Домой / Препарат / Yara üçün məlhəm

Yara üçün məlhəm

Торговое название Yara üçün məlhəm
Состав

Təsiredici maddələr : 1q məlhəmin tərkibində 5 mq metilurasil , 20 mq lidokain-hidroxlorid , 1.25 mq xinifuril vardır.

Köməkçi maddələr : lesitin, etanol , trietanolamin , karbomer, metilparaben , təmizlənmiş su

Фармакотерапевтическая группа

yerli istifadə üçün kombinəolunmuş məlhəm

Фармакологическое действие

Yerli istifadə üçün məlhəmdir. Preparatın təsir mexanizmi onun tərkib hissələrinin göstərdiyi təsirlə bağlıdır.
Lidokain-hidroxloridin yerli ağrı kəsici təsir müddəti 2-3 saat təşkil edir.

Metilurasil toxuma regenerasiyası prosesini tezləşdirir. İmmunmoduləedici təsir göstərir : Humoral və toxuma immunitetini stimulə edir. Proteolitik fermentlərin aktivliyini azaltmaqla iltihab əleyhinə təsir göstərir. Anabolik və antikatabolik aktivliyə malikdir.

Xinifuril digər nitrofuranlar kimi antibakterial təsir göstərir. Qrammənfi və antibiotiklərə davamlı mikroblara qarşı daha aktivdir. Yumşaq toxumalarda stafilokokkların törətdiyi irinli infeksiyalara təsir göstərə bilir : yaranın birinci fazası , karbunluk , furunkul , əməliyyatlardan sonra yaranın irinləməsi, yanıqların ağırlaşması və s.

Yara üçün antiseptik məlhəm , iltihab əleyhinə , yerli analgeziyedici və regenerasiyanı yaxşılaşdırıcı xüsusiyyətlərə malikdir.

Показания к применению

Dəri infeksiyaları , yaralar , yanıqlar , furunkul , karbunkul , cərrahi yaralar və s.

Противопоказания

- Preparatın komponentərinə qarşı yüksək həssaslıq, 1 yaşa qədər uşaqlar, laktasiya dövrü

Способ применения и дозы

Məlhəm zədələnmiş nahiyəyə sürtülür , məlhəm hopdurulmuş steril salfetlə tampon edilir. Sarğı hər gün dəyişdirilməlidir.

Побочное действие

Uzun müddət istifadə edilirsə dərinin qıcıqlanması və allergik reaksiya mümkündür. Buna görə də hər gün yaraətrafı sahəni nəzarətdə saxlamaq lazımdır. Dəri qızarması olarsa məlhəmin istifadəsini dayandırmaq lazımdır . Belə hallarda antiallergik preparatlar daxilə qəbul olunmalıdır.

Упаковка

35 q məlhəm , alminium tublarda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Условия хранения

25C-dən aşagı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Срок годности

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Условия отпуска из аптек

Reseptsiz buraxılır

Название и адрес изготовителя

LMP MMC ,RİQA ,LATVİYA

  Перейти на сайт
Authorization
*
*


Registration
*
*
*


Password generation