Ukraferon 150000

Ticari adı

Ukraferon 150000

Ukraferon 150000

İnterferon alpha-2b

tokoferol asetat

askorbin turşusu

Rekombinat interferon alfa-2b virus əlehinə, proliferasiya əlehinə və immunomodulyator təsirə malikdir. Ukraferonun tərkibində tokoferol asetat və askorbin turşusunun olması rekombinat interferon alfa-2b-nın virus əlehinə təsirini 10-14 dəfə artırır, T və B-limfositlərinə qarşı immunomodulyator təsir möhkəmləndirərək, immunoqlobulin E-nin miqdarını normallaşdırır. Hətta 2 il ərzində istifadə zamanı belə rekombinat interferon alfa-2b-nın antivirus aktivliyini neytrallaşdıran antitel əmələ gətirmir.

Ø Uşaqlarda, yenidoğulmuşlarda və yarımçıqdoğulmuşlarda baş verən iltihabi-infeksion xəstəliklərinin kompleks müalicəsi zamanı:
Ø Kəskin respirator virus infeksiyaları (pnevmoniya, bronxit);
Ø Meningit, sepsis;
Ø Bətin daxili infeksiyalar (xlamidioz, herpes, sitomeqalavirus, mikoplazmoz və s.);
Ø Uşaqlarda müşahidə olunan Epşteyn-Barr virus infeksiyasının müalicəsi zamanı

Uşaqlarda, yenidoğulmuşlarda və yarımçıqdoğulmuşlarda baş verən iltihabi-infeksion xəstəliklərinin kompleks müalicəsi zamanı 150 000 BV olmaqla sutkada 2 dəfə təyin olunur (12 saatdan bir rektal formada). Müalicə kursu arasındakı interval 5 gündür.

Rekombinant interferon alfa-2 b –yə qarşı yüksək həssaslıq.

Rektal suppozitoriyalar 150 000 BV № 10

«Biofarma», Ukrayna, Kiyev www.biofarma.kiev.ua

Eksklüziv nümayəndə : Norma – Pharm