XOFİTOL №180

Ticari adı

XOFİTOL №180

ATC

A05AX

XOFİTOL №180

XOFİTOL örtüklü tabletlər

CHOPHYTOL

Tərkibi (1 tablet üçün):

Təsiredici maddə:

Çöl ənginarının(Cynara scolymus L.)

yarpaqlarının quru(sulu) ekstraktı ……………… 200 mq (0,20 q)

Köməkçi maddələr:

Maqnium üçsilikat,qarğıdalı nişastası,talk,maqnium stearat.

Örtüyün tərkibi:

Qummilak,kanifol,talk,jelatin,akasiya kitrəsi,saxaroza,kalsium karbonat,dispers boya,karnaub mumı,polisorbat 80.

Dispers boyanın tərkibi – saxaroza,sarı,qara və qəhvəyi (E 172) dəmir oksidləri,metilparahidroksibenzoat (E 218) və etilparahidroksibenzoat (E 214)

İki tərəfi qabarıq, dairəvi ,qəhvəyi rəngli örtüklə bağlı tabletlər

Bitki mənşəli ödqovucu vasitə

Preparatın farmakoloji effektinin əsas səbəbi çöl ənginarının yarpaqlarının tərkibinə daxil olan kompleks bioloji aktiv maddələrdir.Sinarin və fenol turşularının birləşməsi nəticəsində ödqovucu,həmçinin hepatoprotektor təsirə malikdir.Askorbin turşusu,karotin,B1 və B2 vitaminləri,inulin mübadilə prosesləri normalizə edir.Həmçinin diuretik təsirə malikdir və sidik cövhərinin xaric edilməsini gücləndirir.

Ödçıxarıcı yolların hipokinetik tipli diskineziyaların,xroniki qeyrikalkulez xolesistitlərin,xroniki hepatitlərin,qaraciyər sirrozun;xroniki nefritlərin,xroniki böyrək çatışmazlığında kompleks müalicəsində preparat istifadə olunur.

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq,öddaşı xəstəliyi,öd yollarının keçilməzliyi,qaraciyərin,böyrəklərin ,öd- və sidikçıxarıcı yolların kəskin xəstəlikləri.6 yaşa qədər uşaqlara təyin olunmur.

Hamiləlik və laktasiya dövründə Xofitolun istifadəsi ancaq həkim təyinatı və nəzarəti altında mümkündür

Daxilə.Böyüklərə 2-3 tablet gündə 3 dəfə yeməkdən əvvəl.6 yaşdan yuxarı uşaqlara 1-2 tablet(yaşdan asılı olaraq)gündə 3 dəfə yeməkdən əvvəl.Müalicə müddəti-2-3 həftə.

Təkrar müalicəni həkim məsləhəti ilə keçirmək mümkündür.

Nadir hallarda allergik reaksiyalar ola bilər,preparat uzun müddət yüksək dozada istifadə edilərsə ishal ola bilər

Örtüklü tabletlər.

12 tablet blisterdə(PVX-alüminium),5 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

30 tablet blisterdə(PVX-alüminium),2 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

30 tablet blisterdə(PVX-alüminium),6 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

60 və 180 tablet polipropilen tubada,polietilen qapaqla bağlı, içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

25 °C -dən yuxarı olmayan temperaturda,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

3 il. Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Reseptsiz buraxılır.

ROZA-FİTOFARMA laboratoriyaları ,Paris,Fransa