XOFİTOL daxilə qəbul üçün məhlul

Ticari adı

XOFİTOL daxilə qəbul üçün məhlul

ATC

A05AX

XOFİTOL daxilə qəbul üçün məhlul

XOFİTOL daxilə qəbul üçün məhlul

CHOPHYTOL

Tərkibi (100 ml üçün)

Təsiredici maddə:Çöl ənginarının(Cynara scolymus L.)

yarpaqlarının quru(sulu) ekstraktı ………………………… 20 q

Köməkçi maddələr:

Etil spirti,portağallı aromatizator, qliserol, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,təmizlənmiş su.

Yüngül sarımtıl çöküntü ilə qeyri-şəffaf tünd-qəhvəyi məhlul.Saxlama müddətində kiçik çöküntü ola bilər.

Bitki mənşəli ödqovucu vasitə.

Preparatın farmakoloji effektinin əsas səbəbi çöl ənginarının yarpaqlarının tərkibinə daxil olan kompleks bioloji aktiv maddələrdir.Sinarin və fenol turşularının birləşməsi nəticəsində ödqovucu,həmçinin hepatoprotektor təsirə malikdir.Askorbin turşusu,karotin,B1 və B2 vitaminləri,inulin mübadilə prosesləri normalizə edir.Həmçinin diuretik təsirə malikdir və sidik cövhərinin xaric edilməsini gücləndirir.

Ödçıxarıcı yolların hipokinetik tipli diskineziyaların,xroniki qeyrikalkulez xolesistitlərin,xroniki hepatitlərin,qaraciyər sirrozun;xroniki nefritlərin,xroniki böyrək çatışmazlığında kompleks müalicəsində preparat istifadə olunur.

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq,öddaşı xəstəliyi,öd yollarının keçilməzliyi,qaraciyərin,böyrəklərin ,öd və sidikçıxarıcı yolların kəskin xəstəlikləri.

Hamiləlik və laktasiya dövründə Xofitolun istifadəsi ancaq həkim təyinatı ilə mümkündür

Böyüklərə: 2,5 – 5,0 ml məhlul daxilə gündə 3 dəfə yeməkdən əvvəl.

Müalicə müddəti-2-3 həftə.

Uşaqlara: yaşdan asılı olaraq,preparatı böyüklərin qəbul etdiyi dozanın 1/4 – 1/2-i təyin olunur.

Nadir hallarda allergik reaksiyalar ola bilər,preparat uzun müddət yüksək dozada istifadə edilərsə ishal ola bilər.

Əlavə təsirlərin təzahürləri güclənə bilər

Məhlulun bir çay qaşığında 0,13 q etil spirti vardır.

Daxilə qəbul üçün məhlul.Şüşəsi sarı-qəhvəyi olan 120 ml flakon açılma nəzarəti olan plastmas qapaqla.Hər bir flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

4 il. Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

25°C-dən yuxarı olmayan temperaturda.

Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Reseptsiz buraxılır

ROZA-FİTOFARMA laboratoriyaları Paris,Fransa