-kataral diatezSüdü kefir, biolak, bifidok kimi turş süd məhsulları ilə əvəz etmək məsləhətdir. Bu uşaqlara əlavə olaraq kalium duzları, A, B6, B5, B15 və E vitaminləri verilməlidir. Vitamin C və B12 prosesi kəskinləşdirə bilər və ona görə də onlardan həkim məsləhəti ilə istifadə etmək lazımdır. Kəskinləşmə dövründə şəkəri sorbit və ya kselit (süni şəkər əvəz edicilər) ilə əvəz etmək, adaptagen və antihistamin dərman preparatlarından istifadə etmək məsləhətdir. Əgər EKD-li uşaq ana südü ilə qidalanırsa, eyni qaydalar anaya da şamil olunur.

EKD-li uşaqların dərisi xüsusi qulluq tələb edir. Belə uşaqlar üçün ancaq pambıq paltarlar və pambıq yataq dəstindən istifadə olunmalıdır. Onların dəriləri təmiz saxlanmalı, hər gün vanna qəbul etməli, vannadan sonra dərilərinə uşaq kremi çəkilməli, diatezin təzahür etdiyi hissələrə dərhal tərkibində F vitamini olan vasitə çəkilməlidir. Qış aylarında uşağı havaya çıxarmazdan əvvəl üzünün dərisinə qoruyucu uşaq kremi sürtmək lazımdır. Əgər başında qartmaq varsa, onu dişlərinin arasına pambıq dolanmış yumşaq daraq ilə baş dərisini zədələmədən ehmalca təmizləmək olar.

EKD-li uşaqların peyvənd olunması

Kəskinləşmə dövrü istisna olmaqla bu uşaqlara peyvəndlər cədvələ uyğun aparılır. Lakin peyvəndi etməzdən beş gün əvvəl və beş gün sonra, yəni on gün ərzində uşağa antihistamin preparatları, peyvəndən 1-2 həftə əvvəldən 3-4 həftə sonraya qədər isə B qrup vitaminlər (B12 istisna olmaqla) təyin edilir.

EKD çox zaman 2 yaşdan sonra öz-özünə keçib gedir. Lakin düzgün qulluq olunmazsa o, ciddi ağırlaşmalarla da nəticələnə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Автор публикации

не в сети 7 months

Mariam Sadikova

Комментарии: 0Публикации: 62Регистрация: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Авторизация
*
*


Регистрация
*
*
*


Генерация пароля