VOBENZİM – WOBENZYM

Ticari adı

VOBENZİM - WOBENZYM

VOBENZİM – WOBENZYM

Polienzim preparatı

Tərkibi:

Təsiredici maddələr: Pankreatin 345 prot, Avr.Farm,-Sv, tripsin 360F.3.P-Sv, ximotripsin 300 F.3.P-Sv papain 90 F3P.-Sv, bromelain 225 F.3.P. – Sv., lipaza 34 F.3.P-Sv, amilaza 50 F.3.P-Sv., rutozid 3H20 50,0 mq.

İltihab əleyhinə, ödem əleyhinə, fibrionolitik və immunomodulyator təsirə malik preparatdır.

Vobenzim – Bitki və heyvan mənşəli fermentlərin kombinasiyası olub, immunomodulyasiya, iltihabəleyhinə, ödeməleyhinə, II-li analgetik və fibrinolitik təsirə malikdir. Enzimlər (fermentlər) orqanizmin həyat fəaliyyətinin əsasını təşkil edirlər və orqanizmin bütün bioloji proseslərində iştirak edirlər. Enzimlərin aktivliyinin zəifləməsi çox zaman kəskin və xroniki xəstəliklərin əmələ gəlməsinə səbəb olur.Vobenzim iltihabi prosesin gedişinə müsbət təsir göstərir, autoimmun və immunokompleks proseslərinin patoloji əlamətlərinin əmələ gəlməsini məhdudlaşdırır, orqanizmin immunoloji reaktivlik göstəricilərinə müsbət təsir göstərir. Vobenzim monosit – makrofaqların, təbii killer hüceyrələrinin, funksional aktivlik dərəcəsinin stimulyasiya və requlyasiyasını həyata keçirir, şişəleyhinə immuniteti, sitotoksik T-limfositləri, hüceyrələrin faqositar aktivliyini stimullaşdırır. Vobenzimin təsiri ilə sirkulə edən immun kompleksin miqdarı azalır və toxumalardan membran depozitlərin immun komplekslərinin xaric olması müşahidə olunur.

Vobenzim mübadilə maddələrinin və nekrozlaşmış toxumaların toksiki məhsullarının

lizisini aktivləşdirir. Vobenzim hematoma və ödemlərin sorulmasını yaxşılaşdırır, damar divarlarının keçiriciliyini normallaşdırır. Vobenzim qanın qatılığını və mikrosirkulyasiyanı normallaşdırır. Vobenzim hüceyrələrin oksigen və qidalı maddələrlə zənginləşməsini həyata keçirir.

Vobenzim trombositlərin aqreqasiyasını və tromboksanın konsentrasiyasını aşağı salır. Vobenzim qan hüceyrələrinin adgeziyasını requlə edir; eritrositlərin formalaşma qabiliyyətini onların plastikliyini requlə edərək artırır; normal diskositlərin sayını artıraraq, aktiv formalı trombositlərin ümumi sayını azaldır; qanın qatılığını normallaşdırır, mikroaqreqatların ümumi sayını azaldır, və beləliklə də mikrosirkulyasiyanı və qanın reoloji xüsusiyyətlərini, hüceyrələrə oksigen və qidalı maddələrin təchizini yaxşılaşdırır.

Vobenzim hormonal preparatların qəbulu nəticəsində yaranan əks təsirləri azaldır. Vobenzimın II – li analgezəedici effekti kəskin iltihabi prosesin yaradıcı fakrorlarına təsiri sayəsində müşahidə edilir.

Vobenzim lipid mübadiləsini normallaşdırır, endogen xolesterinin sintezini azaldır.

Vobenzim antibiotiklərin qan plazmasında və iltihab ocağında konsentrasiyasını artırır, nəticədə onların effektivliyini gücləndirir. Eyni zamanda enzimlər antibiotiklərin xoşagəlməz əlavə təsirlərini azaldır.

Vobenzim qeyri-spesifik müdafiə mexanizmini requlə edir ( interferon istehsalı), bununla da virusəleyhinə və mikrobəleyhinə təsir edir.

Vobenzim qəbulundan sonra onun tərkibinə daxil olan fermentlər intakt molekulaların rezorbsiyası nəticəsində nazik bağırsaqdan sorulur və qanın nəqliyyat zülalları ilə birləşərək qan dövranına daxil olur. Bundan sonra fermentlər qan damarları ilə miqrasiya edərək patoloji proses zonasında toplanırlar.

Vobenzim kompleks terapiyada istifadə olunur.

Revmatologiya: revmatoidli artrit, oynaqxarici revmatizm, Bexterev xəstəliyi.
Angiologiya: tromboflebitlər, posttrombotik sindrom, vaskulitlər, oblitəedici trombangiit, residivləşən flebitlərin profilaktikası, limfedema, II-li limfatik ödem.
Urologiya: sidik-cinsiyyət traktının iltihabı, sistit, sistopielit, prostatit, cinsi yolla ötürülən infeksiyalar.
Ginekologiya: xroniki infeksiyalar, adneksit, mastopatiyalar, hestozlar, əvəzedici hormonal terapiyanın əks təsirlərinin tezliyini və ağırlığını azaltmaq üçün.
Cərrahiyyə: operasiyalardansonra baş verə biləcək ağırlaşmaların profilaktikası və müalicəsi (iltihab, trombozlar, ödemlər), bitişmələr, posttravmatik və limfatik ödemlər, plastik və rekonstruktiv operasiyalar.
Travmatologiya: travmalar, sınıqlar, distorsiyalar(əzələ gərginliyi), çıxıqlar, xroniki posttravmatik proseslər, yumşaq toxumaların iltihabı, idman travmaları
Pulmonologiya: yuxarı və aşağı tənəffüs yollarının iltihabı, sinusitlər, bronxitlər, bronxopnevmaniyalar, bronxial astma.
Kardiologiya: infarktdan sonrakı vəziyyətlərdə (qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq üçün), ürəyin işemik xəstəliyi.
Qastroenterologiya: pankreatit, hepatit, xoralı kolit, Kron xəstəliyi.
Nefrologiya: pielonefrit, qlomerulonefrit.
Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimmun tireoidit.
Dermatologiya: atopik dermatit, səpkilər.
Nevrologiya: dağınıq skleroz

Vobenzim o cümlədən məsləhət görülür:

onkoloji xəstəliklər zamanı kimya – və ya şüa terapiyası müddətində həyat ketfiyyətini artırmaq və infeksion ağırlaşmaların profilaktikası üçün;
cərrahi əməliyyatlarda infeksion ağırlaşmaların və bitişmələrin qarşısını almaq üçün;
virus infeksiyalarının əmələ gəlməsinin və ağırlaşmalarının profilaktikası üçün;
mikrosirkulyasiyanın pozulmasının, poststressor, həmçinin adaptasion mexanizmlərin pozğunluqların profilaktikası üçün;
əvəzedici hormonal terapiyanın, hormonal kontrasepsiyanın əks təsirlərinin qarşısını almaq üçün.

Vobenzimi yeməkdən 30 dəq. əvvəl 200 ml su ilə qəbul etmək lazımdır.

Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq Vobenzim 3 – 10 həb sutkada 3 dəfə təyin.olunur. Müalicə dozası fərdi olaraq seçilməlidir.

Orta aktivlikli xəstələliklərdə 5 – 7 həb 3 dəfə 2 həftə müddətində təyin olunur.Sonra doza 3-5 həb 3 dəfə 2 həftə müddətinədək azaldılmalıdır.

Yüksək aktivlikli xəstələliklərdə isə 7 – 10 həb 3 dəfə 2-3 həftə müddətində təyin olunur. Sonra doza 5 həb 3 dəfə 2-3 ay müddətinədək azaldılmalıdır.

Xroniki xəstəliklər zamanı göstərişə əsasən 3 aydan 6 ayadək və daha uzun müddət qəbul oluna bilər.

Antibiotiklərin effektini yüksəltmək və disbakteriozun profilaktikası üçün bütün antibiotikoterapiya kursu müddətində 5 həbdən sutkada 3 dəfə olmaqla qəbulu məsləhət görülür. Antibiotik kursu bitdikdən sonra bağırsaq mikroflorasının (biosenozu) bərpası üçün sutkada 2 – 3 həbdən olmaqla 2 həftə müddətində təyin olunur.

Şüa və kimyəvi müalicə zamanı qoruyucu kimi sutkada 3 dəfə 3 – 5 həb, 2 həftə müddətində təyin etmək məsləhətdir.

Profilaktik məqsədlə təyin etdikdə 2 – 3 həb sutkada 3 dəfə 1.5 ay müddətində, ildə 2 – 3 dəfə.

Uşaqlara: 5 – 12 yaşda hər 6 kq-a 1 həb təyin olunur.

12 yaşdan böyük uşaqlara doza böyüklərdəki kimidir. Müalicənin müddəti fərdi olaraq seçilir.

Preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

Qanaxmaya yüksək meylli xəstəliklərdə (hemofiliya, trombositopeniya, və s.)

5 yaşadək uşaqlar.

Hamiləlik və laktasiya periodlarında Vobenzimin istifadəsi mümkündür, lakin hamilə qadınlar həkim məsləhəti ilə preparatı qəbul etməlidirlər və nəzarətdə olmalıdırlar.

Vobenzim pasientlərdə orqanizm tərəfindən yaxşı mənimsənilir. Əksər hallarda hətta uzunmüddətli, yüksək dozalarda qəbulu zamanı heç bir əlavə təsir müşahidə edilməmişdir. Nadir hallarda nəcisin konsistensiyasında və iyində dəyişikliklər, dəridə xırda səpkilər baş verir. Digər əlavə təsirlər müşahidə edildikdə dərhal həkimə müraciət edilməlidir.

Vobenzimlə müalicənin əvvəlində xəstəliyin əlamətləri ağırlaşa bilər.Belə hal müşahidə edilərsə, dozanı müvəqqəti olaraq azaltmaq lazımdır, preparatın qəbulunu dayandırmaq lazım deyil.

Avtomobil və digər mexanizmlərlə çalışanlar üçün: avtomobil idarə edənlərə və digər hər hansı bir yüksək sürətli hərəkət mexanizmləri olan işlərdə çalışanlara mənfi təsir etmir.

qutu və qabda xüsusi qişa ilə örtülmüş, 40, 200 və 800 ədəd həblərdən (draje) ibarət olur.

15 – 25C dərəcədə uşaqlar üçün əlçatmaz yerlərdə saxlanılmalıdır.

Apteklərdən reseptsiz satılır

MUCOS Pharma GmbH&Co, Almaniya.