U-Chek

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

U-Chek

U-Chek

HAMİLƏLİK VAXTINI TƏYİN ETMƏK ÜÇÜNDÜR.

Uva – chek hamiləlik testi, sidikdə hamiləlik hormonu olan insan xorion qonadotropin (HCG-İXQ) hormonunu 100% dəqiqliklə təyin edərək hamilə olduğunuzu bilmənizə kömək edir.

Hamiləlik testləri ilə sidikdə spesifik hamiləlik hormonu olan insan xorion qonadotropini (HCG-İXQ) və yaxud sadəcə hamiləlik hormonu (HH) aşkar edilir..

İstifadəsi rahatdır:

Başqa bir avadanlığa (pipetka, stəkan, qab və s.) ehtiyac olmadan, rahatlıqla hər yerdə istifadə edə biləcəğiniz şəkildə dizayn edilmişdir.
Testi yoxlamaq üçün sidiyi özünə hopduran incə çubuğu ən az 10 saniyə müddətində sidik axınına tutun, 5 dəqiqə sonra nəticəyə baxın.

Müsbət nəticə:

İki xətt görsənir.
Test xətti(Т) və kontrol xətti (С) ilə eyni rənglidir vəya bir az tünd rənglidir.
Ova – chek ovulyasiya testi: 24-48 saat sonra ovulyasiya prosesi başlayacaqdır.
Uva – chek hamiləlik testi: Hamiləsiniz.

Mənfi nəticə:

Bir və ya iki xətt görsənir.
Bir xətt- kontrol xətti əmələ gəlir(С) və ya iki xətt – test xətti (Т) və kontrol xətt (С), amma test xətti (Т) çox açıq rənglidir.

Ova – chek ovulyasiya testi: Ovulyasiya prosesi hələ başlamayıb, 2-3 gün sonra başlayacaqdır.

Uva – chek hamiləlik testi: Bir xətt -hamilə deyilsiniz və ya iki xətt (test xətti (Т) çox açıq rənglidirsə) implantasiya prosesi hələ başlamayıb.

Düzgün olmayan nəticə:

Heç bir xətt əmələ gəlmir.
Prosedur düzgün aparılmayıb.

Naari AG, Hohestrasse 134 CH-4104, Oberwil / Switzerland

Spelling error report

The following text will be sent to our editors: