Ukraferon 150000

Ticari adı

Ukraferon 150000

Ukraferon 150000

İnterferon alpha-2b 

tokoferol asetat

askorbin turşusu

Rekombinat interferon alfa-2b virus əlehinə, proliferasiya əlehinə və immunomodulyator təsirə malikdir. Ukraferonun tərkibində tokoferol asetat və askorbin turşusunun olması rekombinat interferon alfa-2b-nın virus əlehinə təsirini 10-14 dəfə artırır, T və B-limfositlərinə qarşı immunomodulyator təsir möhkəmləndirərək, immunoqlobulin E-nin miqdarını normallaşdırır. Hətta 2 il ərzində istifadə zamanı belə rekombinat interferon alfa-2b-nın antivirus aktivliyini neytrallaşdıran antitel əmələ gətirmir.

 

  • Ø Uşaqlarda, yenidoğulmuşlarda  və yarımçıqdoğulmuşlarda  baş  verən  iltihabi-infeksion xəstəliklərinin kompleks  müalicəsi  zamanı:
  • Ø Kəskin  respirator  virus  infeksiyaları (pnevmoniya, bronxit);
  • Ø Meningit, sepsis;
  • Ø Bətin  daxili  infeksiyalar (xlamidioz, herpes, sitomeqalavirus, mikoplazmoz  və  s.);
  • Ø Uşaqlarda  müşahidə  olunan  Epşteyn-Barr  virus  infeksiyasının  müalicəsi  zamanı.

 

Uşaqlarda, yenidoğulmuşlarda və yarımçıqdoğulmuşlarda baş verən iltihabi-infeksion xəstəliklərinin kompleks müalicəsi zamanı 150 000 BV olmaqla sutkada 2 dəfə təyin olunur (12 saatdan bir rektal formada). Müalicə kursu arasındakı interval 5 gündür.

Rekombinant interferon alfa-2 b –yə qarşı yüksək həssaslıq.

Rektal suppozitoriyalar 150 000 BV № 10

«Biofarma», Ukrayna, Kiyev   www.biofarma.kiev.ua

 Eksklüziv nümayəndə : Norma – Pharm