VİTA FULL

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

VİTA FULL

VİTA FULL

Vitamin, mineral , mikroelement və karotinoid kompleksi

Tərkibi: bir həbin tərkibinə daxildir:

Vitamin A-5000BV, VitaminD-400 BV, VitaminE-30 BV, VitaminK-25 mkq, VitaminC-100 mq, VitaminB1-2 mq ,VitaminB2-2,5 mq, VitaminB3(PP)-20 mq, VitaminB5-10 mq, VitaminB6-3 mq, VitaminB7(biotin)-30 mkq, VitaminB12-6 mkq, Fol turşusu-400 mkq,  Lutein-250 mkq, Likopin-300 mkq, Kalsium.-200mq, Dəmir-18mq, Fosfor-20 mq, Yod-150mkq,   Maqnezium-50mq, Sink-15mq, Selen-55mkq, Mis-0,5mq, Manqan-2,3mq, Xrom-35mkq, Molibden-45mkq, Xlorid-72mq ,Kalium-80mq

VİTA FULL kombinəolunmuş preparat olub tərkibinə vitaminlər, minerallar, mikroelementlər və karotinoidlər daxildir.Vitaminlər insan orqanizminin normal həyat fəaliyyəti üçün vacib olan bioloji aktiv maddələrdir.Vitaminlər mübadilə prosesinin intensivliyinə nəzarət edir, immun sistemi aktivləşdirir, orqanizmin ətraf mühitin əlverişsiz faktorlarına  qarşı davamlılığını artırır.Minerallar orqanizmin həyat fəaliyyəti proseslərinin normal gedişini təmin etmək üçün  mühüm elementlərdir.Minerallar orqanizmin daxili mühitinin saxlanılması, turşu-qələvi müvazinəti, su-duz mübadiləsi və s. ücün vacibdir.Mikroelementlər bir çox fermentlərin prostetik qruplarının tərkibinə daxildir. Karotinoidlər antioksidantlar olub, orqanizmdə bir çox xəstəliklərə şərait yaradan(xərçəng, ürək-damar xəstəlikləri və s.) sərbəst radikalları neytrallaşdırır. Gözün görmə itiliyini yaxşılaşdırır. Qidada vitaminlər, minerallar, mikroelementlər, karotinoidlər çatışmadıqda , onlara tələbat artdıqda, həmçinin vitaminlərin  endogen sintezinin, sorulmasının, paylanmasının, metabolizminin pozulması və ekskresiyasının artması hallarında VİTA FULL orqanizmin onlara olan ehtiyacını tamamilə ödəyir.

Hipo-avitaminozun müalicə və profilaktikası;

-İmmun sistemin zəifləməsi;

-Mineral maddələrin və mikroelementlərin çatışmazlığı və tələbatın artdığı hallar;

-Qeyri-düzgün və dietik qidalanma;

-Əqli və fiziki yüklənmə zamanı;

-Keçirilmiş xəstəliklərdən sonra bərpa məqsədilə;

-Mədə -bağırsaq xəstəlikləri(qastrit,disbakterioz,kolit,entrit və s.);

-Vitamin və minerallara tələbatın artdığı hallar: intensiv inkişaf dövrü , antibiotikoterapiya,kimyəviterapiya zamanı;

-Gözün torlu qişasının distrofik dəyişikliyi, kataraktanın başlanğıc əlamətləri.

Hamiləlik və laktasiya zamanı vitamin və minerallara orqanizmin tələbatı artdığı üçün sutkalıq tələbata uyğun dozada qəbul olunmalıdır. Hamiləlik zamanı A vitamini(Retinol) gün ərzində 10000BV-dən artıq qəbul olunmamalıdır.

1 həb gündə 1 dəfə  yeməkdən sonra

Həb N30 blister qablamada.

tərkibində olan komponentlərə həssaslıq.

yüksək həssaslığı olan şəxslərdə allergik reaksiyalar mümkündür.

Tövsiyyə olunan dozadan artıq qəbul etməyin.

tərkibində A,E,D vitaminləri olan digər dərman preparatları ilə birlikdə uzun müddət qəbul olunarsa, doza artıqlığı müşahidə oluna bilər

10o C – 250 C  temperaturda, uşaqlar üçün əlçatmaz yerdə  saxlayın

reseptsiz satılır.

İstehsalçı ölkə və zavod:License holder:

World Corp. Sales Limited

48 Queen Anne st.,London

W1G9JJ, England / UK

Manufactured by

Boan Health Product Co. Ltd

Spelling error report

The following text will be sent to our editors: